Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Əliyev və Paşinyan Rusiyada görüşə bilər

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər.
Yenixeber.org: Bu barədə “Vedomosti” qəzeti öz diplomatik mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar oktyabrın son günlərində baş tuta bilər. Danışıqların keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur.
“Çox güman ki, seçim Soçi olacaq”, - mənbə deyib.
Xatırladaq ki, V.Putin Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyev və Nikol Paşinyanı Rusiyada görüşməyə dəvət edib.
Qeyd edək ki, Bundan əvvəl İ.Əliyevlə N.Paşinyan arasında görüş Fransa Prezidenti Emmanuel Makron və Aİ Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə 6-7 oktyabr tarixlərində Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam