Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Belarusda hərbi sərgi keçirilir -Silahlarımız nümayiş etdirilir

Belarusda hərbi sərgi keçirilir - Silahlarımız nümayiş etdirilir
Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə Minsk şəhərində “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi keçirilir. 
Yenixeber.org: sərgi dörd gün davam edəcək. Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi də təmsil olunur. 

2001-ci ildən etibarən iki ildən bir keçirilən “MILEX” sərgisinə Müdafiə Sənayesi Nazirliyi bu günə qədər rəsmi heyətlə qatılıb. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunur və məhsullarını mümayiş etdirir. (Azvision)



Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini nəzərə alan Müdafiə Sənayesi Nazirliyi “MILEX-2019” sərgisində də əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirir. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar. 

Qeyd edək ki, Belarus, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrikadan olan 160-dan çox müdafiə sənayesinin istehsalçıları və ixracatçıları “MILEX-2019”da öz hərbi məhsullarını nümayiş etdirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam