Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ABŞ bu raketlərin istehsalından imtina edir-FOTO

ABŞ yeni növ qanadlı raketlərin istehsalından imtina edir

ABŞ administrasiyası yeni tipli qanadlı raketlərin istehsalı üzrə baha başa gələn proqramdan imtina olunması və əvəzində sualtı qasyıqlarda kiçik nüvə yüklü ballistik raketlərin yerləşdirilməsinin davam etdirilməsi fikrindədir. Pentaqondakı mənbələrə istinad edən Yaponiyanın “Nikkey” işgüzar qəzeti belə məlumat yayıb.
Yenixeber.org: “Nikkey” qəzeti bununla bağlı iki mənbənin söylədiklərini diqqətə çatdırıb.
“Potensial düşməni məhdud şəkildə nüvə silahından istifadə etməkdən çəknidirmək üçün ABŞ müxtəlif səpkili nüvə vasitələrinə artıq malikdir”, - “Nikkey” nəşrinin müsahiblərindən biri deyib. Qanadlı raketlərin yeni növlərinin istehsalının bahalığına diqqət çəkən həmin mənbə, hazırda belə yanaşmanın öz aktuallığını itirdiyini vurğulayıb.
“Nikkey”in Pentaqondakı digər mənbəyi isə Rusiyanın və Çinin təhdidinin qarşısının alınması üçün ABŞ-ın kiçik nüvə yüklü ballistik raketlərin yerləşdirilməsi siyasətini davam etdirəcəyi məramında olduğunu bildirib. Onun dediyinə görə, ABŞ Hərbi Dəniz qüvvələrinin zərbə endirici sualtı qayıqlarının arsenalında olan bu raketlər nüvə başlıqlı yeni növ qanadlı raketlərin istehsalından imtina eməyə imkan verir.
Nüvə başlıqlı yeni tip qanadlı raketlərin hazırlanması proqramı 1918-ci ildə, əvvəlki respublikaçı prezident Deonald Trampın dövründə təsdqilənmişdi. Həmin raketlərin 2030-cu ilə qədər hərbi hissələrdə yerləşdirilməsi nəzərdə tutulurdu. “Nikkey” qəzetinin mənbələrinin dediyinə görə, həmin proqramdan imtina olunması nüvə silahlanmasına xərclərin daha radikal şəkildə məhdudlaşdırılmasını tələb edən hakim demokratlar partiyasındakı solçuların da əhval-ruhiyyəsinə cavab verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam