Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İstirahət üçün ən yaxşı 15 ölkə- Siyahı

Yenixeber.org: Britaniyanın nüfuzlu səyahət portalı olan “Lastminute.com” ekspertləri turistlərin səyahətdən maksimum razı qaldığı və özlərini rahat hiss etdikləri ölkələrin reytinqini hazırlayıb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Araşdırmanın nəticələrinə görə, reytinq cədvəlinə İndoneziya başçılıq edir. Turistlərin maksimum komfortuna təsir göstərən əsas amillər, əsas istirahət məkanlarının 88 kilometrlik sahil boyunca yerləşməsi, orta illik temperaturun 25 dərəcə olması, geniş yaşıllıqların olması və ümumilikdə əksər aspektlərdə əlverişli şəraitin olmasıdır.

Siyahıda ikinci yerdə Avstraliya qərarlaşıb. Ölkədə başlıca olaraq qızıl çimərlikləri turistlərin diqqətini çəkir. Əksər çimərlikləri planetin ən gözəl çimərlikləri hesab olunur. Bundan başqa, turistlərin ürəyincə olan digər amil günəşli günlərin digər ölkələrlə müqayisədə daha çox olması, həmçinin, işçilər üçün 30 günlük məzuniyyətin verilməsidir.

İlk üçlüyü soyuq İslandiya tamamlayır. Bu ölkədə işçilərə 36 günlük məzuniyyət verilir. Turistlər qütb parıltısını seyr edə, füsunkar təbiət mənzərəsindən feyziyab ola bilir.

Ardınca reytinqdə zəngin flora və faunalı tropik meşələri olan Yeni Zelandiya və Şri-Lanka gəlir. “On beşlik”də müvafiq ardıcıllıqla Kipr, Filippin, Yunanıstan, Hindistan, Mavrikiya, Kosta-Rika, Portuqaliya, Bolqarıstan, Xorvatiya və İspaniya yer alır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam