Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Dünya gücləri bu şəhər uğrunda DÖYÜŞƏ BAŞLADI -Gözlər TÜRKİYƏDƏ

Dünya gücləri bu şəhər uğrunda DÖYÜŞƏ BAŞLADI - Gözlər TÜRKİYƏDƏ

Son günlər Suriyanın İdlib şəhəri dünya siyasi arenasının gündəmindən düşmür.

Yenixeber.org: Bu şəhərin nəinki Suriya, bir sıra böyük güclər üçün əhəmiyyəti var.

Öncəliklə, Suriyanın daxili böhranı İdlibdə düyünlənib. Amerikanın, Rusiyanın, Bəşər Əsəd rejiminin, İranın və hətta PKK terror təşkilatının İdliblə bağlı planları var.

Bəs İdlib kimlər üçün hansı anlama gəlir?

Bu şəhər hazırda Bəşər Əsəd rejimi müxaliflərinin son qalasıdır. Son əməliyyatlarda Həma və Küneytradan geri çəkilmək məcburiyyətində qalan müxaliflər buraya toplaşıb. Suriyalı müxaliflərin 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində İdlibdən başqa təsirli olduqları bölgə yoxdur.

Xalq

Şəhərdə ən az 3 milyon dinc sakin var. İllərdir ki, rejim və PKK, İŞİD terror təşkilatlarının hücumlarından qaçan dinc sakinlər İdlibə sığınır.

İdlib Türkiyə üçün olduqca kritik nöqtədə yerləşir. Çünki strateji baxımdan sərhəd bölgəsidir. Türkiyənin burada Astana proseslərinin nəticəsi olaraq 12 nəzarət məntəqəsi var. Yəni, “Mehmetçik” 2017-ci ilin sentyabr ayından bəri İdlibdə hərbi varlığını davam etdirir.

İdlibdəki dinc sakinlər üçün də Türkiyənin yeri başqadır. 2 ay öncə İdlibdəki liderlər referendumla Türkiyəyə bağlanmaq istədiklərini elan etdilər və bunun üçün 1 milyon imza topladılar.

Həmçinin, bu şəhər 2016-cı ildən başlayan Fərat Qalxanı hərəkatından sonra davam etdirilən terrorla mübarizə strategiyasında önəmli yerə sahibdir. Azez-Cerablus xətti və Afrin kimi həm İŞİD, həm də PKK terrorçularından təmizlənən sahələr İdlibə çox yaxın bölgələrdir.

Əsəd rejimi

Bu gün Bəşər Əsəd rejimi İdlibə hərbi əməliyyat təşkil etməyə hazırlaşır. Bəhanə isə İdlibdəki Əl Qaidə ünsürləri olan Heyət Təhrir Dəməşq adlı qrupdur. Bu bəhanə ilə İdlibə genişmiqyaslı hücumlar gerçəkləşdirilməsi şəhərdəki sivillərin qətliamına yol açar və yeni bir köç dalğasını bərabərində gətirər.

İdlib həm də suriyalı qaçqınların qaçqın statusundan çıxıb təhlükəsiz şəkildə yaşaya biləcəkləri bir sahə anlamına gəlir. Amma İdlib ağır hücumlara məruz qalarsa, oradan yeni qaçqınlar çıxacaq.

Avropa İttifaqı

Bu qaçqın fəlakəti isə Avropa İttifaqını dərindən narahat edir. Çünki 2015-ci ildə baş verən bir köç dalğasının bənzərini yaşamaq istəmirlər.

İran

Əl Qaidə bəhanəsi ilə İdlibə girən Əsədi istiqamətləndirən qüvvə İrandır. İranın bölgədə 300 000-ə yaxın silahlı ünsürü var. Tehran İdlibi alıb Suriyadakı şiə qüvvələrini artırmaq istəyir.

PKK

İdlib çökərsə, Türkiyə nöqteyi-nəzərindən Afrin, Azez və Cerablus kimi əldə edilən möqvelər təhlükəyə girəcək. Çünki Əsəd rejiminin İdlibdən əldə edilən faydalarında PKK terror təşkilatının da payı var. PKK Əsəd ordusunun uniformalarının geyinməyə hazırdır. Burada diqqət çəkən detal isə İranın həm Əsəd rejimi, həm də PKK təşkilatı ilə İdlib mövzusunda ortaq hərəkət etməsidir. Hizbullah təşkilatının lideri Nəsrallah PKK-çılara çağırış edərək Əsəd rejimi ilə birgə olmalarını tövsiyə edib.

Yəni, İdlibin çökməsi halında Əsəd rejimi ilə PKK, İranın hədəfində olan Afrinə də girməyə cəhd göstərə bilər.

ABŞ-a gəlincə...

ABŞ Əsəd rejiminin kimyəvi silahdan istifadə edəcəyi iddiasını ortaya atıb hava hərəkatı başlatmaq mesajı verdi. Ancaq ABŞ-ın dərdi heç vaxt Əsəd rejiminin taleyini kökündən həll etmək olmadı. Tramp bu günə qədər iki dəfə Əsədin qərargahını bombaladı, ancaq hər iki əməliyyat da limitli və toz qədər Əsədə zərər verməyən tipdə oldu.

Rusiya

Rusiyanın İdlibdə təhdid olaraq gördüyü nöqtə Əl Qaidə terror ünsürlərindən ibarət Heyət Təhrir Dəməşq qrupudur. Rusiya İdlibdə Əl Qaidəni bəsləyən qüvvənin ABŞ olduğunu çox yaxşı bilir. Ancaq yenə də bu bölgə Rusiya ilə ABŞ-ın qarşı-qarşıya gələcəyi bir müharibə məkanı olacağına bənzəmir.

O ki qaldı İdlibin özünə...

Burada Əl Qaidə ünsürlərinin Əsəd rejimi və PKK ilə ticarət əlaqələri var. Suriya daxilindəki quru yollarda nəzarəti ələ keçirən qüvvələrdən biri olan Heyət Təhrir Dəməşqin neft və digər əmtəə malları Əsəd rejiminə göndərilir.

Astana proseslərinə Əl Qaidə ünsürləri daxil edilməmişdi. Onlarla əlaqəsi olan Rusiyanın da görüşdüyü yumşaq müxaliflərin İdlibdəki Əl Qaidə ünsürlərini aradan qaldırmaları bir seçimdir. Ancaq bu, o qədər də asan deyil. Çünki şəhərdəki Əl Qaidəçiləri bu nöqtəyə gətirən, bəsləyib böyüdən ABŞ başda olmaqla, bir çox qüvvə var.

Çarə Türkiyədə

Türkiyə həm hərbi gücü ilə məkanda, həm də diplomatik gücü ilə masada İdlib böhranının həlli üçün cəhd göstərir. ABŞ da daxil olmaqla, bir neçə böyük dövlətin isə İdliblə bağlı planlarının olması ortadadır.

Bu planların bəzilərinin hədəfi isə Türkiyədir. Ancaq Rusiya ilə strateji ortaqlığın hər iki tərəfə də faydaları, Təbriz görüşləri və Türkiyənin sərhəddənkənar terrorla mübarizədə son iki ildir göstərdiyi qətiyyət İdlibdəki fəlakət ssenarilərinin qarşısına keçilməsində təsirli olacaq.

Zümrüd

Dünya gücləri bu şəhər uğrunda DÖYÜŞƏ BAŞLADI - Gözlər TÜRKİYƏDƏ

Dünya gücləri bu şəhər uğrunda DÖYÜŞƏ BAŞLADI - Gözlər TÜRKİYƏDƏ

Son günlər Suriyanın İdlib şəhəri dünya siyasi arenasının gündəmindən düşmür.

Publika.az xəbər verir ki, bu şəhərin nəinki Suriya, bir sıra böyük güclər üçün əhəmiyyəti var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam