Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİNİN İQTİSADİ GÖSTƏRİCİLƏRİ VƏ AMBİSİYALARI –Rusiya iqtisadiyyatı niyə böhrandan çıxa bilmir?

 Bu həftə Peterburqda keçirilən iqtisadi forum Vladimir Putinin hazırki prezidentlik mandatında ona Rusiyanın geosiyasi sferada öz təsirini nümayiş etdirməyə imkan verir. Axı o, bu dəfə səhnəyə Yaponiya və Fransa liderləri ilə birlikdə qalxır.
Yenixeber.org: Öncəki illərdə hər şey başqa cür idi: onda artan gərginlik fonunda Qərb ölkələrinin əksər yüksək vəzifəli məmurları bu tədbirdən uzaq durmağa çalışırdılar.
Lakin Kremlin biznes və investorlar üçün göstərdiyi təqdimat mərasimiylə önə çəkilən güclü siyasi yüksəlişi Putinin daha məhdud iqtisadi nəticələri ilə ziddiyyət təşkil edir. Hətta neftin qiymətinin qalxmasından sonra da Rusiya iqtisadiyyatının bərpa olunması rəvan getmir və rubl əvvəlki kimi yenə də zəifdir.
Yeganə müsbət vəziyyət inflyasiyanın aşağı olmasıdır, amma bu, ABŞ və Avropa Birliyi sanksiyaları və eyni zamanda da Rusiyadakı xoşagəlməz işgüzar mühit üzündən investisiyaların bərpa olunmasına kifayət etmir.
Həm də ki, iri beynəlxalq şirkətlərin rəhbərlərinin heç də çoxu foruma gəlməyiblər. Nəticə? Putinin dünya iqtisadiyyatındakı üstünlüyü möhkəmlənmir, əksinə əriyir.
- Rusiyanın dünya iqtisadiyyatındakı mövqeləri zəifləyir
Putin özünün yeni prezidentlik müddətində həyat şəraitinin yaxşılaşdırılması istiqamətində “həlledici sıçryışa” nail olacağı sözünü verib, amma mütəxəssislərin proqnozuna görə, Rusiya iqtisadiyyatı, əksinə, öz mövqelərini itirəcək.
İqtisadiyatın neft və qazdan asılılığını azaltmaq məqsədiylə onun şaxələndiriləcəyinə hər il söz verilməsinə baxmayaraq, ortalıqda hissediləcək nəticələr yoxdur: Rusiya elə əvvəlki kimi enerji resurslarının ixracından asılı qalmaqda davam edir.
- Ticarət şərqə doğru yönəlir
2014-cü ildə Krımı özünə birləşdirəndən və Rusiyaya qarşı sanksiyalar tətiq olunandan sonra Kreml aktiv şəkildə Asiya ilə ticarəti inkişaf etdirməyə başladı. Əsas istiqamət Çin oldu. Rusiya tərəfindən Çinə başlıca olaraq neft və digər xammal ixrac olunur.
Forumun yüksək səviyyəli fəxri qonaqları olan Fransa prezidenti Emmanuel Makron və Yaponiya baş naziri Sindzo Abenin ölkələri ilə aparılan ticarət 2014-cü ildə neftin qiymətinin kəskin düşməsinin müşahidə olunduğu və Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi dövrdən indiyədək hələ geriləmədən qurtula bilməyib.
Putin və Sinze Abe son bir neçə ildə iyrmi dəfəyə qədər görüşsələr də, azalan ticarət göstəricilərini ortadan qaldırmaq üçün siyasi əlaqələrdəki istilik kifayət qədər olmayıb. Neftin qiymətinin kəskin düşməsi Rusiyanın əsas ixrac malına neqativ təsir göstərdi. Həm də rublun məzənnəsinin dollar qarşısında geriləməsi Yaponiya avtomobilləri və maşınlarını Rusiyada əhəmiyyətli dərəcədə bahalaşdırdı.
- Ticarətin geriləməsi
Yüksək vəzifəli qonaqların arasında olan Putin hər il ikiqat həvəslə özünün ambisiyalı layihələrini irəli sürür. Amma ölkədəki sahibkar maqnatlar, məmurlar və foruma dəvət almış şirkət rəhbərləri çox yaxşı bilirlər ki, təqdim edilənlərin əksinə olaraq real perspektivlər heç də ürəkaçan deyil.
(“Bloomberg”-ABŞ)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam