Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sərnişinlərə şad xəbər:“Sahil” stansiyası iyulun 1-dən açılacaq

 2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil" stansiyasının bu il iyulun 1-də təhvil veriləcəyi bildirilsə də, stansiyanın sərnişinlərin ixtiyarında daha tez olacağı gözlənilir

Yenixeber.org: Bbu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, artıq köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb:
"Əvvəlcədən stansiyanın iyulun 1-də açılacağını bildirmişdik. Hələlik dəqiq vaxt bilinməsə də, işlər sürətləndiyindən "Sahil" stansiyasının iyulun 1-də deyil, daha tez açılacağını deyə bilərəm.
Hazırda işlər davam etdirilir. Sökülmüş "LT-3" tipli 3 eskalatorun əvəzinə, Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 yeni avadanlıq quraşdırılıb. Bu stansiyada da dörd eskalatorun quraşdırılmasında əsas məqsəd birçıxışlı və gur sərnişin axını olan stansiyada metro istifadəçilərinin daha operativ və rahat enib-qalxmasını təmin etməkdir.
Quraşdırma işləri iki mərhələdə yerinə yetirilib. Hər mərhələdə iki eskalator quraşdırılıb. Hazırda eskalatorların sazlanıb. İşlər çərçivəsində pillə zolaqları və digər elementlər bərkidilib, müvafiq tələblərə uyğunlaşdırılıb. Bu işlərə paralel olaraq, eskalator üzərində işıqlandırma sistemi qurulub.
N.Paşayev bildirib ki, stansiyada son işlər görülməkdədir:
"Stansiya yolu, yol divarları və orta zalda divarların qranit örtüyünün vurulmasına başa çatmaq üzrədir. Eyni zamanda, platformaaltı sahə tamamilə yenidən qurularaq, müvafiq infrastruktur yenilənib və müasir tələblərə uyğun şərait yaradılıb, havalandırmanın normal təminatı məqsədilə tədbirlər görülüb".
Qeyd edək ki, "Sahil" stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir. Hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam