Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əfv Komissiyasının iclası çağırıldı

Ümumilikdə Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilib.

Yenixeber.org: Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu il üçün növbəti iclası keçiriləcək.

Komissiyadan verilən məlumata görə, iclasda daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq.

Qeyd edilib ki, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir.

Ümumilikdə Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilib.

Xatırladaq ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.

Bu il Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən humanist addımların davamı olaraq, növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam