Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ABŞ yeni silahlanma yarışı elan edir”– Qorbaçov

    

“ABŞ yeni silahlanma yarışı elan edir” – Qorbaçov
ABŞ-ın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən çıxmaq niyyəti yeni silahlanma yarışına başlanıldığının elan edilməsi deməkdir. 

 Yenixeber.org: Bunu SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov “New York Times” qəzetinə müsahibəsində deyib.

“Yeni silahlanma yarışı elan edilib. “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilə beynəlxalq vəziyyətin hərbiləşdirilməsi naminə verilən ilk qurban deyil. Vaşinqton hələ 2002-ci ildə raketdən müdafiə sistemlərinin məhdudlaşdırılmasına dair müavilədən çıxıb. Bu il isə İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxdı. Hərbi xərclər astronomik səviyyəyə qaldırılıb və artmağa davam edir” – Qorbaçov vurğulayıb. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib. Lakin Tramp konkret hansı şərtlərin pozulduğunu açıqlamayıb. Onun sözlərinə görə, “başqaları özlərinə gələnədək ABŞ öz nüvə potensialını artıracaq.” 

Xatırladaq ki, ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müddətsiz müqavilə 1987-ci ildə Qorbaçovla o zamankı ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam