Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Aprel döyüşündən sonra, ətraf rayonların qaytarılmasına Sarkisyan mane olub - ŞOK DETALLAR

 
Dünən İrəvanda Avrasiya İttifaqının toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirildi. Bir neçə gün sonra isə Soçidə prezident İlham Əliyevlə Rusiya dövlət başçısı arasında görüş baş tutacaq.

Yenixeber.org: Bu görüşlər Qarabağın həllinə aparırmı?

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov saytımıza danışıb.


Politoloq hesab edir ki, Qarabağ məsələsi ilə bağlı təcili şəkildə fəaliyyətə başlamaq lazımdır:

“Son zamanlar Ermənistan-Rusiya münasibətlərində soyuqluq görünməkdədir. Putinin İrəvana səfərinin məntiqi sonluğu, hər iki lider arasında görüşün baş tutması idi. Bu görüşdə bir neçə istiqamətdə məsələlər müzakirə edildi. Birinci məsələ Qarabağ klanı ilə bağlı idi ki, başda Köçəryan olmaqla, onların vəziyyəti Rusiyanı ciddi şəkildə narahat edir. Çünki illərdir ki, Rusiya Ermənistanda məhz Qarabağ klanı vasitəsi ilə oturuşmuş münasibətlərə malikdir. İkincisi, Ermənistanın xarici siyasi vektoru ilə bağlı məsələ müzakirə edilib. Ermənistanla Qərb arasında olan müasibətlər, eyni zamanda Soros fondunun və bir sıra digər QHT-lərin Ermənistanda fəaliyyəti məsələsinə də toxunulub. Bundan başqa Qərb fondları ilə çox sıx inteqrasiyaya malik olan QHT-lərin Ermənistan hökumətində təmsil olunmaları da Rusiyanı ciddi şəkildə narahat edir. Nazirlər Kabinetində müəyyən fiqurların da Moskva və İrəvan arasında müzakirə predmeti olması gözlənilən idi. Təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Amma bu müzakirələr ətraflı şəkildə aparılmayıb”.

Politoloq vurğulayıb ki, bu görüşün Soçi görüşündən əvvəl baş tutması hər iki görüşü aktual edir:

“Azərbaycanla Rusiya arasında da müzakirə ediləcək bir sıra məsələlər var. Bu, regionda baş verən geosiyasi vəziyyətlə bağlıdır. Eyni zamanda Azərbaycanın və Rusiyanın özündə gedən proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq. Bu məsələlər Rusiyanın daim diqqət mərkəzindədir. Müzakirə ediləcək digər məsələ isə Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan Rusiya dövlət başçısından münaqişə ilə bağlı konkret mövqe ortaya qoymasını istəyir. 2016-cı ilin aprel döyüşlərindən sonra, ətraf rayonların qaytarılmasında Rusiyanın konkret mövqe göstərəcəyinə, sərgiləyəcəyinə ümidlər çox idi. Lakin Rusiyadakı erməni lobbisinin aktiv fəaliyyəti, eyni zamanda Ermənistanın daxilindəki güclər, eləcə də Sarkisyanla xarici qüvvələr arasında aparılan danışıqlar aprel döyüşlərindən sonra, danışıqlarda nəzərdə tutulan bir neçə rayonun qaytarılması məsələnə əngəl törətdi. Burada Kremldəki bəzi qrupların da Sarkisyan vasitəsi ilə məsələyə təsir etdiyini ehtimal etmək olar”.

Z. Məmmədov bildirib ki, hər bir halda Soçi görüşü vacibdir:

“Son zamanlar Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ sərhədində baş verənlər onu göstərir ki, cəbhədə istənilən vaxt provakasiyaya əl atıla bilər. Bu təxribatların hansı nəticə verəcəyini isə gələcək göstərəcək. Hər bir halda Azərbaycan Dövlət başçısı tərəfindən son zamanlar iqtisadiyyatın, Silahlı Qüvvələrin gücləndirilməsi üçün işlər görülür. Cəbhədə təxribatlara yol verilərsə, münaqişənin çözülməsi başqa istiqamətə gedərsə, Azərbaycan Ordusu buna hazırdır. Təsadüfi deyil ki, BMT tribunasından Azərbaycan XİN rəhbəri öz çıxışında rəsmi Bakının beynəlxalq hüquqdan istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etməsi istiqamətində addımlar ata biləcəyimizi istisna etmədi. Bu həm də Rusiyaya, ABŞ-a və Fransaya olan mesaj idi. İndiki halda status-kvonun qorunması Azərbaycanı qane etmir. Təcili şəkildə fəaliyyətə başlamaq lazımdır. E. Məmmədyarovun BMT-dəki çıxışından əvvəl Ermənistan və Azərbaycan XİN rəhbərləri görüşmüşdü. Yekun açıqlamada yenə də ATƏT-in həmsədr ölkələrindən narazılıq ifadə olunurdu”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam