Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Cənub axını” “Türk axını” ilə əvəz oluna bilər

 

Ərdoğan: "Kəmərə “Türk axını” adının verilməsinin təşəbbüsü ilə Vladimir Putin çıxış edib"

 

"Xeberinfo.com": Türkiyə ərazisindən keçəcək, tikintisi təxirə salınmış “Cənub axını” qaz kəmərinin əvəzinə tikiləcək yeni qaz kəməri “Türk axını” adlandırıla bilər.
 
“APA-Economics”in “Praym” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
Ərdoğan bildirib ki, kəmərə “Türk axını” adının verilməsinin təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir.
 
“Bu kəmər Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə Yunanıstanın sərhədinə kimi gələcək. Türkiyə və Avropa onlara lazım olan qədər təbii qaz ala biləcəklər. Bununla da, Türkiyə bütün regionun enerji mərkəzi olacaq”, - deyə Türkiyə prezidenti bildirib.
 
Qeyd edək ki, V. Putinin dekabrın 1-də Türkiyəyə səfəri zamanı Rusiyanın “Qazprom” şirkəti ilə Türkiyənin “Botaş” şirkəti arasında Qara dənizin dibi ilə Türkiyə istiqamətində illik 63 mlrd. kubmetr ötürücülük gücünə malik olan qaz boru kəmərinin tikintisi ilə bağlı  anlaşma memorandumu imzalanıb. Anlaşmaya əsasən, nəql olunacaq qazın 14 mlrd. kubmetri Türkiyə üçün nəzərdə tutulub, qalan 50 mlrd. kubmetri isə Türkiyə və Yunanıstana sərhədinə çatdırılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam