Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

ORDU QURUDAN, "BAYRAKTAR" HAVADAN RUS ORDUSUNU MƏHV EDİR -Cəbhədəki son durum və işğalçının itkiləri açıqlandı + VİDEOLAR

“Ukrayna Müdafiə Qüvvələri üstünlüyü ələ alır və bütün istiqamətlərdə Rusiya Silahlı Qüvvələrinin hücum əməliyyatını dəf edir”.

Yenixeber.org: Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Polesye, Siver, Cənubi Buq əməliyyat bölgələrində Rusiya ordusunun canlı qüvvələri və texnikası böyük itkilər verib, dayandırılıb və əvvəllər işğal olunmuş əraziləri saxlamağa çalışır.

Donetsk istiqamətində irəliləməyə çalışan işğalçılar Ukrayna müdafiəçilərindən layiqli cavab alıblar və müxtəlif istiqamətlərdə dayandırılıblar, nəticədə qarşı tərəfin irəliləmə sürəti xeyli ləngiyib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, döyüş başlayandan Rusiyanın Ukrayna ərazisində fəaliyyət göstərən otuz bir tabor-taktiki dəstəsi döyüş qabiliyyətini itirib.

“Hərbi əməliyyatlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birbaşa təmasda olan Rusiya Silahlı Qüvvələrinin hissələrinin əksəriyyəti ruhdan düşüb, şəxsi heyətinin mənəvi-psixoloji durumu pisləşməkdə, təslim olmaların sayı artmaqda davam edir. Son üç gündə qarşı tərəfin kiçik fərari dəstələrinin dövlət sərhədinə doğru hərəkəti müşahidə olunur. Rəqib ehtiyatının komplektləşdirilməsində ciddi problem yaşayır”, - Ukrayna MN-dan qeyd olunub.

Qeyd edək ki, ötən gün  gedən döyüşlər zamanı Ukraynanın müdafiəçiləri Rusiyanın Hava Kosmik Qüvvələrini yeni itkilərə məruz qoyublar. Bildirilir ki, gün ərzində Rusiya Hava Kosmik Qüvvələri bir Su-34 qırıcı-bombardmançısını, 4 döyüş vertolyotunu və bir pilotsuz təyyarəsini itirib.

Ukraynanın Hava Qüvvələri Komandanlığı bildirib ki, Su-34 bombardmançısı “Şimal” əməliyyat komandanlığının hava hücumundan müdafiə qüvvələri tərəfindən Çerniqov vilayəti üzərində vurulub.

Habelə bildirilir ki, Ukraynanın Buk-M1 və S-300 zenit-raket kompleksləri düşmənin 4 vertolyotunu və bir “Forpost” pilotsuz təyyarəsini vurub. Ukraynanın Hərbi Hava Qüvvələrinin Su-24M və Su-25 təyyarələri, Mi-24 vertolyotları isə düşmən texnikasının kalonlarına 10-a yaxın hava həmləsi həyata keçirib, bu zaman Rusiya qüvvələrinə güclü raket-bomba zərbələri endirilib. Onlar texnika və canlı qüvvə sarıdan ciddi itkilər veriblər.

O cümlədən Ukrayna aviasiyası Su-27 və MiQ-29 qırıcılarının köməyi ilə müxtəlif istiqamətlərdə düşmənin üstün qüvvələri ilə 10-a yaxın hava döyüşünə girib və itki vermədən geri dönüb. Düşmən təyyarələrinə 9 “hava-hava” raketləri buraxılıb.

Sum vilayətində isə ərazi özünümüdafiə qüvvələri yalın əllə üç Rusiya tankını və bir özüyeriyən artilleriya qurğusunu qənimət olaraq ələ keçiriblər. Bu haqda vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski özünün Telegram-kanalında bildirib. Və tankların videosunu yayıb. Vilayət rəhbəri azı 2 rus əsgərinin öldürüldüyünü də qeyd edib.

Ukraynalı müdafiəçilər müdafiəni paytaxtın girişlərində saxlamaqda davam edirlər. Bu dəfə Rusiyanın Kiyev bölgəsindəki radar döyüş sistemi (EW) "Bayraktar”ın qurbanı olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı özünün "Facebook" səhifəsibdə məlumat verib.

"Bayraktar TB2 operatorlarımız Kiyev bölgəsində düşmənin elektron döyüş sistemini ustalıqla məhv edib”, - Zalujnı deyib.

Videoda hücum nəticəsində rus işğalçılarının radar sistemi bir neçə metr kənara saçılıb.

Qeyd edək ki, Ukrayna xalqının rus hərbi işğalına qarşı qəhrəmancasına müqavimətinin on yeddinci günü başlayıb.

Döyüş əməliyyatları başlayandan düşmənin Ukrayna ərazisində fəaliyyət göstərən otuz bir batalyon-taktiki dəstəsi döyüş qabiliyyətini itirib.

Döyüş əməliyyatları nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birbaşa atəşlə təmasda olan Rusiya Federasiyası silahlı qüvvələrinin hissələrinin əksəriyyəti ruhdan düşüb, şəxsi heyətin mənəvi-psixoloji durumu pisləşməkdə davam edir, ayrı-ayrı şəxslərin təslim olması halları qruplarla qeyd olunur.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin ümumi sayı da açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"da məlumat yayıb

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 58 təyyarə, 83 helikopter, 362 tank, 1 205 zirehli döyüş maşını, 135 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 62 reaktiv yaylım atəş sistemi, 585 avtomobil texnikası məhv edilib.

"Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

 

 

Ukraynada dünyanın 52 ölkəsinin nümayəndəsi döyüşür. Bu barədə isə müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, bunlar Polşa, Baltikyanı və Skandinaviya ölkələrindən olan hərbçilərdir. Könüllülər Rusiyaya qarşı döyüşmək üçün Beynəlxalq Legionun sıralarına qoşulublar. Hüquqi məsələlər həll edildikdən sonra əcnəbi hərbçilərə texnika və silahlar verilir. Daha sonra legionerlər xüsusi hazırlıq keçir, sonra isə hərbi hissələr formalaşdırılır.

İşğalçı ruslar isə döyüşə girməkdən qorxduqılarından, uzaqdan şəhərləri bombalayır. Ukraynada Kiyev və Belaya Serkov şəhərləri arasında yerləşən Vasilkov şəhərində neft anbarı yanır. Bu barədə məlumatı Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba verib.

Bildirilir ki, Kryaçki kəndində yerləşən neft anbarında yanğın aviazərbədən sonra başlayıb. (“Ukrainskaya pravda”)

 

 

Dünən gecə Ukraynanın Kiyev vilayətinin Kvitnevoye kəndi də qorxaq Rusiya qoşunları tərəfindən artilleriya atəşinə tutulub. Nəticədə dondurulmuş ərzaqların saxlandığı anbarlarda yanğın baş verib.

Bu barədə yerli Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

İlkin məlumatlara görə ölən və ya yaralanan yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam