Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

ABŞ-la müharibədə Putinin “gizli silahı”-"Biz buna əmin olduq”

Xarici ekspertlər bildirirlər ki, Rusiya iqtisadiyyatı Qərblə maliyyə müharibəsində heyrətamiz möhkəmlik nümayiş etdirir. Məsələn dünyaca məşhur “CNN”in jurnalisti Fil Mettinqlinin sözlərinə görə, qarşıdurmanın gözlənilməz nəticələri Rusiya prezidenti Vladimir Putinin istifadə etdiyi “gizli silah”la bağlıdır.

Yenixeber.org: Rusiya ona qarşı tətbiq edilən saanksiyaların sayına görə dünyada liderdir. Ümumilikdə Kremlə qarşı  on mindən çox sanksiya tətbiq olunub. Bununla belə, görünməyən iqtisadi hücuma baxmayaraq ölkənin maliyyə sektoru tab gətirir.

“CNN” əməkdaşı Kreml xəzinəsinin neft və qaz satışından dolduğunu, hətta “McDonalds”ın Rusiyada yenidən açıldığını bildirib.

Mettinqli qeyd edir ki, bütün bunlara baxmayaraq ABŞ hakimiyyəti iqtisadi qarşıdurmada uğursuzluqlarını qəbul etmir və sanksiyaların uzunmüddətli perspektivdə nəticə verəcəyinə əmindir. Hətta rublun möhkəmlənməsi ABŞ-ın  mövqeyini dəyişməsi üçün kifayət deyil. Bununla belə, Birləşmiş Ştatlar Rusiyanın sanksiyalardan qorunmaq üçün böyük işlər görməsi ilə razılaşır.  İqtisadi rəqiblərlə mübarizədə Vladimir Putin öz “gizli silah”ından istifadə edib.

Putinin “gizli silah”ı olması haqqında 2013-cü ildən Rusiya Mərkəzi Bankına rəhbərlik edən 58 yaşlı Elvira Nabiullina da fikir səsləndirib.

“Onların Mərkəzi Bankının (söhbət Nabiullinadan gedir – red) çox yaxşı rəhbəri var. Biz bunu o zaman da bilirdik, indi də əmin olduq” – deyə adı açıqlanmayan ABŞ rəsmisi “CNN”ə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam