Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Avropa TANAP-a arxalanır

 

Avrokomissar Ərdoğanla Putinin qaz sövdələşməsinə mat qalıb: “TANAP-a arxalanırıq...”

 

 
"Xeberinfo.com":  Məlumata görə, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Maroş Şefçoviç Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında razılaşdırılmış, Avrasiyanın enerji gündəmini dəyişdirən “Türk axını” kəməri planına təəccübləndiyini bildirib.
Virtualaz.org saytı xəbər verir ki, komissar Şevçoviç RBC agentliyinə müsahibəsində bu planının Avropa İttifaqı ilə müzakirə olunmadığını, onun detallarından xəbərsiz olduqlarını deyib.
Şefçoviç ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə enerji gündəmi ilə zəngin olan dövlət səfərindən cəmi bir gün əvvəl Moskvaya səfər edərək Rusiyanın energetika naziri Aleksandr Novak və “Qazprom” rəhbəri Aleksey Millerlə danışıqlar aparıb. Bu danışıqlarda Rusiya tərəfi rəsmən elan edib ki, Qara dənizin dibindən keçməklə Bolqarıstana, oradan isə Mərkəzi və Şərqi Avropa ölkələrinə ildə 63 milyard kubmetr  qaz nəqli üçün çəkilən “Cənub axını” kəməri layihəsi bağlanır. Bunun əvəzində “Qazprom” eyni həcmdə qazı “Türk axını” adı verilən yeni kəmərlə Türkiyənin Yunanıstanla sərhədinə nəql edəcək.
Qaz daha sonra Türkiyə-Yunanıstan sərhədində tikiləcək paylayıcı məntəqədə avropalı müştərilərə təhvil veriləcək.
A.Miller xəbərdarlıq edib ki, Avropa ölkələri Türkiyə-Yunanıstan sərhədindən qazı özləri öz ərazilərinə qədər nəql etməli olacaq və bu məqsədlə elə indidən başlayıb yeni kəmər çəkmək lazımdır. Əks halda həmin həcmdə Rusiya qazı başqa bazarlara gedəcək.
“Mən etiraf etməliyəm ki, Miller “Cənub axını”nın bağlandığını və Ukrayna üzərindən nəql olunan bütün qazın- ildə 50-60 milyard kubmetr həcmdə ,-Türkiyəyə yönəldiləcəyini elan edəndə buna çox təəcübləndim. O dedi ki, qaz Türkiyə-Yunanıstan sərhədinə çatdırılacaq, sonra onun necə istifadə olunacağı isə artıq bizim problemimizdir. Miller dedi ki, əgər biz həmin qazı almaq istəyiriksə, elə bu gündən başlayıb qaz nəqli infrastrukturu inşa etməliyik” - deyə komissar bildirib.
Şefçoviç deyib ki, o, A.Millerə nəyə görə belə qərar verdiklərini soruşub. Axı həmin həcmdə qaz təbii olaraq Türkiyənin və cənub-şərqi Avropanın tələbatını artıracaq. Ukrayna isə ağır vəziyyətə düşəcək və mərkəzi Avropa ölkələrində qaz təchizatı ilə bağlı problem yaranacaq. Həmçinin “Qazprom”un etibarlı təchizatçı kimi imici korlanacaq.
Komissarın bildirdiyinə görə, o, “Türk axını” layihəsinin detallarını bilmir və ümumiyyətlə, bu layihədən təəccüblənib.
“Hesab edirəm ki, bu cür ciddi qərarı elan etməzdən əvvəl onu müzakirə etmək lazım idi, xüsusən də Avropa İttifaqı ilə. Biz dünyada ən iri enerji ixracatçısıyıq, hər il 400 milyard avro enerji idxalına ödəyirik. Biz yaxşı alıcıyıq, aldığımızın pulunu vaxtında veririk, möhkəm valyuta ilə. Müqavilələrin şərtlərinə əməl edirik. Orada aydın yazılıb ki, “Qazprom” qazı bizə harada təhvil verməlidir. Və həmin yer dəqiq Türkiyə-Yunanıstan sərhədi deyil. “Cənub axını”na dair ikitərəfli müqavilələr üzrə öhdəliklər var, orada qazın hansı nöqtədə təhvil veriləcəyi dəqiq yazılıb” -deyə Şefçoviç bildirib.
Maroş Şefçoviç deyib ki, Rusiyanın Türkiyə-Yunanıstan sərhədindən mərkəzi Avropa ölkələrinə yeni qaz kəməri çəkilməli olduğu haqda şərtini indi eşidib və bu məsələyə şərh vermək imkanında deyil: “Biz bu haqda indi eşidirik. Mən energetika naziri Novaka dedim ki, Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrinin iştirakı ilə toplantı keçirib enerji planını müzakirə etmək lazımdır. Əlbəttə, bizim hesablamalarımız Azərbaycandan qazın Türkiyə və Yunanıstan üzərindən nəqlini, daha sonra şimala istiqamət almasını nəzərdə tutan “Cənub qaz dəhlizi”nədir” (TANAP və TAP kəmərləri bu dəhlizin əsasını təşkil edir-red.).
Əgər “Türk axını” kəməri Türkiyə-Yunanıstan sərhədinə istiqamət alacaqsa, o zaman bu kəmər “Cənub qaz dəhlizi”inin tərkib hissəsinə çevrilə bilərmi?
Komissar bu suala cavab olaraq bir daha  deyib ki, “Türk axını”nın tikiləcəyi haqda ilk dəfə Millerdən eşidib: “Mən bilmirəm Türkiyənin bu məsələdə mövqeyi necədir, qaz paylayıcı operatorun mövqeyi necədir”.
Qeyd edək ki, “Türk axını” kəməri haqda Putinin Ankaraya səfəri zamanı “Qazprom” rəhbəri Miller elan etmişdi və kəmərin Türkiyə-Yunanıstan sərhədinə istiqamətləndiyini açıqlamışdı. İndi Avropa İttifaqının energetika məsələləri üzrə komissarının “bu haqda ilk dəfədir eşidirəm” açıqlaması xeyli təəccüblü görünür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam