Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarından gözləntilər...

 

 

Azərbaycan Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə etiraz etmir, ancaq əmin olmaq istəyir ki, bu qüvvələr həqiqətən sülhməramlı rolunu oynayacaqlar.

Yenixeber.org: 2020-ci il noyabr ayının 17-də Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələrin göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyən qərar qəbul edib. Bu qərara uyğun olaraq Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək və Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. Türkiyə BMM-nin bu qərarının Azərbaycan üçün misilsiz tarixi əhəmiyyət daşıyan Milli Dirçəliş Günündə qəbul edilməsi xüsusilə təqdirəlayiqdir və sevindiricidir. Türkiyə hərbi qüvvələrinin Dağlıq Qrabağda yerləşdirilməsinin bu ərazidə Rusiya silahlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı bəzi narahatçılıqlara son qoyacağına inanırıq. Türkiyə bir daha sübut etdi ki, həmişə olduğu kimi, yenə də Azərbaycanın haqq işini müdafiə etməkdə qərarlıdır və bu işdə ona heç kim mane ola bilməz!

Görünən odur ki, Rusiya Azərbaycanın hərbi qələbəsindən sonra regionumuzda yaranmış geosiyasi vəziyyəti obyektiv qiymətləndirməyə və bu regionda Türkiyənin artan rolunu və gücünü nəzərə almağa meyillidir, baxmayaraq ki, Rusiyada kök salmış bəzi ermənipərəst qüvvələr "başqa hava çalırlar". Rusiyanın Prezidenti V.Putin praqmatik siyasətçidir. O, Rusiyanın şimal-qərb, qərb və cənub sərhədlərində hansı dövlətlərlə həmsərhəd olduğunu gözəl anlayır. İstəməz ki, cənub sərhədlərində, Azərbaycanın timsalında, Türkiyə kimi qüdrətli və qüvvətli dostu, strateji müttəfiqi olan, Rusiyaya dost olmayan, yeni, varlı və güclü dövlətlə münaqişəyə səbəb olacaq hərəkətlərə yol versin. Bəli, regionda Rusiyanın əsrlərlə davam edən maraqları var və o, bu maraqlarından vaz keçmək istəmir. Əsrlər boyu Rusiya Cənubi Qafqazda öz strateji maraqlarının təmin edilməsində həmişə ikiüzlü, satqın, məkrli ermənilərdən bir vasitə kimi istifadə edib və bu siyasətindən vaz keçmək istəmədiyi də göz qabağındadır. Eyni zamanda, Rusiya Cənubi Qafqazda öz maraqlarının qorunub saxlanması üçün regionda yaranmış mövcud reallığı nəzərə almalı olduğunu anlayır və bu maraqlarının reallaşdırılması üçün təkcə ermənilərə istinad etməyin yetərli olmayacağını da hiss edir. Məhz mövcud reallığın nəzərə alınmasının nəticəsidir ki, Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün Türkiyə ilə Birgə Monitorinq Mərkəzinin yaradılmasına razılaşıb. Beləliklə, Rusiya Dağlıq Qarabağda atəşkəsə nail olmaq üçün, ordu yeritməklə, bir tərəfdən ermənilərin xilaskarı kimi çıxış etsə də (bu əslində belə də qiymətləndirilməlidir), digər tərəfdən Azərbaycanın və Türkiyənin maraqlarını da nəzərə almaya bilmir. Rusiya yaxşı başa düşür ki, onun cənub sərhədlərinin möhkəmliyi Azərbaycanla mövcud olan strateji müttəfiqliyinin nəinki qorunub saxlanılmasından, hətta möhkəmlənməsindən keçir. Bununla yanaşı, Rusiya, yəqin ki, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra, Türkiyə ilə daha sıx əlaqələrin yaradılmalı olduğunu da nəzərə alır. Bütün bunlarla yanaşı, nəzərdən qaçırmaq olmaz ki, Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda faktiki olaraq yerləşdiyi mövcud situasiyada, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Azərbaycanla qardaş Türkiyənin birgə fəaliyyətindən bilavasitə asılıdır! Azərbaycan Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə etiraz etmir, ancaq əmin olmaq istəyir ki, bu qüvvələr həqiqətən sülhməramlı rolunu oynayacaqlar. Bu, təkcə Azərbaycanın və Rusiyanın deyil, bütünlükdə regionun maraqlarına tam cavab verir və inanırıq ki, belə də olacaqdır.

 Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam