Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Banklar müştərilərə hesabından dollar çıxarmağa icazə vermir

dollarXeberinfo.com:   Bəzi banklar müştərilərinə hesablarındakı manatı dollar ilə çıxarmasına məhdudiyyət tətbiq etməyə başlayıb. Halbuki müştərilərin bankların məzənnələrinə uyğun olaraq bu hesablardan manat vəsaitlərini dollarla əldə etmək seçimləri hər zaman olub. Ekspertlər bildirir ki, banklar belə bir seçim təqdim etməli olmalarına baxmayaraq, bəzi şəxslər də bu vəziyyətdən sui-istifadə edirlər.

Ekspert Rəşad Həsənov bildirir ki, hazırda bazarı dollarla təmin etməli olan Mərkəzi Bank bu funksiyasını tam icra etmir və hərraca çıxarılan xarici valyuta ancaq Dövlət Neft Fondunun bazara çıxardığı vəsaitdən ibarət olur.

Bu isə bankları xarici valyutaya möhtac etdiyindən, onlar maliyyə sabitliklərini təmin etmək üçün müxtəlif məhdudiyyətlər tətbiq etməyə məcbur olurlar.

Ancaq Rəşad Həsənov qeyd edib ki, bəzən banklar xarici valyutada da vəsaiti olan şəxslərə də qərəzli yanaşırlar. Bu isə qəbuledilməzdir.

Ekspert bildirir ki, belə halla rastlaşan vətəndaşlar öz haqqlarını tələb etmək üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Platasına müraciət etməlidirlər.

(Oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam