Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına əsasən mülkiyyət, sağlamlıq, idarəçilik əleyhinə, o cümlədən, iqtisadi fəaliyyətlə bağlı müraciətlər daxil olub.

Yenixeber.org: Bu barədə Komissiyadan məlumat verilib.

Bildirilib ki, Komissiyaya Cinayət Məcəlləsinin bütün fəsillərinə aid müraciətlər edilir və kim tərəfindən daxil olmasına baxmayaraq, bütün müraciətlər araşdırılır.

Qeyd edək ki, Əfv Komissiyası bu il 3 iclas keçirib. Daxil olan 1000-ə yaxın müraciətdən 300-nə baxılıb. Növbəti günlərdə iclasların davam etdiriləcəyi gözlənilir. Ehtimal edilir ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanacaq.