Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan silahları beynəlxalq sərgidə nümayiş olunur -FOTO

 

 

Azərbaycan silahları beynəlxalq sərgidə nümayiş olunur

Yenixeber.org: Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, aprelin 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olan “IDEF-2019” XIV Beynəlxalq müdafiə sənayesi sərgisinə 53 ölkədən 1061 şirkət və 500-dən çox rəsmi nümayəndə heyəti qatılıb.

Açılışda müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.

“IDEF-2019” sərgisində milli paviliyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar tədbirin ilk günü ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirə qatılan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər güc qurumlarının nümayəndələri Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.

Sərgi çərçivəsində nazir müavini Y.Musayevin dost və müttəfiq ölkələrin rəsmi nümayəndə heyətləri, habelə bu sektorda fəaliyyət göstərən aparıcı firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.

Sərgi işini mayın 3-dək davam etdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam