Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Gələcəkdə Azərbaycanda metro vaqonlarının istehsalı mümkün olacaq"

 

"Bakı Metropoliteni"n sözçüsü"Gələcəkdə Azərbaycanda metro vaqonlarının istehsalı mümkün olacaq".

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, hazırda Bakmil deposunda metro vaqonlarının təmiri və sazlanması işləri həyata keçirilir.

"Biz layihələrimizə başlayanda əsas məqsəd vaqon istehsalı sənayesinin inkişafına nail olmaq idi. Burada yetişən kadrlarımız faktiki olaraq yeni vaqonun istehsalı prosesinə qoşula biləcəklər. Hazırda biz 3 qatar, yaxud 15 vaqonumuzu təmir edib xəttə buraxmışıq. Biz bu vaqonlarda yalnız kondisionerləri quraşdıra bilmirik. İstehsalçı qurumla apardığımız danışıqlar və araşdırmalarımız nəticəsində məlum oldu ki, köhnə vaqonlara kondisionerlərin quraşdırılması faktiki olaraq yeni vaqonların hazırlanmasına bərabərdir", - deyə B.Məmmədov bildirib.

Qeyd edək ki, qurum bu il ərzində tədris mərkəzini istifadəyə verməyi planlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam