Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan F-16-lar ALA BİLƏR:Ermənistanı ŞOKA SALACAQ GEDİŞ - VİDEO

 

Azərbaycan F-16-lar ALA BİLƏR: Ermənistanı ŞOKA SALACAQ GEDİŞ - VİDEO

“Ermənistan Rusiyadan yeni silah krediti almaq üçün güzəştlərə getməli olacaq”.

 Yenixeber.org: Bu barədə rusiyalı hərbi politoloq Pavel Felqenqauer Ermənistanın Rusiyadan yeni silah krediti almağa hazırlaşdığı haqqında xəbərləri şərh edərkən deyib.


Onun sözlərinə görə, Rusiya yeni kreditin əvəzinə Ermənistandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyi postunu Belarusa güzəştə getməyi tələb edə bilər: “Hazırda KTMT-nin baş katibliyi məsələsi anormal vəziyyətdədir. Rusiya Ermənistandan geri çəkilməsini istəyə bilər. Düşünürəm ki, bu, Ermənistan üçün əlverişli saziş olardı”.



Hərbi ekspert hesab edir ki, Ermənistan Rusiyadan aldığı krediti müəyyən öhdəliklərlə ödəyə bilər.

“Bu krediti necəsə qaytarmalıdırlar. Ola bilsin ki, “Qazprom”a hansısa mülkiyyətlər verilə bilər. Çünki Ermənistan diasporun dəstəyi ilə nəsə qazanır, lakin ümumilikdə bu ölkədə pul çox deyil. Rusiya Ermənistana verdiyi kreditdən heç nə qazanmır, bu, sadəcə olaraq strateji ittifaq üçün ödəmədir. İki ölkə arasında gərginlik davam etsə də, Ermənistan Rusiyadan uzaqlaşmayacaq. Suriyaya humanitar missiyanı göndərmələri də Moskvaya xoş getmək addımı idi. Təbii ki, erməni əsgərlər amerikalılarla birlikdə Əfqanıstana və İraqa da gedirlər. Belə görünür ki, İrəvan yumurtaları bir səbətə qoymaq istəmir”, - deyə o bildirib.

Lakin Felqenqauer Rusiyanın Ermənistana böyük məbləğdə kredit verməyəcəyini düşünür.

Onun fikrincə, müəyyən hərbi texnika Ermənistana verilə bilər: “Məlumatlar var ki, ilin sonuna kimi 4 ədəd Su-30SM təyyarələri verilsin. Lakin bu təyyarələr yeni deyil, sadəcə müəyyən qədər müasirləşdiriliblər. Bu, zavod istehsalı deyil və Rusiya onları Ermənistana, Belarusa müttəfiqlərinə kömək məqsədilə verir. Misal üçün, Qazaxıstanın pulu var və o, real silahlar alır. Ermənilərə verilənlər isə bizim köməyimizdir. Bu təyyarələrin verilməsindən sonra Azərbaycan və Ermənistan Hərbi Hava Qüvvələri arasında müəyyən balans yarana bilər, lakin bu, uzun müddət davam etməyəcək. Çünki Azərbaycanın böyük imkanları var və o istədiyi silahı əldə edir. Rusiyadan başqa heç bir ölkə isə Ermənistana kreditlər silah verməz. Azərbaycan misal üçün Türkiyədən F-16-ları ala bilər. Bu təyyarələri Türkiyə və ABŞ birgə istehsal edir, o cümlədən ixrac edirlər. Təbii ki, bu təyyarələrin Azərbaycana satılması üçün ABŞ-n razılığı olmalıdır. Düşünürəm ki, Vaşinqton F-16-ların Azərbaycana satılmasına razılıq verəcək. Azərbaycan Rusiyadan da döyüş təyyarələri, elə Su-30SM-ləri ala bilər. Moskva Bakının belə bir istəyini dərhal yerinə yetirər. Hətta Azərbaycana birbaşa zavod istehsalı olan təyyarələr satılar. Yeni istehsal edilənlər yalnız Çinə satılıb, lakin Azərbaycana da satılması mümkündür. Azərbaycan həmçinin, Rusiya mühərriki ilə təchiz olunmuş Pakistan və Çinin birgə istehsal etdiyi təyyarəni də ala bilər. Lakin hazırda ən real variant Türkiyədən almaqdır”.

Rusiyalı hərbi ekspert qeyd edib ki, Dağlıq Qarabağda eskalasiya təhlükəsi mövcuddur və “aprel müharibəsi”ndən sonra hər iki tərəf uzun müddət növbəti müharibəyə hazırlaşır.(publika)





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam