Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Putin nüvə silahına əl ata bilər”:ABŞ Kəşfiyyatı

“Ukrayna tərəfindən Rusiyanın işğalına qarşı müqavimət davam edərsə, Rusiya prezidenti Vladimir Putin Qərbi nüvə silahı ilə hədələyə bilər”.

Yenixeber.org: Bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında deyilir, - “Bloomberg” xəbər verir.

“Ukraynanın bir hissəsinin uzun müddətli işğalı Rusiya qoşunlarını tükəndirəcək, onların modernləşdirilmiş silah arsenalını azaldacaq. Bununla yanaşı, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar bu ölkəni uzunmüddətli iqtisadi depressiyaya və diplomatik təcrid vəziyyətinə salacaq”. Bu barədə Hərbi kəşfiyyat İdarəsinin direktoru, general-leytenant Skott Berriyer deyib.

 

ABŞ hərbçisinin fikrincə, Ukraynanın itaətsizliyi ilə Rusiyaya qarsı iqtisadi sanksiyaların birləşməsi “Rusiyanın qabaqcıl döyüş sursatları istehsal etmək qabiliyyətinə” təhdiddir.

“Bu müharibə və onun nəticələri Rusiyanın gücünü tədricən zəiflətdiyinə görə, Rusiya, çox güman ki, öz daxili və xarici auditoriyasına gücünü nümayiş etdirmək üçün əlini nüvə silahının üzərində saxlayacaq”, - ABŞ kəşfiyyatının hesabatında qeyd edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam