Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

28 Mayda neçə məhkum əfv olunacaq? -RƏSMİ AÇIQLAMA

“Aprelin 26-da keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası daxil olmuş 100-dən çox müraciətə baxıb”.

Yenixeber.org: Bunu komissiyanın üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib:

“Növbəti günlərdə Əfv Məsələləri Komissiyası öz fəaliyyətini davam etdirəcək. 28 May - Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalana bilər. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil. Ümumilikdə deyə bilərəm ki, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5 672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb”.

“Daxil olan hər bir müraciətlə bağlı ən az 3 ay araşdırma aparılır, sənədlər toplanır. İndiyə qədər yüzlərlə müraciət daxil olub. Növbəti iclaslarda nə qədər məhkumun əfv edilə biləcəyi haqqında daha dolğun fikir söyləmək olar”, - deyə komissiyanın üzvü bildirib.

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam