Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

2022-ci il:Azərbaycan üçün potensial təhlükə haradandır?

Yenixeber.org: Azərbaycan Respublikasının prezidenti yeni il müraciətində İkinci Qarabağ müharibəsindən sonra yaranmış şəraitdən ümumilikdə razılıq ifadə edərək ümidvarlığını bildirib ki, rəsmi İrəvan müharibənin nəticələrini qəbul etməklə regional çərçivədə öz rolunu artıra bilər. “Zira noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir.”

Bununla belə, Azərbaycan lideri bu açıqlamada sərhəd insidentlərinə diqqət çəkməklə ölkəsinə qarşı potensial təhlükələrin mövcud olduğuna eyham vurub. Müşahidələr isə əsas təhlükənin Ermənistandan deyil, Rusiya tərəfindən yarana biləcəyini düşünür.

Doğrudur, ölkə başçısı yeni il müraciətində Rusiya ilə əlaqələrin uğurla inkişaf etdiyini söylədi, lakin mediada gedən müzakirələrdən aydın olur ki, rusiyalı sülhməramlıların fəaliyyəti çoxlarını qane etmir və bu dövlət Qarabağda daha çox öz maraqlarını möhkəmlətməklə məşğuldur.

Dağlıq Qarabağda “rus” icmasının yaradılması və təşkili istiqamətində davam edən səylər göz qabağında olan faktlar sırasındadır. Bununla da Qarabağın 4 ildən sonra Azərbaycana təhvil verilməsi məsələsi qaranlıq müəmmalı görünüe. Xüsusilə də Rusiya çətiri altına girmiş separatçı rejimin başçısı Arayik Harutyunyan da “parlament”dəki çıxışında rusiyalı sülhməramlıların bölgədə qalmasının müddətsiz olmasını istəyib.

Bundan əlavə separatçı lider Azərbaycan daxilində hər hansı status məsələsinə qarşı çıxaraq deyib ki, Qarabağ erməniləri heç bir şəkildə Azərbaycan daxilində hansısa statusu qəbul etməyəcəklər. Çünki ermənilər azərbaycanlılarla birgə yaşamaq istəmirlər.

Təbii ki, separatçı lider Rusiyadan icazəsiz belə bir açıqlamanı verə bilməzdi. Əslində Paşinyanın yeni siyasi kursuna xatir gündən-günə İrəvandan uzaqlaşan separatçıların yeganə ümid yeri Rusiyadır və Harutyunyanın özünü beləcə arxayın aparmasının arxasında məhz Rusiya amili dayanır. Əlbəttə ki, Rusiyanın onları tam şəkildə öz himayəsinə götürməsi üçün hüquqi baza yaranırsa, və Kremlin bölgədə manevr imkanlarını artırırsa, bu, Moskva üçün əla fürsətdir. Bununla da Qarabağ probleminin bitmədiyi barədə təəssürat yaratmış olurlar. Ona görə də Azərbaycanda Qarabağ ermənilərinə qarşı antiterror əməliyyatının həyata keçirilməsinə çağırış edənlər situasiyanın nə dərəcədə mürəkkəb olduğunu nəzərə almalıdırlar. Qarabağ ermənilərinin getdikcə Rusiyanın marionetinə çevrilməsi ilə antiterror əməliyyatına başlamaq Rusiya ilə müharibəyə başlamaq deməkdir və bu addım olduqca təhlükəlidir.

Beləliklə də Qarabağ münaqişəsi ilə bağlı yaranmış mənzərə belədir: Azərbaycan 7 rayona və sovet vaxtı mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi sayılan Şuşa və Hadruta nəzarəti ələ keçirib, qondarma rejim isə qalan ərazilərdə özünün “dövlət” strukturlarını qoruyub saxlayır və Rusiya oraya bir quberniyası kimi yanaşır. Bu quberniyanı azad etmək ən azı indiki şəraitdə mümkün deyil.

Azərbaycan 2022-ci ili bu mənzərə ilə qarşıladı.

Qəhrəman Nurani


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam