Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Putin ABŞ-ı nüvə raketləri ilə hədələdi: “Bizim onsuz da hər şeyimiz var”

 

Putin ABŞ-ı nüvə raketləri ilə hədələdi: “Bizim onsuz da hər şeyimiz var”
Əgər ABŞ “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən çıxarsa, Rusiya üçün yer tipli orta mənzilli raketlərin istehsalı çətinlik yaratmayacaq.
 Yenixeber.org: Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş tərkibli iclasında çıxış edərkən deyib. 

“Bizim onsuz da hər şeyimiz var. Amma bizi hədələməyə çalışdıqları şeyi etsələr (müqavilədən çıxmaq), onda müvafiq şəkildə cavab verməli olacağıq. Və bildiyiniz kimi əgər bizdə hava və dəniz tipli bur cür raket sistemləri varsa, onda müvafiq elmi-təqdiqat və konstruktor işləri görərək həmin sistemləri yerə yerləşdirməyimiz elə də çətin olmayacaq”, – deyə Putin Vaşinqtona xəbərdarlıq edib. 

O, həmçinin, Moskvanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna dair ABŞ-ın ittihamlarını rədd edib. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib. Onun sözlərinə görə, “başqalarının ağlı başına gələnədək ABŞ öz nüvə potensialını artıracaq”. 

ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müddətsiz müqavilə 1987-ci ildə Qorbaçovla o zamankı ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma yarışına səbəb olacaq ki, nəticədə qlobal təhlükəsizliyə ciddi zərbə dəyə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam