Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Bayden Zelenskiyə buna görə əsəbiləşib -ŞOK DETALLAR

Minlərlə insanın həyatına son qoyan Ukrayna müharibəsi tam sürətlə davam edir. Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Ukraynanı da silahla təmin edir.

Yenixeber.org: ABŞ silah yardımında ən böyük paya malikdir. Vaşinqton administrasiyası müharibə başlayandan bəri ölkəyə milyardlarla dollarlıq silah göndərib.

 "NBC News" xəbər verir ki, Ukraynaya tam dəstək siyasətini davam etdirən ABŞ prezidenti Bayden və Zelenski arasında iyun ayında baş tutmuş və gizli saxlanan telefon danışığının detalları aylar sonra mətbuata sızıb.

Həmin telefon danışığında Bayden ABŞ-ın Ukraynaya 1 milyard dollarlıq hərbi yardım üçün yaşıl işıq yandırdığını söyləyən kimi Zelenski ona lazım olan və ala bilmədiyi bütün əlavə yardımları sadalamağa başlayıb.

Məlumata görə, Zelenskinin rəftarından sonra son dərəcə əsəbiləşən ABŞ lideri qəzəbini idarə edə bilməyib. Bayden Zelenskiyə cavabında deyib ki, Ukrayna ABŞ-a bir az minnətdar olmalıdır.

NBC News bu xəbəri Ağ Evdəki anonim mənbələrə əsaslandırıb. Sözügedən mənbəyə görə, Bayden Zelenskiyə qəzəbli və yüksək tonda deyib:

“Amerika xalqı və hökuməti çox səxavətlidir. ABŞ ordusu Ukraynaya kömək etmək üçün çox çalışır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam