Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Dollarla krediti olanlara güzəşt edilə bilər"

Azərbaycanda üzən məzənnə rejiminə keçilməsinə baxmayaraq Azərbaycan bankları əvvəlki qaydada işinə davam edəcək.

Xeberinfo.com:  Məlumata görə, bunu fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

«Dollar müştərilərinə güzəşt oluna bilər»

Onun sözlərinə görə, banklar fevral devalvasiyasında olduğu kimi bu dəfə də dollarla kredit götürmüş müştərilərə qarşı restruktizasiya addımları atacaq: “Fərdi qaydada müştərilərə yanaşma olacaq, müddətin yenə artırılması, faizlərin azaldılması mümkündür”.

«Müştəriləri daha ehtiyatla seçəcəyik»

Bununla belə, kəskin devalvasiyadan sonra banklar kredit verərkən bir qədər fəqli siyasət yürüdəcəklər: “Müştərilərin təhlili zamanı onların aylıq gəlirinin valyuta ilə ifadədə nə qədər etdiyinə baxılacaq. Buna uyğun qərar veriləcək. Amma onu da qeyd edim ki, kreditlərin ucuzlaşdırılması ilə bağlı siyasətimiz də davam edəcək”.

«Mərkəzi Bankdan dəstək ala bilərik»

Banklar manatın kəskin ucuzlaşması nəticəsində üzləşdikləri itkiləri Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi ilə aradan qaldıracaq: «AMB-nin bəyanatında da göstərilib ki, bankların maliyyə dayanıqlığının təmin olunması üçün tədbirlər görüləcək. Yəgin ki, banklar qorumaq üçün lazımi addımlar atılacaq».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam