Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

RUSİYAYA QARŞI SANKSİYALAR AZƏRBAYCANA DA TƏSİR EDƏCƏKMİ? -"Müəyyən çətinliklər yaranacaq"

“Rusiyada vəziyyətin pisləşməsi iqtisadi cəhətdən Azərbaycana heç nə vermir”

Yenixeber.org: Rusiya Təhlükəsizlik Şurasının fevralın 21-də keçirilən iclasında Vladimir Putinin “dnr” və “lnr”-i tanımasından sonra ABŞ başda olmaqla, Qərb dövlətləri Rusiyaya qarşı yeni sanksiyalarını elan etməyə başladılar. Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Jozef Borrel qeyd edib ki, Rusiyayanın bu qərarına etiraz olaraq tətbiq edilən sanksiyalar uzunmüddətli olacaq.

Xatırladaq ki, Avropa Birliyi 2014-cü ildə baş verən “Krım böhranı”ndan sonra 6 aydan bir Rusiyaya qarşı fərdi və iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Son olaraq Avropa Birliyinin 13 dekabr 2022-ci ildə keçirilən iclasında Rusiyaya qarşı sanksiyaların müddəti daha 6 ay uzadılıb. 

Bu sanksiyalarla bir sıra Rusiya banklarının və şirkətlərinin Aİ-nin kapital bazarına inteqrasiyası məhdudlaşdırılır və rus maliyyə qurumlarına maddi yardım və vasitəçilik qadağan edilir. Eyni zamanda müdafiə sənayesinə aid məhsulların birbaşa və ya dolayı yollarla Rusiyaya ixracı, enerji sektorunda istifadə olunan texnologiyaların satışı da məhdudlaşdırılıb.

Statistikaya əsasən, 2013-cü ildə Rusiya və Avropa Birliyi arasında ticarət həcmi 417 milyard dollar olduğu halda, 2020-ci ildə bu rəqəm 219 milyard dollara qədər geriləyib. Rusiyanın Avropada ən böyük ticarət ortaqları isə Almaniya( 41,9 milyard dollar), Hollandiya (28,6 milyard dollar) və İtaliya (20,2 milyard dollar) olub.

Bununla yanaşı, 2021-ci ildə ötən ilin 10 ayı ilə müqayisədə AB ilə Rusiya arasında ticarət əlaqələrinin 12,5 faiz artdığı bildirilir.

ABŞ və Qərb dövlətlərinin özləri də Rusiyaya tətbiq etdikləri sanksiyalardan zərər görüblər. Beynəlxalq araşdırmalara görə, 2014-cü ildən bu yana Avropanın tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı 55 milyard, Avropa ölkələri 240 milyard, ABŞ 17 milyard, Yaponiya isə 24 milyard dollar zərər görüb.

Hazırda Rusiya Avropanın 3/1-ni qazla təmin edir. “Qazprom”un məlumatına əsasən, ötən ilin qış aylarında Rusiyadan Avropaya nəql edilən qazın həcmi 30,7 faiz artıb. Ona görə də Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə ehtiyatlı davranırlar. 

Qeyd edək ki, Rusiya təbii qazının böyük bir hissəsi Belarus və Polşa ərazisindən Almaniyaya çatdırılır. Eyni zamanda Avropanın kənd təsərrüfatı məhsullarına olan ehtiyacının 24 faizi Rusiya tərəfindən qarşılanır. Rusiyadan ən çox məhsul idxal edən ölkə isə yenə Almaniyadır.

 

Bu aktual mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Qərb müxtəlif vaxtlarda İrana, Şimali Koreyaya, Rusiyaya və s. ölkələrə qarşı sanksiyalar tətbiq edib: “Amma məsələ bundadır ki, Qərb Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların eynisini Rusiyaya da tətbiq edə bilərmi? Bu, o qədər də real görünmür. Çünki Rusiya sıradan bir ölkə deyil və zəngin resurslara sahibdir. Hazırda Rusiyaya qarşı sanksiyalarla bağlı mediada müxtəlif fikirlər səsləndirilir. Qeyd olunur ki, Rusiya SWIFT sistemindən uzaqlaşdırılacaq və s. Amma nəticə etbarilə Rusiyaya qarşı hələ ki, yüksək dərəcədə kəskin sanksiyalar tətbiq edilməyib”.

 

Ekspert qeyd edir ki, Qərb və ABŞ bu sanksiyaları Rusiya Ukraynanı işğal etdiyi halda tətbiq edəcəyini bildirmişdi: “Rusiya isə Ukraynadakı separatçı rejimləri dəstəklədi və onların müstəqilliyini tanıdı. Bununla da bir növ işğal versiyasını özündən uzaqlaşdıraraq, belə bir addım atdı. Hesab edirəm ki, Rusiyanın enerji müqavilələrindən kənarlaşdırılması mümkün deyil. Çünki Avropanın təbii qaz ehtiyacının 40 faizini Rusiya qarşılayır. Bu sanksiyalar enerji qiymətlərini bahalaşdıracaq ki, bu da Rusiyaya sərf edən bir amildir. Neft və qaz qiymətəri bir qədərdə artarsa, Rusiya büdcəsinə əlavə gəlir daxil olacaq”.

X.Kərimlinin sözlərinə görə, hazırda rubl ucuzlaşdığı üçün Rusiya əhalisinin sosial rifahı və alıcılıq qabiliyyəti aşağı düşüb: “Sanksiyaların tətbiqi Rusyada inflyasiyanı sürətləndirəcək, ölkənin borcları artacaq, səhm bazarı çökəcək və investisiya mühiti pozulacaq. Bu da indiki halda Rusiya iqtisadiyyatı üçünəlavəyük deməkdir. Amma bunlar baş versə belə,Rusiya iqtisadiyyatı tam çökməyəcək.Tətbiq edilən sankisyaların bir qoluda Avropaya gedib çatacaq. Azərbaycanın əsas ixrac bazarı Rusiya olduğundan, bu sahədə də müəyyən çətinliklər yaranacaq. Çünki yuxarıda qeyd etdiyimiz nüanslar, rublun ucuzlaşması, inflyasiya və s. Rusiya əhalisinin alıcılıq qabiliyyətinə mənfi təsir edəcək. Eyni zamanda rubl ucuzlaşdığına görə, Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana göndərdiyi vəsaitlərin dəyəri də azalmış olacaq. Bir sözlə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar iqtisadi cəhətdən Azərbaycana yaxşı  heç nə vəd etmir. Sanksiyaların tətbiqi zamanı siyasi mühit nəzərə alındığından qeyri-müəyyənliklər yaranır”.“Azpolitika”  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam