Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rusiyanın Azərbaycana ehtiyacı yaranır

 

Zəfər Vəliyev: “Rusiya Avropanın cənubu və Mərkəzi Avropa ölkələrinin qaz təchizatının təşkil olunmasında TANAP layihəsindən istifadə edə bilər”

 

"Xeberinfo.com":  Rusiya prezidenti Vladimir Putinin "Cənub axını” kəmərinin tikintisinin dayandırıldığı barədə Avrasiyanın enerji xəritəsini dəyişdirən sensasion açıqlaması dünya gündəmində hələ də ən aktual mövzulardan biri olaraq qalır. "Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib ki, "Cənub axını” qaz kəməri layihəsinin tikintisinin dayandırılması əslində Avropa bazarında işləmək üçün yeni modelin tətbiqi yönündə addımdır. Onun sözlərinə görə, "Qazprom” təxminən "Cənub axını”nın gücündə yeni qaz kəmərini Türkiyəyə çəkəcək. Nəticədə Ukraynanın Rusiya qazının tranziti baxımından əhəmiyyəti sıfra bərabər olacaq. Lakin bu vəziyyətdə Rusiya TANAP kəmərinə qoşulmaqla əlavə kəmərin çəkilməsi xərcindən azad ola bilər.
 Bəzi ekspertlər də Kremlin "Cənub axını”ndan imtinasından sonra Bakı ilə Moskva arasında enerji sahəsində əməkdaşlığın dərinləşəcəyini istisna etmir. Rusiya boru kəmərlərinin Bolqarıstandan imtina edilərək Türkiyəyə çəkilməsi nöqteyi-nəzərindən son dovrdə Azərbaycan və Rusiyanın enerji şirkətləri arasında müşahidə olunan əməkdaşlıq da bunu deməyə əsas verir. Məsələ bundadır ki, Rusiyadan Türkiyəyə yeni boru kəmərinin tikintisi sual altında qalır. Hazırda tərəflər aarsında yalnız qarşılıqlı anlaşma memorandumu imzalanıb. "Qazprom”un layihəsinin yeni mərhələdə reallaşması məsələsi də sual altındadır. Bunun üçün ciddi maliyyə resursları tələb olunur, "Qazprom”un isə çoxlu kredit borcu var. Bu layihənin reallaşması üçün resurslar tapacağı mümkün görnümür. Bu vəziyyətdə TANAP-a qoşulmaqla Moskva daha çox əlverişli mövqeyə sahib ola bilər.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "Mövqe”yə bildirdi ki, Rusiyanın "Cənub axını” lahiyəsindən imtinası Avropanın qaz ixrac kəmərlərinin konfiqurasiyanı yaxın 5-10 ildə dəyişəcək: "Rusiyanın "Cənub axını” lahiyəsindən imtina etməsinin səbəbi o göstərilir ki, həmin layihə Avropa Komissiyası bu layihənin Üçüncü Enerji Paketinin şərtlərinə uyğun gəlmir. Çünki, Avropa Komissiyası tərəfindən qəbul olunmuş Üçüncü Enerji Paketinin şərtlərinə görə, bir şirkət həm təchizatçı, həm də ixrac kəmərərinə nəzarət etmək funksiyasına malik ola bilməz. Bu şərtlər "Cənub axını”nın əsas sahibi "Qazprom” şirkətinin şərtlərinə uyğun olmadığına görə, bu layihələnin icrasını dayandırdılar. Rusiyalı ekspertlər tərəfindən bir fikir də səsləndi ki, gələcəkdə Rusiya Avropanın cənubu və Mərkəzi Avropa ölkələrinin qaz təchizatının təşkil olunmasında TANAP layihəsindən istifadə edə bilər.
Burada digər məsələ də var. "Cənub axını”nın illik layihə gücü 63 milyard kubmetrdir. Təbii ki, Türkiyənin 63 milyard kubmetr qaza ehtiyacı yoxdur. Türkiyə ötən il 42 milyard kubmetrə yaxın qaz idxal edib. Bunun 26 milyard kubmetri Rusiyanın payına düşür. 14 milyard kubmetrini Qara dənizinin dibi ilə idxal edirlər. Həmçinin "Transbalkan” xətti var. Bu, Moldova-Rumıniya-Bolqarıstan və Türkiyəyə gələn quru qaz ixrac kəməridir. O da "Qazprom”un nəzarətindədir. Dekabrın 9-da Avropa strukturları bu məsələlərlə bağlı məsləhətləşmələrə başlayırlar. Avropanın narahatçılığı ondan ibarətdir ki, 2020-ci ildə qaz alqı-satqısına dair "Qazpromi” ilə Avropa Birliyi dövlətləri arasındakı müqavilə başa çatır. 
Həmin müqavilə də məhz Ukrayna üzərindən keçən kəmər vasitəsi ilə icra olnur. Amma artıq fikirlər səsləndirilir ki, əgər "Qazprom”un Türkiyə ilə danışıqlarında müsbət nəticə əldə olunarsa, həmin kəmər Türkiyənin Yunanınstan ilə sərhəddinə gələcək. Ordan qaz satış şəbəkəsi qurulacaq. Son təslim məntəqindən Avropaya kəməri artıq Avropanın özləri çəkməlidir. Rusların mövqeyi bundan ibarətdir. Amma Rusiyanın TANAP-ın imkanlarından istifadə etməsi gələcəyin işidir. Çünki, TANAP və TAP layihələri 2018-2019-cu illərdə istismara veriləcək. TANAP və TAP layihələri həyata keçriləndən sonra başqa layihələr də həyata keçirmək mümkün olacaq.
Yəni, danışıqların sonrakı mərhələsinin necə olacağı bilinmir. Çünki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasından sonra dünya enerji mərkəzi artıq yerini Fars körfəzi və Yaxın Şərqdən Xəzərətrafına, Mərkəzi Asiyaya, Afrikaya doğru dəyişir. Dünyanın enerji təhlükəsizliyini təmin olunmasında artıq bu regionlara üstünlük verilir”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam