Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Prezident Bakıda keçirilən beynəlxalq sərgilərlə tanış oldu

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 21-də Bakı Sərgi Mərkəzində “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub

"Xeberinfo.com":  Dövlətimizin başçısına məlumat verildi ki, hər il keçirilən “World Food Azerbaijan” sərgisində həm ölkəmizin, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribüterləri və təchizatçıları iştirak edirlər. 
Bu il sərgidə iştirak edən şirkətlərin sayı 250-dən çoxdur. Sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya Respublikası, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələrin şirkətləri təmsil olunur. Avstraliya, Argentina, Belarus və Litva isə sərgiyə milli ekspozisiyalarla qatılıblar. Sərginin ənənəvi bölmələrində balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunur. “World Food Azerbaijan”da çörəkbişirmə müəssisələri üçün avadanlıq və qablaşdırma ləvazimatı da nümayiş etdirilir.
“Caspian Agro 2015” sərgisi ilə tanışlıq zamanı bildirildi ki, burada Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya Respublikası, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribüterləri iştirak edirlər. Sərgiyə Şri-Lanka və İordaniya şirkətləri ilk dəfə qatılıblar. “Caspian Agro 2015”-də Azərbaycanın kənd təsərrüfatı bazarına çıxmaq üçün ilk addımlarını atan bir çox yeni şirkət iştirak edir. Ənənəvi olaraq, Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni avadanlıq və texnika ilə tanış olmaları üçün “Caspian Agro” sərgisində infoturlar təşkil ediləcək. Bütövlükdə, sərgi kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə edir və bir sıra yeni məhsulla tanış olmaq imkanı yaradır. Bu məhsullara quşçuluq fabriklərində, istixanalarda, suvarma sistemlərində, heyvandarlıq təsərrüfatlarında istifadə olunan avadanlıq, substratlar, heyvan və balıqlar üçün yemlər, habelə toxumlar, mineral gübrələr və s. daxildir (AZƏRTAC).

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam