İRANIN ƏFSANƏVİ GENERALI HƏDƏFDƏ:"MOSSAD" və MKİ-nin ona sui-qəsd hazırladığı xəbəri yayıldı - Araşdırma
oko-planet-su, 09.01.2018
Yenixeber.org: Tehrandan son xəbərlərə əsasən, bugünki İranı nə Suriya, nə də Ukrayna ssenarisi təhdid edir. Hökumət 2017-ci ilin axırında İranın bir çox şəhərlərində alovlanan etirazları Amerikayönlü adlandırmaqla sürətlə boğub. Vaşinqtonun yerli müxalifətə fəal və əlaqələndirilmiş dəstəyi İran İslam Respublikasındakı etiraz nümayişlərinin və hətta talanların arxasında konkret olaraq Birləşmiş Ştatların durduğundan xəbər verir. Ağ Ev artıq bildirib ki, İranın “azadlıq mübarizlərinə” ən yaxın vaxtlarda 1 milyard $ ayıracaq və habelə ölkə rəhbərliyinə qarşı sanksiyalar tətbiq edəcək.
Eyni zamanda ekspertlər bu fikirdə kəsişirlər ki, Vaşinqtonun ümidlərinə baxmayaraq, İranda indiki şəraitdə asayiş tezliklə tam şəkildə bərpa olunacaq.
Politoloq-şərqşünas Karine Gevorqyan deyib: “Durumu silkələməyə nail olunmayıb. Birləşmiş Ştatlar administrasiyasında buna (etirazlara) seviniblərsə, çox tezdir”.
“Küveyt əl-Cəridə” qəzetində Amerikanın, İİKK tərkibində “əl-Qüds” özəl bölməsinə başçılıq edən və birbaşa İran prezidenti Əli Xameneiyə tabe olan əfsanəvi general Qasim Süleymaninin qətlini təşkil etməkdə İsrailə “yaşıl işıq” verdiyi haqda məqalə bu fonda özəl məna kəsb edir.
Sirr deyil ki, Qasim İİR, Suriya, İraq, “Hizbullah” və HƏMAS arasında hərbi fəaliyyəti əlaqələndirir. Onu ölkədə ən nüfuzlu güc qurumu təmsilçisi və hətta Suriya lideri Bəşər Əsədin xilaskarlarından biri adlandırırlar. Habelə qeyd edək ki, bu adam İranda haqqında hətta vətənsevərlik filmləri çəkilən milli qəhrəmandır.
Deməli, “Küveyt əl-Cəridə” məqalə dərc edib ki, əlinə Amerikanın, nəhayət ki, Süleymaninin siyasi qətli üçün İsrailə xeyir-dua verdiyindən danışan məxfi məruzə keçib. Bildirilir, bundan üç il qabaq ABŞ-ın o zamankı prezidenti Barak Obamanın birbaşa göstərişiylə MKİ öz kanalları ilə İsrailin “Mossad” kəşfiyyatına İsrailin kəskin tənqid etdiyi nüvə sazişinin təminatı üzrə əsas fiqur sayılan “əl-Qüds” komandirinin məhvi üzrə özəl əməliyyatın keçirilməsinin mümkünsüzlüyü haqda xəbərdarlıq edib.
“Küveyt əl-Cəridə” xəbər verir ki, indi isə prezident Donald Trampın dönəmində Vaşinqtonla Təl-Əviv arasında bu məsələ üzrə ziddiyyət tam həcmdə aradan qalxıb. Hətta, guya, Küveyt jurnalistlərinin əlinə düşmüş birgə Amerika-İsrail məruzəsində deyilib: “Süleymaninin öldürülməsi hər iki ölkənin maraqlarına xidmət edəcək”.
Bu arada, bu addım uğurlu olsa, nəticələri asanlıqla sayılır.
Birincisi, Yaxın Şərqdə ümumi şiə cəbhəsinin zəifləməsi baş verəcək, bu da Bəşər Əsəd hökuməti üçün çox təhlükəlidir. Əvəzolunmaz adamların olmadığını desələr də, Süleymani Dəməşqə dost xüsusi xidmətin, doğrudan da, ağıllı, nüfuzlu, xarizmatik başçısıdır. Bu cür ikinci adam tapmaq çox çətin olacaq.
İkincisi, İran daxilində Amerikayönlü hərəkatların mövqeyi güclənəcək. Heç şübhəsiz, generalın ölümü müxalifətə öz gündəliyini yeritməkdə üstünlük və vaxt verəcək.
Üçüncüsü, İran cəmiyyəti daxilində eşilən zorakılıq spiralı son hesabda islam dövlətinin öz ərazisində asayişə nəzarət etmək bacarığını sarsıda bilər. İranda təhlükəli xaos meydana çıxar. Əslində, Birləşmiş Ştatlar və İsrail də buna can atır.
Aydındır ki, İranla sıx iqtisadi əlaqələr saxlayan Küveyt də bu halda qəliz duruma düşəcək. Qeyd edək, “Küveyt əl-Cəridə” qəzeti yazır ki, informasiyanın qaynağı İsrail Nazirlər kabinetinin siyasətindən narazı yüksəkçinli məmurdur. Və doğrudan da, yəhudi isteblişmentində nüvə sazişini alqışlayan və Tehranla sazişə gəlməyin düzgün olacağına inanan adamlar var.
Əlbəttə, bunu qəzet bicliyi adlandırmaq olar, amma 2015-ci ildə İsraildə məhz bu mövzu ətrafında hökumət daxilindəki mübahisələrlə bağlı qalmaqal olub. “Küveyt əl-Cəridə” o zaman İsrail nazirlərinin toplantısı haqda məlumatlar dərc etmişdi. O qədər ayrıntılıydı ki, bunu ancaq toplantıya qatılanlardan biri bölüşə bilərdi.
Bu maraqlıdır: İsrail KİV-ləri Süleymaninin fiziki aradan qaldırılması üzrə əməliyyatın başlanması üçün “yaşıl işıq” haqda xəbəri bir anda qamarlayıb. Halbuki rəsmi Təl-Əviv və Vaşinqton “Küveyt əl-Cəridə”nin dərcinə ümumiyyətlə reaksiya verməməyə üstünlük verib. Təəssürat belədir ki, MKİ və “Mossad” informasiya sızmasına qarşı olmayıb.
Süleymaniyə mümkün sui-qəsd haqda “Küveyt əl-Cəridə”nin dərciylə bağlı Livanın “Hizbullah” təşkilatı xüsusi xidmətinin rəisi İmad Muqninin aradan qaldırılması xatırladılır. Qərb KİV-ləri onda da Muqniyə qarşı nəzərdə tutulan əməliyyat haqda məlumat yaymışdı. Sanki kimsə siyasi qətli anons edirdi.
İsrail baş naziri Ehud Olmert Muqninin ölümündən bir an sonra bildirmişdi: “İsrail terrorçu qrupların bu insidentdə onun necəsə əli olduğu haqda cəhdlərini rədd edir. Bizim əlavə etməli heç nəyimiz yoxdur”.
ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Şon Makkormak isə fikrini qismən aydın ifadə etmişdi: “Dünya bu adamsız daha yaxşı olub. O, saysız-hesabsız günahsız ölümlərə görə məsuliyyət daşıyan soyuqqanlı qatil, terrorçu idi”.
Bir az sonra sui-qəsdin ayrıntıları aydınlaşdı. Guya, yönəldilən fəaliyyətli partlayıcı maddə obrazı tanıma sistemi vasitəsilə aktivləşdirilib. Qısası: bu cür qurğuları qurbanın görünə biləcəyi mümkün yerlərdə əvvəldən gizlədərək ancaq gözləmək qalır ki, o, nə vaxt yaxından keçəcək. Sonra hər şey avtomatik şəkildə baş verir. Başqa sözlə, “Mossad”la MKİ-nin əvvəlcədən anons etdiyi siyasi qətl məntiqi sonluğa çatdırılsa, – özü də innovasiyalı özəl üsullar vasitəsilə – Amerikanın xarici ölkələrin xoşagəlməz liderlərinə yeni basqı mexanizmi olacaq.
Sözsüz, Təl-Əviv istənilən halda əməliyyatda əli olduğunu ənənə üzrə inkar edəcək. Guya, bu, ərəb dünyası daxilində hesablaşma imiş. Vaşinqton isə Dövlət Departamentinin rəsmi təmsilçisinin diliylə buna bənzər bir şey deyəcək: “Əcəb oldu, Süleymani cəzasını çəkdi”. Amma ismarıc hamıya aydın olacaq. Həm düşmənlərə, həm də müttəfiqlərə.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi bir dövlətin başqasına qarşı güc təhdidini və yaxud işlədilməsini birbaşa qadağan edir. O cümlədən də xarici vətəndaşlara qarşı.
Düzdür, iki istisna var. Birincisi – “qəbul edən” dövlət razılıq verərkən. Və ikincisi – söhbət özünü müdafiədən və ya qaçılamz təhlükədən gedərkən. Hətta ölkə hökuməti əleyhinədir və yaxud özəl səbəblər üzündən razılıq verə bilmirsə.
Əlbəttə, BMT-nin elə həmin maddəsində proporsionallıq və hərbi zərurət daxil olmaqla beynəlxalq humanitar hüquqa uyğun olaraq “məqsədli zərbə”nin qanuniliyindən danışılır. Eyni zamanda “sülhə təhlükəyə nisbətdə fəaliyyət, sülhün pozulması və təcavüzkarlıq aktı” VII fəslin çərçivəsində nəzərdən keçirilir (39-50-ci maddələr). Orada kor-kor, gör-gör yazılıb ki, təhlükə və yaxud təcavüz aşkar və hamı tərəfindən qəbul edilən olmalıdır.
Başqa sözlə, xoşagəlməz xarici şəxslərin aradan qaldırılmasında bu cür praktika onun tətbiqi üçün hüquqi əsas haqda qəliz suallar doğurur. Bu, eynilən rus atalar sözünün yeri olduğu haldır: “Ağıllı və hiyləgər adam qanunu ona sərf edən kimi yoza və tətbiq edə bilər” (“Закон – что дышло. Куда повернешь – туда и вышло”).
Uyğun olaraq, Birləşmiş Ştatlar gərək bilsə, istənilən dövlət başçısı MKİ-nin həmləsi üçün obyektə çevrilə bilər. Həm də yalnız bu əsasla ki, okean arxasında hesab edildiyi kimi, bu adam fərziyyəyə görə Amerika üçün təhlükəlidir.
O zaman bir sual: Kremli ucadan və hamının eşitdiyi şəkildə Birləşmiş Ştatların 1 № -li düşməni adlandıran Ağ Ev niyə bizim prezidenti də aradan qaldırmaq obyekti hesab etməsin? Doğrudan da, general Süleymanidənsə Vladimir Putin dəqiq şəkildə daha qüdrətlidir.
III Aleksandr bizim günlərdə yaşasaydı, yəqin ki, deyərdi: “Rusiyanın cəmi üç sadiq müttəfiqi var: ordu, donanma və FTX”. Tərcümə: (strateq)