Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ dollarının bahalaşması müvəqqəti ola bilər -ANALİTİKA

 
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini bu il bir neçə mərhələdə artıracağı ilə bağlı gözləntilər fonunda qlobal maliyyə bazarlarında dollar dünyanın digər aparıcı valyutaları qarşısında bahalaşmaqdadır


 Yenixeber.org: Valyuta birjalarında avro və ingilis funt sterlinqi son 5 ayın, yapon yeni isə son 4 ayın minimumuna qədər ucuzlaşıb.Əmtəə birjalarında isə qiyməti dolların məzənnəsinə bağlı olan qızıl son 3 ay üzrə minimal səviyyəyə qədər dəyər itirib.Amerika valyutasının dəyər qazanmasını Prezident Donald Trampın siyasətdən daha çox ticarətə yaxın olması ilə izah etmək olar. Bununla belə, dünyanın qlobal iqtisadi inkişafını nəzərə alsaq, dolları bahalaşdıran təkcə bu, deyil. Söhbət ümumilikdə Avropa ölkələrinin və Yaponiyanın iqtisadiyyatındakı durğunluqdan, kapital bazarlarının “doyması”ndan gedir. Bu tendensiyanın nə vaxtsa ABŞ-da da müşahidə ediləcəyi, dolların məzənnəsinin zəifləyəcəyi istisna deyil. Bu baş, versə, digər valyutaların dollara qarşı məzənnəsi vahid dəhliz üzrə üfüqi dəyişə bilər. Texniki analizlə valyuta məzənnələrinə nəzər salsaq, növbəti həftələrdə USD/EUR nisbəti 1,17, USD/GBP nisbəti 1,33, JPY/USD nisbəti 112-113 ola, qızıl isə 1 284 dollara qədər ucuzlaşa bilər.Dollar kəskin ucuzlaşması baş verərsə, USD/EUR nisbəti 1,39, USD/GBP nisbəti 1,56-1,57, JPY/USD nisbəti 92 ola, qızıl isə 1 475 dollara qədər bahalaşa bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam