Dolların hegemoniyası sonuna yaxınlaşır –ÇİN ÇOXQÜTBLÜ DÜNYANIN MALİYYƏ TƏMƏLİNİ YARADIR
Conatan Metyuz, Mark Selden
“Procekt Sindikeyt”
Çinin milli valyuta ilə – yuanla Şanxay Beynəlxalq Enerji Birjasında neft fyuçers müqaviləsinin icrasına başlamasından on ay ötüb. Narahatlıqlara və həyəcana baxmayaraq, neft bazarları fəaliyyətini davam etdirir, Çinin fyuçers müqavilələri yerini tutub və həcm baxımından Sinqapur və Dubayda dollar məzənnələri ilə aparılan birbaşa neft fyuçerslərini keçib.
Yenixeber.org: Əlbəttə, Şanxay birjası hərracların həcminə görə hələ də “Brent” neft müqavilələri üzrə London və Qərbi Texas aralıq müqavilələri üzrə Nyu-York birjasından geridə qalır. Bununla belə, Çinin neft fyuçers müqavilələri transmilli əmtəə treyderləri (“Glencore” kimi) tərəfindən ciddiyə alınır və “Brent” və WTI indeksləri ilə müqayisə edilə bilən şəkildə qiymətləndirilir.
Bu nəticələr Çin neft fyuçerslərinin yuanı qlobal əmtəə bazarlarının əsas valyutasına çevirə biləcəyini göstərir.
Neft fyuçers müqaviləsinin işə düşməsi ilə yuanla əmtəə ticarətin həcmini genişləndirmək nəzərdə tutulub. Çinə neft idxalı daha çox öz valyutası ilə həyata keçirildiyindən xarici təchizatçılar daha çox yuan hesabına malik olacaqlar ki, nəticədə, onlar yalnız Çin mal və xidmətlərini deyil, həmçinin, Çin hökumətinin qiymətli kağızlarını və istiqrazlarını da ala bilərlər. Bu, Çin kapital bazarlarını gücləndirmək və yuanın beynəlxalq nüfuzunun yüksəlməsini və ya ən azı neft bazarının qeyri-dollarlaşdırmanı inkişaf etdirməyi nəzərdə tutur.
Son on il ərzində Çinin yuanı beynəlmiləlləşdirməsi – alternativ beynəlxalq ehtiyat valyuta yaratmaq strategiyası Beynəlxalq Valyuta Fondunun verəcəyi xüsusi borcalma (iqtibas) hüququndan (XBH) çox asılıdır. Çinin Xalq Bankının rəhbəri Çjou Syaoçuan 2009-cu ildə dərc edilən bir yazısında bu strategiyanı izah edib. Çin kimi yeni sənaye qurumlarına yuan daxil olmaqla, valyuta səbətinə əsaslanan XBH-lərin verilməsi onu yalnız inkişaf vasitəsi yox, həm də ABŞ dolları ilə rəqabət aparacaq beynəlxalq ödəniş vasitəsi edir.
Xatırladaq ki, 2008-ci ildəki qlobal maliyyə böhranından sonra XBH mərkəzli beynəlxalq maliyyə sistemi digər ölkələr üçün də cazibədar perspektivə çevrilib.
2009-cu ildəki yazısından sonra Çjou Syaoçuan bu səyləri gücləndirib və dollar mərkəzli sistemin açıq-aşkar çatışmazlıqlarına (məsələn, ABŞ-dakı kəskin defisitlərin təsirinə) işarə edib və XBH-nin beynəlxalq maliyyə tənzimlənməsinin alternativ vasitəsi kimi üstünlüklərini göstərib.
Çin və bir çox digər iqtisadiyyatın təcavüzkar ABŞ tariflərinə qarşı çıxdığı və digər mal bazarlarında yuanla ticarətin daha da inkişaf etdirildiyi bir vaxtda, yuan əsaslı neft ticarətinin qurulması ABŞ dollarının hegemoniyasına misilsiz təhdidi aşkara çıxarır. Yaxın gələcəkdə o, artıq beynəlxalq pul sisteminin lövbəri olaraq görülə bilər və Valeri Jiskar d’Esteninin təbirincə, ABŞ-ın beynəlxalq səviyyədə dollar mərkəzli mövqeyi – “hədsiz imtiyazlı” ticarət çökəcək.
Çinin son hədəfi yuanın beynəlxalq səviyyəyə çatdırmaqdırsa, onun birbaşa məqsədi qismən ABŞ-ın Çin və digər ölkələrə tətbiq etdiyi sanksiyalar və ya tariflərə görə beynəlxalq sistemin qeyri-dollarlaşdırılmasıdır. Bu, Şanxayda satılan neftin fyuçers müqaviləsini təşviq etmək üçün keçiddə və Çinin XBH mərkəzli strategiyası ilə həlledici sıçrayışda əks olunur.
Bu həm də Çinə qarşı tətbiq olunan ABŞ-ın ticarət sanksiyalarına sərmayə qoymağın bir üsulu – sanksiya öhdəliklərinin ifşa edilməsidir. Məsələn, həm Rusiya, həm də İran Çinə neft satır və hər ikisi, ABŞ-ın faktiki və potensial sanksiyalarına cavab olaraq, yuanla ödəmənişi qəbul edir. Həmçinin Çindən geniş idxal, eləcə də əlaqələri möhkəmləndirmək üçün digər səbəbləri var.
Çin, şübhəsiz, şirkətlərinin öz valyutasında neft və qaz almasna şərait yaradır, xarici valyutada dəyişikliklərdən ziyana qalmaqdan yayınır və ABŞ dollarının üstünlüyünü topa tutur: yuan petrovalyutaya (neft valyutasına) çevrilir.
Əgər rəsmi Pekin ABŞ-ın təzyiqlərinə sinə gərə bilsə, onun səyləri çoxqütblü dünyanın ortaya çıxması üçün maliyyə təməlini yaradacaq.
Tərcümə: Strateq.az