Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Ermənistanın yeni prezidenti seçilib

Ermənistanın yeni prezidenti seçilib
Hakim “Mülki müqavilə” Partiyasının namizədi Vaaqn Xaçatryan Ermənistanın yeni prezidenti seçilib.

Yenixeber.org:  Səsvermə ölkənin Milli Məclisində keçirilib.

Yeni dövlət başçısını ikinci turda seçmək mümkün olub.

Parlamentin 71 deputatı onun lehinə səs verib. Onun seçilməsi üçün 65 səs yetərli idi.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərində V.Xaçatryan İrəvanın meri və parlamentin deputatı olub. O, ötən ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilmişdi.

Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. O, buna səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam