Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Bakıya daha bir yeni metro qatarı gətirildi

 

Bakıya Rusiyadan daha bir yeni metro qatarı gətirilib

Yenixeber.org:  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev-in Trend-ə verdiyi məlumata görə, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair imzalanan müqaviləyə görə artıq ikinci qatar da Azərbaycana gətirilib:
"Hazırda Rusiyadan gələn və yerli mütəxəssislər tərəfindən qatarın istifadəyə verilməsi prosesi gedir. Avadanlıqlar quraşdırılacaq, sazlanma işləri aparılacaq, daha sonra sınaqlar həyata keçiriləcək. Yalnız bundan sonra qatar xəttə buraxılacaq".
İlk qatarın aprelin 21-dən xəttə buraxıldığını deyən N.Paşayevin sözlərinə görə, yeni qatarların hər biri 5 vaqondan ibarətdir: "Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarlarda havalandırma və kondisioner sistemi var. Qatarda vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır.
Qatarlarda mövcud olan ultrabənövşəyi işıqlar vasitəsilə hava bioloji olaraq tənzimlənir. Bu qatar bütün texnoloji avadanlıqlar baxımından ən son nəsilə aid qatardır.
Əsas yeniliklərdən biri isə vaqonların hər birində 16 ədəd olmaqla qatarda 80 ədəd USB portların mövcudluğudur. Bundan əlavə hər vaqonda fiziki məhdudiyyətli insanlar üçün oturacaqlar və əlil arabalarının dayanması üçün yerlər var. Qatar, həmçinin sərnişin tutumuna görə də digər qatarlardan üstündür, onun istismar müddəti 31 ildir".
Qeyd edək ki, yeni qatarların alınması ilə bağlı müqaviləni "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və "Metrovaqonmaş" şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam