Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Dövlət Neft Fondu 108 milyon dollar itirəcək

 

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Çin valyutasına investisiyası 2016-cı ilin sonunadək 22,4% və ya 108,076 mln. dollar dəyərdən düşə bilər. Bu ilin sonuna isə bu itkinin 11,28% və yaxud 54,505 mln. dollar olması proqnozlaşdırılır.

 

"Xeberinfo.com":   Məlumata görə, iyulun əvvəlindən yuana sərmayə yatıran Fond, təkcə avqust ayında 3,15% və ya 15,233 mln. dollar itirib. 


ARDNF-nin Çin yuanına toplam sərmayələri 3 mlrd. yuan (500 mln. dollar) olub. Avqustun 4-də Çində dolların rəsmi məzənnəsi 6,2102 yuan/dollar, avqustun 13-də 6,3987 yuan/dollar, dünən isə 6,4124 yuan/dollar təşkil edib.

Çinin iqtisadi ekspertlərinin proznozuna əsasən, 2015-ci ilin sonuna dolların məzənnəsi 7 yuana, 2016-cı ilin sonuna isə 8 yuana çatacaq. Bu isə Çin valyutasının ilin sonuna hazırkı səviyyədən 8%, gələn ilin sonuna isə 20% ucuzlaşması deməkdir.

Xatırladaq ki, hazırda növbəti mərhələ olaraq ARDNF-nin Çin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən “Səlahiyyətli Xarici İnstitusional İnvestorlar” adlı lisenziyanın alınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında qaydalar”ına əsasən ARDNF-nin investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələr, Rusiya və Türkiyə, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” ("S & P, "Fitch") və ya “A2” ("Moody's") kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.

Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. Fondun investisiya portfelinin məcmu dəyərinin 50%-i ABŞ dollarında, 35%-i avroda, 5%-i funt sterlinqdə, qalan 10%-i isə həmin fərmanla təsdiq edilmiş valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Cari il iyulun 1-nə ARDNF-nin investisiya portfelinin ümumi həcmi 35 726,2 mln. dollar təşkil edib. Bunun 50,1%-i dollar, 34%-i avro, 5,1%-i funt sterlinq, 1,4%-i Çin yuanı, 1,1%-i Türkiyə lirəsi, 0,6%-i Avstraliya dolları, 1,8%-i Rusiya rublu, 1,2%-i Koreya vonu, 1,5%-i digər valyutalarda cəmlənib. Portfelin 3,2%-i və ya 1,4 mln. dolları isə qızıla yatırlıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam