Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Aİ Putin və Lavrova qarşı sanksiya tətbiq edib

                       Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.

Yenixeber.org: Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə 27 ölkənin xarici işlər nazirlərinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Bununla yanaşı, Aİ Rusiya Prezidenti Vladimir Putini və xarici işlər naziri Sergey Lavrovu sanksiya siyahısına daxil edib.

Borrel qeyd edib ki, ümumilikdə sanksiya siyahısına 26 rusiyalı daxildir. "Yeni sanksiyaların bütün variantları, o cümlədən Rusiyanın SWIFT-dən kənarlaşdırılması masa üzərində qalır", - Aİ nümayəndəsi əlavə edib.

Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden bildirib ki, G7 ölkələrinin liderləri Rusiyaya qarşı daha sərt sanksiyalar paketi tətbiq etmək barədə razılığa gəliblər.

Böyük Britaniyanın Baş naziri Boris Conson isə qeyd edib ki, dünya Putinin Ukraynaya təcavüz aktında uğursuzluğa düçar olacağına əmin olmalıdır. O əlavə edib ki, bu hərəkətdən sonra Rusiya ilə münasibətlərin normallaşması mümkün deyil.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam