Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bəzi banklar krediti yalnız dollarla təklif edir

 

Manatın məzənnəsinin dollara nisbətən aşağı düşməsindən sonra bir sıra banklar kredit siyasətlərini əhəmiyyətli dərəcədə dəyişib. 

"Xeberinfo.com":  ANS TV-nin məlumatına görə, banklar kredit istəyən vətəndaşa yalnız dollar təklif etməyə başlayıb. Hətta manatla kredit istəyən müştəriyə də dollarla vəsait təklif olunur. Ölkədə krediti ancaq manatla verən bir sıra banklar isə hazırda kredit verilişini dayanıdırıblar. Dollarla kredit ayıran bankların sayı isə bir qədər də artıb, bəzi banklar isə ümumiyyətlə kreditləşməni dayandırıb. Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir? İstehlakçıların hüquqları pozulurmu?
Qanunvericiliyə əsasən banklar kreditləri verərkən valyuta seçimində azaddırlar. Onlar krediti həm milli valyutada, həm də xarici valyutada verə bilərlər . Amma indiki halda bankların bir çoxu vətəndaşa seçim imkanı vermir. Onlar qarşısında krediti yalnız dollarla verilməsi şərtini qoyurlar. Ekspertlərin fikrincə bu həm manatın devalvasiyası həm də, bank sektorundakı manat çatışmazığı ilə bağlıdır. Bu addımı atmaqla banklar özlərini sığortalamağa çalışırlar. Bundan əziyyət çəkən isə yenə də vətəndaş olur.
İqtisadçı Samir Əliyevin fikrincə banklar iki valyuta ilə krediti təşkil etməlidir. Yəni milli valyutanı dayandırmamamlıdır. Amma manatla kredit verən bankın şərtləri daha da ağırlaşdırmağa səlahiyyəti var.
Mütəxəssislər hesab edirlər ki, əgər ölkədəki bütün banklar bu addımı atsalar bank sektorunda ciddi problemlər yarana bilər. Ona görə də Mərkəzi Bankın bu məsələyə müdaxilə etməsi zəruridir. Qonşu Rusiyanın təcrübəsinə baxsaq rublun məzənnəsi düşdükdən sonra banklar əhaliyə güzəştlər təklif etməyə başladılar. Mərkəzi Bankın verdiyi tövsiyyə əsasnıda banklar ya kreditin qaytarlıma müddətin uzatmaqla, aylıq ödənişin həcminin azaltmağa, ya da ödəniş zamanı məzənnədə orta rəqəm tətbiq etməyə başladılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam