Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Funt sterlinq ehtiyat valyuta statusunu itirir

1426061356_foreign-exchange-rates

 

İngilis funt-sterlinqinin məzənnəsinin zəifləməsi onu dünyanın ehtiyat valyutasından daha çox inkişaf etməkdə olan ölkənin valyutasına bənzədir. 

Xeberinfo.com:   Rusiya mətbuatına istinadən xəbərə görə, hazırda əksər iqtisadçı-ekspertlər bu qənaətdədir.

Onlar funtla bağlı yaranmış vəziyyəti Böyük Britaniyanın dünyadakı iqtisadi mövqeyini itirməsi kimi qiymətləndirirlər. Çünki, 1 il bundan əvvəl 1 funt almaq üçün 1,55 dollar ödəmək lazım idisə, hazırda 1,22 dollar kifayətdir. Son 4 gündə ingilis pulu Amerika valyutasına nisbətdə dəyərini 5% itirib. “Brexit” səsverməsindən bəri isə funtun məzənnəsi 18% zəifləyib.
Avropa İttifaqını (Aİ) tərk etməklə bağlı qərarın gətirdiyi qeyri-müəyyənliklər fonunda Britaniya aktivlərinin sürətlə dəyərdən düşməsi və milli valyutanın zəifləməsi investorların funta inamını getdikcə daha da azaldır. İş adamlarını ən çox naharat edən məsələ isə ölkə ilə ticarət əlaqələrinin tam dayandırılması ehtimalıdır.
Yaponiyanın “Nomura holdings” maliyyə holdinqinin təmsilçisi Cordan Roçester (Jordan Rochester) bildirib ki, adətən ehtiyat valyutalar faizlərin aşağı səviyyədə olduğu vaxtlarda investisiya aləti kimi istifadə olunur və daha sonra faizlər artmağa başladıqca onların aid olduğu ölkənin istiqrazlarına axın baş verir: “Lakin Britaniyada biz həm istiqrazlardan kapital axınını, həm də funtdan qaçış olduğunu görürük ki, bu da bizə inkişaf etməkdə olan ölkələrin maliyyə bazarını (emerging markets) xatırladır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam