Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Milyonerlər daha çox hansı ölkələrə köçür? -  TOP-12

Ekspertlərin apardığı hesablamalara görə, 2018-ci ildə dünyanın 108 milyoneri yaşadığı yeri dəyişiblər. Bu isə əvvəlki ilə (95 min milyoner) nisbətən 14% çoxdur.

Yenixeber.org: Milyonerlər yaşadığı yerləri müxtəlif səbəblərə görə dəyişirlər: kimi siyasi və iqtisadi qeyri-sabitlikdən qaçır, kimi isə daha əlverişli vergi rejiminə yaşadığı məkanı dəyişir.

Siyahının ilk pilləsində Avstraliya qərarlaşıb. Ötən il bütün dünyadan yaşayış üçün bu ölkəyə 12 min milyoner gəlib. Sözügedən ölkənin digər qitələrdən xeyli aralı olması, həmçinin rəqabətqabiliyyətli iqtisadiyyatın və Asiya və Sakit Okean regionunun bazarlarına çıxışın mövcudluğu zəngin insanları özünə cəlb edir.

Reytinqin ikinci yerini isə ABŞ tutur. Bu ölkəyə köçən milyonerlər əsasən Nyu-York, Mayami və San-Fransisko kimi şəhərlərə üstünlük veriblər. Ötən bu şəhərlərə 1 mindən çox milyoner köçüb ki, bu da reytinqdə yer almış bəzi ölkələrə gələn ümumi milyonerlərin sayına bərabərdir.

Reytinqin ilk üçlüyünü Kanada tamamlayır. Ötən il 4 minə yaxın milyoner bu ölkəyə köçüb. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Kanadada da xidmətlər sektoru üstünlük təşkil edir. Sözügedən sahədə kanadalıların ¾-ü məşğuldur. Kanada digər inkişaf etmiş ölkələrdən xammal sektorunun əhəmiyyəti ilə seçilir. Meşə təsərrüfatı və neft sənayesi ölkənin ən mühüm sahələri hesab edilir.

Milyonerlərin köçdükləri TOP-12 ölkə:

#

Ölkə

2018-ci ildə ölkəyə gələn milyonerlərin sayı

1

Avstraliya

12 000

2

ABŞ

10 000

3

Kanada

4 000

4

Karib hövzəsi ölkələri

2 000

5

İsveçrə

2 000

6

BƏƏ

2 000

7

İspaniya

1 000

8

Portuqaliya

1 000

9

Yunanıstan

1 000

10

İsrail

1 000

11

Yeni Zelandiya

1 000

12

Sinqapur

1 000


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam