Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Rusiya Ukraynaya 180-dən çox raket atıb

Rusiya Ukraynaya    180-dən çox    raket atıb

Ukrayna mediası bu gün 30-a yaxın döyüş təyyarəsinin ölkənin hava məkanını əsasən Belarusdan pozaraq mülki əhalini bombaladığını yazıb. 
Yenixeber.org: Saytlar Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinad ediblər.
Məlumatda deyilir ki, "Rusiya qoşunları işğala başlayandan bəri düşmən Ukrayna ərazisinə 180-dən çox raket atıb. Hərbi obyektlərlə yanaşı, mülki infrastruktur və yaşayış məntəqələrinin yaşayış məntəqələri də xeyli zərər görüb".
- Rusiya işğalçı qüvvələri beynəlxalq tələbləri, humanitar hüququ pozaraq, yerli əhalinin, o cümlədən uşaqların talanına və öldürülməsi hallarına yol verir. İşğalçı qoşunların əhval-ruhiyyəsi son dərəcə aşağıdır, - məlumatda deyilir.

Qərargah onu da əlavə edib ki, cari gün ərzində 30-a qədər döyüş təyyarəsi Ukraynanın hava məkanını əsasən Belarus Respublikası tərəfdən pozaraq mülki əhalini bombalayıb.
Qeyd olunur ki, Volında Ukrayna Silahlı Qüvvələrinin bölmələri etibarlı müdafiə sistemi yaradıblar. Ukrayna sərhədi boyunca düşmənin hərəkətlərinin daimi monitorinqi aparılır.
Sahil istiqamətində isə ukraynalı müdafiəçilər üstün düşmən qüvvələrinib hücumlarını müvəffəqiyyətlə saxlayaraq müdafiə əməliyyatlarını davam etdirirlər. Ukrayna Silahlı Qüvvələrinin bölmələri Nikolaev şəhəri ərazisinə enməyə cəhd edən desant qüvvələrini də zərərsizləşdirib.
- Xatırladaq ki, Silahlı Qüvvələrin bölmələri Kiyev vilayətinin Makarov şəhərini işğalçılardan azad edərək şəhərdə möhkəmləniblər. Müəyyən qüvvələr və vasitələrlə Kiyevin müdafiəsi həyata keçirilir, sistemli hərbi əməliyyatları davam etdirir və müəyyən əraziləri əldə saxlayırıq. Düşmən ruhdan düşüb, şəxsi heyəti və hərbi texnikası ilə itki verməkdə davam edir, - Baş Qərargahın məlumatında deyilir.

Eyni zamanda bildirilir ki, rus əsgər və zabitlərindən ibarət qruplar təslim olmaqda davam edir və həmçinin onlar hücum əməliyyatlarını da davam etdirməkdən imtina edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam