Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Ankara "yaşıl işıq" yandırdı-Kremldən Ərdoğanla bağlı diqqətçəkən açıqlama

Rəsmi Ankaranın Bəşər Əsəd administrasiyası ilə dialoqa yaşıl işıq yandıran açıqlamaları son vaxtlar gündəmdədir.

Yenixeber.org: Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin Zirvə Toplantısında Suriya lideri Bəşər Əsədlə görüşün olub-olmayacağı sualına "Hazırda görüş məsələsi gündəmdə deyil, ancaq mümkün deyil də demirəm, biz zamanı gəldikdə Suriya rəhbəri ilə görüşə bilərik" deyə bildirmişdi.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun da məsələ ilə bağlı açıqlaması gecikməyib.

O, "Əl-Əxbar" qəzetinə müsahibəsində bildirib ki, Dəməşq-Ankara xəttində xarici işlər nazirləri səviyyəsində yeni bir addım atılması hədəflənir. Boqdanov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə suriyalı həmkarı Faysal Mikdadı bir araya gətirəcək görüş üçün yer təmin edə biləcəklərini də vurğulayıb.

"Əl-Əxbar" qəzeti Rusiya və İranın iki ölkə arasında vasitəçilik fəaliyyətlərini davam etdirməsinə diqqət çəkərkən xüsusilə ABŞ-ın Suriyadan çəkilməsi məsələsində Ankara və Dəməşq administrasiyaları arasında razılaşmanın vasitəçilik prosesini asanlaşdırdığını qeyd edib.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam