Azərbaycanlı qızlar kimlərə satılır, yaxud ingilis fironu üçün Bakı gözəlləri: ARAŞDIRMA
Xeberinfo.com: ...Nə etmək olar, hamı susurdu. Polis idarəsində əxlaq¬sız qadınların kartotekasını tərtib edən məhəllə şeyxinin oğlu Mehran Əl Mahmud da (Birləşmiş Ərəb Əmirlikləri), diplomatik korpus da. Halbuki 1999-cu ilin mart ayında səfirliyə ikinci məktub yazdırdı. Göndərilən, lakin diplo¬matik korpusda it-bata düşən (?) məktubda xatırlanırdı: “Cənab səfir! Siz yolunuzu Köhnə Sehlan qəbiristanlığın¬dan salın. Orada kiçik bir daxmada əyləşib, Allah yolunda ünvansız-adsız ölənlərə rəhmət diləyən, yasin oxuyan Də¬li Şeyxə baş çəkin... Yan-yana dəfn olunmuş səkkiz qəbri nişan verib soruşun: Burda dəfn olunan kimlərdir?... Siz soruşun. Çünki bu adamlar bir vaxt Sizə məktub yazmışdı¬lar. Sizdən imdad diləmişdilər. Bunu da xatırlatmışdılar ki, bizi bu yerlərə aldadıb gətiriblər. İndi düzlərdə qalmı¬şıq. Yardım edin, bizi vətənə qaytarın...” Siz isə heç bil¬mədiniz “Köhnə Sehlan” haradadır...
...Bu məktubu yazan Nəsibə adlı 31 yaşlı bakılı qadın idi. İndi “Köhnə Sehlan” deyilmir o yerlərə. 2000-ci ildən bu köhnə qəbiristanlıq “Lənətabad” adlanır (İranda da be¬lə bir qəbiristanlıq var. Ümumən, əxlaqsız qadınların dəfn olunduğu yerə Şərq aləmində “Lənətabad” deyirlər). Də¬li Şeyxi də oradan qovurdular ki, əxlaqsız qadınlara, ün¬vansız ölənlərə rəhmət düşmür. Onlar isə ünvansız deyil¬dilər. “Qızlar Sultanı”... Maral xanım...’’Qızlar Sultanı” adını almış Maral xanımın toruna düşüb aldanmış, təhqir edilib, alçaldılmış... bir qram çörəkdən ötrü min bir müsi¬bətə düçar olan adamlar idi onlar...
Dubayın (bizim dilimizlə desək) polis idarəsində MDB ölkələrindən gələn qadınlar üçün ayrıca bir şöbə de fəaliyyət göstərir. 1996-cı ildən şöbənin Azərbaycan bölməsində üç ay ərzində 47 nəfər azəri qadını qeydə alınıb. İtkin düşən və ölənlər üçün ayrıca kartoteka tərtib edilib. Aldığımız məlumata görə, təkcə 1999-cu ildə Du-bayda ölənlərin, itkin kimi qeydə almanların sayı 69 nə¬fər olub. Bunun da 16 nəfəri Azərbaycanın müxtəlif böl-gələrindən gedənlər idi.
2000-ci ilin fevral ayının 9-da “Qızlar Sultanı” - Ma-ral Dubay reysi ilə İstanbula, oradan da Ankaraya təşrif gətirir. Şeyx Kədvenin Türkmənbaşı sənaye kompleksin¬də çalışan qardaşı oğlu Ələs ibn Fərruxla görüşür. Həmin anlarda Ələs iş adamı kimi türkmənlər arasında hörmət və nüfuz sahibi olmuşdu. Türkmənbaşı hava limanında Maral xanımı bir yerli mühəndislə birlikdə qarşılayır.
“Qızlar Sultanı”nın Türkmənistana gəlişi təsadüfi deyildi. O, burada Şeyx Kədvənin qardaşı oğlu ilə ye¬ni plan cızırdı.
Mart ayının (2000-ci il) 4-də Maral Qasımova Ələs ibn Fərruxla Bakıya gəlir. Bakı hava limanında isə onla¬rı Camaləddin Amal adlı bir din xadimi qarşılayır. Ələs ibn Fərrux Binə hava limanında Maral Qasımovanı Ca¬maləddin Amalla tanış edir. Ona “Qızlar Sultanı” adını da Şeyxin qardaşı oğlu burada - təyyarədən enəndə, Bi¬nə hava limanında vermişdi... “Azərbaycan” mehmanxa¬nasında yer də kirayə edilmişdi...
Mart ayında Maral Qasımova Lerik-Lənkəran, aprel ayında Gəncə-Qazax, iyul ayında isə Şamaxı-Quba isti-qamətində səfərə çıxır. Bu zaman özünü “Nicat” - Bey-nəlxalq İslam Cəmiyyətinin Bakı şöbəsinin məsul işçi¬si kimi təqdim edir. Gəzdiyi rayonların icra hakimiyyə¬tinin başçıları ilə, polis işçilərilə görüşür, kimsəsizlərə, ehtiyac içərisində yaşayanlara əl tutub, köməklik göstə¬rir. Halbuki, Bakıda belə bir İslam təşkilatı qeydiyyata alınmayıb.
Çox qəribə idi ki, bəziləri Maralın yolunu səbirsizlik-lə gözləyir, onun “öyüd-nəsihətlərinə” qulaq asırdılar. Lənkəranda Böyük Bazar məhəlləsində belə bir elan vu-rulur. Elanın məzmunu bu olur ki, iş adamı Maral Qası-mova şəxsi fabriki üçün işə qızlar tələb edir. Fabrikləri-mizin biri İstanbulda, o biri isə Türkmənistanda yerləşir.
“Qızlar Sultanı” həya etmədən, abrını-ismətini gözlə-mədən onların “fabrik”ində işləmək üçün dəvət etdiyi qızlara qiyabi maaş da kəsmişdi: 180 dollardan - 450 dol- laradək.
Bu “maaş” Türkmənistanda işləmək üçün seçilən qızlar üçün ayrılmışdı - İstanbuldakı “fabrik”ində işləmək üçün¬sə 750 dollardan 1500 dollaradək “maaş” verəcəyini elan etmişdi. Şeyxin qardaşı oğlunun məsləhətilə bəzi gözəgə¬limli, seçib-seçmələdiyi qızlara əvvəlcədən “şirinlik” ol¬sun deyə, avans da vermişdi.
Belə müəmmalı elanlar aprel ayında Gəncədə, iyul ayında isə Şamaxıda peyda oldu...
Amma heç kəs soruşmadı. Soruşan olmadı ki, bu fab-rikləri işlədən qadın kimdir?
Həqiqətlər... müəmmalar...
Görünür, talelərimizin biganəliklər və etinasızlıqlar əlində qalması adiləşib. Yoxsa rayon və kəndlərimizdə fi-ronluq edən bu “qızlar sultanından” soruşardılar... Amma soruşmadılar, əksinə, aldığımız məlumata görə, bəzi ra-yonların - Lənkəran, Biləsuvar, Qazax icra hakimiyyətin-də... ona tamah salanlar peyda oldular...
Masallıda isə Hacı Saleh adlı din xadimi ona evlənmək təklif etdi... Maral Qasımova on bir nəfərdən topladığı sə¬nədləri, xarici pasport almaq üçün Bakıya göndərir...
...“Qızlar sultanı”nın payladığı pullar, səxavətli işləri ona hörmət və şöhrət gətirmişdi. O, ötüb-keçdiyi yerlərdə tənha, kimsəsiz və köməksiz qalan ərlik, yaşı ötmüş qızla-rın siyahısını tərtib edir, tez-tez əl telefonunu qulağına sı-xıb, Bakıyla danışır, hər şeyin alındığını xəbər verirdi.
İyul ayının 26-da Maral Qasımova on bir nəfər qızla Ba¬kıya gəlir. Qızları Ələs ibn Fərruxla və Cəmaləddin Amalla tanış edir və bunu da xatırladır ki, yaşı çox olan qızları Türkmənistana Ələs ibn Fərrux aparacaq, İstanbula isə Cəmaləddin Amal gedəcək, bu şəxslərin hər ikisini Maral Qa¬sımova qızlara qardaşları kimi təqdim etmişdi. “Qardaşlar arasında bölünən qızlar iki gündən sonra Binə hava lima¬nında göründülər, bu vaxt onlara Məmmədxan Şahmarov adlı bir yaşlı kişi yanaşır. O, mərhum qardaşının qızı üçün Qazaxdan gəlmişdi. İstəyirdi qardaşı qızı Şəhla Şahmarovanı kəndə aparsın... Amma gec idi. Nə qız qayıtmaq istə¬yirdi, nə də “Qızlar Sultanı” imkan verirdi...
Şirin vədlərə uyanlar...
Şirin vədlərə aldanıb, uyan qızlar uçulub-dağılmış, vira¬nə qalmış, işıqsız, qazsız, odsuz-alovsuz, ac-yalavac kəndlərinə... mitil yorğanda gecələyən ailələrinə qayıtmaq istəmirdilər. İstəmirdilər geri dönüb, lehməli-bataqlı dö-nüm-döngələrdə gecələsinlər... Bu həqiqət idi. Dərk edə bilmədiyimiz həqiqətlər isə həmişə dərdə çevrilir. Sonra bu dərd böyüyür... bir nəfərin dərdi, olur hamımızın dərdi...
Qızlarımızın İstanbul və Türkmənistan faciəsi isə da-ha acınacaqlı və faciəli olur... “Qızlar Sultan”ının “qar¬daşı” elan edir ki, onların daimi yaşayış qeydiyyatı ol¬madığı üçün yerli hakimiyyət iş məsələsini problemə çevirir. Gərək qızlar təcili ailə quralar. Bu müəmmalı labirintdən heç kəs çıxa bilmirdi. O biri tərəfdən də Ələs ibn Fərruxun iş yoldaşı olan Dörd Qulu və Mina Tanrıquliyevlər qızlar üçün əvvəlcə tutduqları müştərilərin sorağına çıxdılar.
Türkmənistanda Zəhrabəyim Səlim qızı Allahverdiye-vanı 7 min dollara kiçik bir fermer təsərrüfatı olan Usta Kamilə satdılar. Qızların üç nəfəri isə Aşqabadda ərəb in-şaatçılarının tikdirdikləri mehmanxana sahibinə “peşkəş edildi”. Bu vaxt Ələs ibn Fərruxa hər qız üçün 6 min 700 dollar ödənildi. Qızları “yerbəyer” edən “Qızlar Sulta- nı”nın “qardaşı” Ələs ibn Fərrux avqust ayının 7-də Aş-qabad-Dubay reysinə alınmış təyyarə biletini geri qayta¬rır... Üç gün sonra isə o, “uçur”.
Avqust ayının 21-də isə Türkmənistanda məskunlaşan azərbaycanlılardan ibarət mərkəzi təmsil edən “Balıqçı” cəmiyyətinə Aşqabadın “Üç ulduzlu” mehmanxanasından Gülnarə Fərəcovanın imzaladığı belə bir məktub göndəri¬lir: “...Bizi xilas edin...”
Xilas üçünsə heç kəs gəlmirdi...
Mehmanxanaları tərk etmək onlara qadağan olunmuş-du... Hər şey beləcə alınıb-satılırdı...
Aldığımız məlumata görə, Aşqabad hava limanına məxsus mehmanxanada “məskunlaşan” Anabəyim İlyas qızı Əhmədova avqust ayının 28-də “sahibi” tərəfindən Bruney Sultanlığından gəlmiş neft şeyxlərindən olan Ab-dulla ibn Fəqa adlı bir iş adamına 19 min dollara satılır.
Məhv olmuş mənəviyyat...
Mənəvi cəhətdən dağılmış, iflic olmuş bu məmləkətdə hər şeyi eşitmək və görmək mümkündür. Əlli min dollara Almaniyada özünü plastik cərrahiyyə əməliyyatından ke-çirib 10-15 il cavanlaşdıran məmur arvadını da görmək mümkündür, küçədə və çadırlarda əl açıb, dilənən qız-gə-linlərimizi də...
Bu yaşadığımız cəmiyyətin təzadlarıdır və nə qədər acı olsa da biz bu təzadları yaşayırıq... Daha doğrusu, bizi bu təzadlarda yaşamağa zaman məcbur edir...
Gedin... Gedin İstanbulun, Ankaranın, Dubayın... ölü- xanalarını gəzin. Orada küçədən zibilliklərdən yığılmış kimsəsiz, adsız və ünvansız vəfat etmiş, həlak olmuş və yaxud öldürülüb atılmış qadınların bir qismi elə bur¬dan... gedənlərdir...
Qadın və qızlarımızın taleyi təkcə Maral xanımlarla bit¬mir. Bu qadın biznesmenə qoşulan yerli məmurların da ittiham vaxtı şübhəsizdir. Qanunlarımızın keşiyində daya-nan hakimlərdən birinin və onun “Turist” mərkəzinə baş-çılıq edən hüquqşünas qardaşının bu biznesdəki fəaliyyə- tinisə, anlamaq olmur.
Əslinə qalsa, 1996-cı ildə xarici ölkələrdə ilişib qalan qadınlarımızın taleyi də onların - hüquqşünas qadınlarımı-zın adı ilə bağlıdır... Tubu Əlövsət qızı Ağalarova Bakıda anadan olub. Amma ailəsi rayonlarda (Qazax, Tovuz, Yevlax) işlədiyi üçün, uzun müddət Bakıda yaşamayıb... 1994-cü ildə ata və anasını itirən qız tənha yaşamağa məc-bur oldu. Sonra Moskvaya, qohumu Zabit Sadıqov adlı bi-rinə pənah aparır... O da qızın işləməsi üçün, sənədlərini hazırlayıb, Fridrix Ştaym adlı əslən yəhudi olan bir iş ada-mına qoşur... hər şey də bundan sonra başlanır... F.Ştaym Tubu Ağalarovanı üç ay günahsız saxladıqdan sonra “Moskva” barının başçısı Alik Şmelyev adlı iş adamı ilə ta-nış edir, özü isə Leypsiqə köçür... Sonradan məlum olur ki, A. Şmelyev alman iş adamlarından qızı almaq üçün 85 dol-lar sərf edib.
Tubu Ağalarova hər şeyi itirmişdi və itirdikləri üçün də heç cür barışa bilmirdi... Nəyin bahasına olursa olsun, və¬tənə dönüb, yeni həyata başlamaq, onu bu yollara salan-lardan qisas almaq istəyirdi. Amma qayıda bilmirdi...
1997-ci ilin fevralında “Moskva”nın barmeni Alik Şmel¬yev Tubunu məcbur edir ki, soyunub, gələn qonaqlar üçün “striptiz’ göstərsin... Nəticədə Tubu Ağalarova bardan qa¬çır... Təhqir olunduğu üçün, sarsıldığı üçün... düşdüyü bu cəmiyyətin iyrəndiklərindən qaçmaq istəyir... Türk iş ada-mı, Bakıda Sərdar Sapancı oğlunun köməyilə dərman fabri-kində işə düzəlir və onun köməyilə Düsseldorfdakı “Al-man-Azərbaycan” cəmiyyətinə məktub yazır. Məktubun bir yerində o qeyd edir: “...Menə kömək edin, yardım edin. Məni vətənə qaytarın. Ac və susuz dolandığım, döyülüb-sö-yüldüyüm günləri bir daha yaşamaq istəmirəm...” Amma cəmiyyətdə (Ünvan: 4000 Düsseldrof - 1 Furtşyenvall 167) onu eşidən olmadı, məktubu cavabsız qaldı. Halbuki 1992- ci ilin sentyabrında Bakıda məskunlaşmış “Alman-Azər-baycan” cəmiyyətinin xeyirxahlığa, insanlıq və saflığa qəri-bə bir çağırış vardır. Məhz bu çağırışa görə, vaxtilə bir sıra ziyalılarımıza (Ə.Elçibəy, N.Rzayev, S.Məmmədova, V. Arzumanov) diplomlar və qiymətli hədiyyələr təqdim olun-muşdu. Hələ o vaxtlar bu cəmiyyətin Bakıda qadınlar üçün kosmetika salonu yaratmaq, dərman preparatları üçün laboratoriyaları təmin etmək əsas vəzifəsi idi.
Lakin bütün bunlar yarımçıq bir iş olaraq qalırdı. Heç kəs küçələri dolaşan ac-yalavac, xısın-xısın bir küncə çə-kilib, qırıq çörəyi dişləri arasına alıb sıxan, ölməmək üçün çırpınan Tubu Ağalarovanı düşünmək istəmədi. Bır həftə sonra o, cəmiyyətin BQ olan 0211-379117 nömrəli telefo-nuna zəng edir və bu zaman onu dinlədikdən sonra, qısa və konkret bir cavab verilir. Biz bu işlə məşğul olmuruq. Səfirliyə müraciət edin...”
Aldığımız məlumata görə, Tubu Əlövsət qızı Ağalaro-va 1999-cu ilin baharında özünə qəsd edib öldürür...
Videolentdəki məmur...
Nə qədər acınacaqlı da olsa, belə bir faktın üstündən keçmək olmur. Biz etika xatirinə, çox mətləblərin açılma-sını istəməzdik. Lakin görəndə ki Dubay ticarət mərkə¬zində iş adamı Şeyx Bəbirin dükanında “Bakı qızları” ilə bağlı lent var, istər-istəməz düşünürsən: cəmiyyətimizdə sarsıntı yaradan, insanların mənəvi dünyalarını pozan, lə¬yaqətə, ismət və abıra xal salan... bu hikkəli adamların iş¬ləri kimin üçündü? Digər tərəfdən, bir məsələni də anla¬yırsan ki, Azərbaycanda insanlıqla ləyaqətsizlik, haqla haqsızlıq, vicdanla vicdansızlıq, abırla abırsızlıq, təmizliklə çirkinlik... bir də mənəviyyatla mənəviyyatsızlıq ara¬sındakı sərhədlər artıq pozulub. Bu “ləyaqət” adlı sərhəd¬lər, keçilməz sədlər yəqin edirsən ki, daha yoxdur.
...Şeyx Bəbrin günü 70 dollara ərəb şeyxlərinə, pullu adamlara kirayə verdiyi “əyləncə-əxlaqsız” videolentdəki mərkəzlərdən biri məhz Maral xanımın - “Qızlar Sulta-nı”nın kadrlarından olan Nərmin adlı (familiyası qalsın və “Nərmin” adını daşıyan bütün namuslu qızlarımız bizi ba-ğışlasın) qızın Bakı bağlarında cənub rayonlarından birinin abırsız məmuru ilə keçirdiyi “gecələr” təsvir olunur... (Çox təəssüf ki, biz də o videolentə baxdıq). İki saatlıq vi- deolentdə daha kimlər yoxdur... Biz həmin videolentdən kadrları da çap edə bilərdik. Abırsız “Qızlar Sultanı”nın “kadrları” daha kimlərlə “ömür” sürməyiblər... (bu video- lentin 22 dəqiqəsi Maral xanımın “Bakı gecələri”nə həsr olunub. Burada həmçinin təklif olunur ki, pullu şeyxlər gözəl qızlar üçün Bakıya yola düşsünlər. Videolentdə ün-vanlar, telefon nömrələri də göstərilir ki, ərəb şeyxləri Ba-kıda azıb qalmasınlar).
Və Maral xanımın “müştərilərinin” içində dövlət mə-muru da var, meydan sulayan siyasi lider də... parlamentdə yer tutan iqtidarlı-müxalifətli (onlar dostdurlar) “təzə de-putat” da var...rütbə sahibləri də...
Nəticədə 36 yaşlı Tomas Forqen bu gözəlliyin ardınca Bakıya gəldi.
1999-cu il martın 6-da Bakıya gələn ingilis rəssamı hər şeyi öz gözləriylə görmək istəyirdi. Rəssam Forqen Quba¬ya da baş çəkdi, yaşıl alma bağlarını gəzdi... Amma o, Gəncədəki alma çiçəklərini görəcəyi günü gözləyirdi. Forqen “Sevil” kinoteatrının (Musabəyov qəsəbəsi, Şərif-zadə küçəsi, 124) yanındakı binalardan birində kirayənişin idi. Bir az dəqiq desək, bu evi ona stüardessa Mara Əmi-rova adlı qadın tapmışdı. Təyyarədə tanış olmuşdular.
Rəssam Forqenin Bakı ilə bağlı istəklərinə Mara Əmirovna körpü qoyurdu... Martın 8-də isə, stüardessa onu 16 yaşlı Afət adlı bir satıcı qızla tanış edir. Həmin günün ax¬şamı ingilis rəssamı Forqen kirayə qaldığı mənzildə tanış¬lığın sonrakı mərhələsi üçün süfrə açır. Aldığı “Joze” fran¬sız ətrini Afətə hədiyyə verir. 8 gün sonra, stüardessa Afət Əmirhüseyn qızı Əliməmmədovaya xatırladır ki, rəssam onu görmək istəyir. Fikri var ki, onun şəklini çəksin, rəsmlərini yaratsın.
Bahara, alma çiçəyinin açmasına, qızılgülün ləçəklən- məsinə az qalırdı. Mart ayının 16-da axşam saat 7-yə 10 dəqiqə işləmiş Afət rəssam Forqenin qapısını döyür. Am¬ma qapını Forqen açmır. Astanada başqa birisi, yaşı xeyli ötmüş qoca bir kişi görünür. 16 yaşlı gözəl və cazibədar, qızı görərkən o, qanrılıb deyir ki, Forqen, sənin üçün gə-liblər. Rəssam Forqen mətbəxdən çıxır. Afəti görcək, yaş¬lı dostuna anladır ki, dediyi qız budur.
Afət içəri keçir. Qoca rəssam isə bu an Afəti təpədən - dırnağa süzür, onun bədənini fikrində hissələrə bölür, gah xəyallara uyub, fırçasını onun sinəsində saxlayır, gah da sinəsindən aşağı endirib... dayandırıb. Qoca ingilis rəs¬samı 16 yaşlı Afəti fırçası ilə istədiyi kimi soyundurur, is¬tədiyi kimi saxlayır, istədiyi kimi də... geyindirirdi.
Afətsə, bütün bunlardan xəbərsizdi... Forqeni mətbə¬xə çəkən qoca rəssam ona nə isə başa salmaq istəyirdi. Qoca razılıq vermir, etiraz edirdi. Evdə qəribə bir sıxıntı vardı. Rəssamlar mətbəxdən çıxar-çıxmaz, Afət dikəldi. Getmək istəyirdi. Əslində, bura nə üçün gəldiyini də yaxşıca götür-qoy etmədiyindən, darıxırdı. Qoca rəssam onun qolundan yapışıb, ehtiyatlı və çox isti bir şəkildə dikəldiyi yeri göstərdi. O, yenidən əyləşdi. Forqen rusca sərbəst danışdığından, qoca rəssamla Afət arasında vasi¬təçilik edirdi. Afət də Bakıdakı 158 saylı orta məktəbi itirdiyindən, rus dilini pis bilmir, söz-söhbəti sərbəst yoluna qoyurdu.
- Bu, bizim müəllim olub, - Forqen yaşlı rəssamı nişan verdi, - onu Faraon çağırırıq, - dedi. - Londonda ilk rəssam sərgisi “Misir piramidaları... Misir ehramları” olub. Sərkər¬də Faraonun rəsmi üçün o, “Qızıl fırça” mükafatına layiq görülüb. Bu mükafat da küçə rəssamları arasında gedən rəsm müsabiqəsi üçün ayrılıb (1991-ci ildə)... Əsl adı isə Maykldır. Arold Maykl. Əsl ingilisdir, - əlavə elədi.
Afət “Faraon” sözünü təsdiqlədi və dedi ki, bizdə bu-na “Firon” deyirlər. Sonra rəssam Forqen qıza bunu başa saldı ki, Faraon varlı bir fırça ustasıdır. O, sənin boy-bu- xununa, duruşuna... vurulub.
Bütün bunları Afət təbii qarşıladı. Amma Faraon lə-qəbli rəssamın təklifi hər şeyi yarımçıq saxladı. Rəssam Forqen deyəndə ki, Maykl Aroldun fikri var ki, sənin si-nənin eskizlərini çəkib götürsün. Sənin sinənin surəti¬ni Londona aparmaq istəyir. Afət yerindən dikəlir, etiraz edir və bir daha buralara gəlməyəcəyini bildirib, otaq¬dan çıxır...
Bakıda isə bahar idi. Hər şey dəyişmək üçün, cücərib yenidən pöhrə vermək üçün təzə-tər çıxan, şüaları hələ ilıq olan günəşə boylanırdı.
1999-cu ilin mart ayının 18-də Yasamal bazarına belə bir elan vurulur: “İngilis rəssamı Maykl Arold saatı 5000 (beş min) manatdan gözəl qız və qadınların eskizləri üçün emalatxana açıb. Keçmiş İncəsənət İnstitutunun yataqxa-nasında, birinci mərtəbədə sənəd qəbul edir...”
Birinci mərtəbədə müqavilə bağlanırdı. Yəni üçgün-lük müqaviləyə imza atılırdı və bundan sonra müqavilə¬nin şərtləri izah olunurdu.
Aprel ayının 4-de həmin birinci mərtəbədə xeyli qız peyda oldu...
Qırx üç yaşlı Mədinə Əsədqızı da görüşə gələnləri eləcə qapıda saxlayır, əndamlarına, boyun-boğazlarına, si-nələrinə, sir-sifətlərinə nəzər salıb, qeydlərini aparırdı. Qoca rəssamla işbirliyi qurmaq istəyən qızların bir qismi adətən yolun o biri üzündə qapısından qıfıl asılmış, vaxti- lə bir nömrəli tikiş fabriki kimi yaddaşlarda qalmış bina¬dan gəlirdi. Stüardessa Mara Əmirova da aprelin 29-da bu yataqxanada peyda oldu. Rəssam Forqen stüardessadan yenə Afəti xəbər aldı. Məşvərətdə qərara alındı ki, mayın 1-də Afət rəssama təhvil verilməlidir. O da əvəzində 500 dollar “mükafat” alacaqdı. Pulun 250 dolları “avans” kimi verilmişdi. Əlinə keçən pulun istiliyini duyan Mara Əmi-rova elə o günü də işə başladı. Əvvəlcə, rəssam Mayklla görüşdü. Maykl kirayə etdiyi mənzildə əyləşib, eskizlə- riylə məşğul idi. Pəncərənin ağzına atılmış yıpranmış məxmər kresloda göbəyəcən soyunmuş bir qız isə ağap¬paq sinəsini qabardıb əyləşmişdi.
Bu, ingilis rəssamı Mayklın altıncı eskiziydi. Sonra o, naturaçı qıza işarəylə anlatdı ki, bugünlük kifayətdir, ge-yinə bilər. Saatı beş min manatdan hesablayıb, qızın pulu¬nu verdi və xatırlatdı ki, sabah da gəlsin...
Stüardessa qızı tanısa da, dinmədi. Rəssam Maykl yu-yunub, çəkdiyi eskizə bir də diqqətlə baxdı.
- Sizinkilərin, - dedi, - cizgiləri daha gözəl görünür. Həqiqətən, sizin gözəl qızlarınız var. Amma müasirlik baxımından hələ köhnəliyin şinelini ata bilmirlər.
İngilis rəssamı abırlı gəzib-dolanmağı, həyalı davran-mağı köhnəlik sayırdı.
Mayın 23-dən etibarən ingilis özü üçün “prosedura mətbəxi” və bu mətbəxin öz qanunlarını yaratmağa baş¬ladı. Bu qanunlar rus, ingilis dillərində yazıldı.
Maykl “proseduranın” birinci günündə dəvətli qızlar¬la qısa tanışlıq qururdu. İlk növbədə eskizlər üçün layiq bilinənlər saxlanılır, iki saatlıq “məvacib” əvvəlcədən ödənilirdi. Onlardan belə şifahi razılıq alınırdı ki, rəssa¬mın qaydalarına əməl edəcək və istənilən görüntüləri nümayiş etdirəcəklər.
İkinci gün ingilis rəssamı daha da aktivləşir, “müş- təri”sinə hansı rəngləri çox sevdiyindən tutmuş gəzdi¬yi yerlərədək söhbət açır və gələcək “fəaliyyəti” haq¬qında danışırdı. Şübhəsiz ki, bəzi qızlar belə çılpaq söhbətlərə alışmadığından, qısılıb qalır, sadəcə, başını tərpətməklə razılığını bildirirdi. Üçüncü günsə, işıqla¬rın sayı artırılır və bu rəngli işıqlar altında ingilis rəs¬samı öz müştərisini soyundurub, cürbəcür pozalarda eskizlər edirdi, belədə rəssamın əli fırçadan çox çılpaq bədənlə təmasda olurdu...
Bir həftə ərzində Mayklın payladığı “maaşlara” baxın (familiyalarını özümüz yazmırıq):
a)Lətifə Ərəstun qızı - 30 min manat.
b)Əminə Qasıməli qızı - 36 min manat.
c)Həmidə Hüseyn qızı - 45 min manat.
ç) Zülfiyyə Əmircahan qızı - 50 min manat.
d)Şükufə Əbusalam qızı - 40 min manat.
Şübhəsiz, bu qızların ingilis rəssamının bazarına gətirib çıxaran ehtiyac və bir tikə çörək idi.
Mayın 27-də isə (bu araşdırmaların nəticələrindən bi-ridir), rəssam Maykl Arold Bakıda çəkdiyi “gözəl qızları- mız”ın (bu onun ifadəsidir) çılpaq eskizlərini Londonun hava limanında Ayhen Frank adlı bir iş adamına satır. Bu zaman o, “Bakı gözəlləri” adlı (və maraqlısı bu idi ki, hər çəkilən çılpaq rəsm əsərinin altında qızların adları, yaşı yazılırdı. Tutaq ki, “Bakı gözəli Həmidə”... eskizlərin hər birinə 120 dollar alırdı.
Qoca rəssam Forqenin isə Afətlə görüşlərini yoluna qo¬yası “stüardessa” Mara Əmirova öz işini tamamlayıb getmiş və işinə görə, o, “stüardessa xanım”ı 400 dollarla mükafat¬landırıb, ona xarici pasport almaqda yardımçı olmuşdu.
İyunun 16-da Afətin atası vəfat elədi. Bu dəfn mərasi-mində Forqen də olur və dəfn xərcinin bir qismini də ödə-yir. 12 gün sonra Forqen Afətlə Yasamaldakı mənzil qərar-gahında görüşür və aralarında belə bir bağlaşma da imzala-nır ki, Forqen hər saatına Afət üçün maaş da ayırıb - 20.000 manat...İyulun 2-də isə ingilis rəssamı ona institutları gəz-məyi, cazibədar və gözəgəlimli qızların kartotekasını tərtib etməyi tapşırır. Bu iş Afət üçün nə qədər çətin olsa da, edir. 13 nəfər qızın kartotekasını hazırlayır. İngilis indi də onun çılpaq bədənini çəkmək arzusunda olduğunu bildirir və qız 'iki saat poza vermək üçün 120 dollar alır. Bu dəfə çəkilən rəsmlər daha çox fotosurəti xatırladırdı. Afəti də darıxdı¬ran elə bu idi. Bu poza sonrakı günlərin şantaj və hədəsi¬nə çevrildi. Afət tutduğu yoldan iyrəndikcə, qoca rəssam daha şirnikir, hədə-qorxuya keçirdi. Deyirdi ki, Afətin bu şəklini “Vətən” kinoteatrının ayağında açılan rəsm bazarı¬na çıxaracaq, şəkli adı, ünvanı ilə satacaq. Tez-tez “Bakı bütün bizneslər üçün əlverişli şəhərdir” deyən Forqen Ba-kıda Londonun küçə rəssamlarının rəsm əsərlərinin sərgi-sini də açmaq istəyirdi. İyulun 13-də isə Forqen London¬dan belə bir xəbər alır ki, böyük oğlu və nəvəsi avtomobil qəzasında həlak olublar. Xəbər onun üçün dəhşətli olsa da, sarsılmır. Yüzə yaxın eskizi qablaşdırıb, mənzilin kira¬yə haqqını ödəyir. Afət üçünsə 350 dollar pul qoyur. La¬kin bu yardımlar qızın gözünə görünmürdü. Onu düşündü¬rən məsələlər tamamilə başqa idi. İngilis rəssamları Bakıya nə üçün gəldiklərini də unutmuşdular, nə alma çiçəyi yada düşürdü, nə də qızılgül çiçəyi. İyul ayının 21-də ingilis rəs-samları Maykl və Forqen Bakı-Moskva təyyarəsinə bilet alırlar. Dediklərinə görə, Moskvadakı səfarətxanada mü-hüm işləri qaydaya salmaq lazımdır. İyulun 28-də Azərbay-can Tibb Universitetində təhsil alan qızlarımızdan birinin adı¬na (bunu, yəqin gələn yazılarımızda araşdıracağıq, çünki təh¬qiqatlarımız hələ bitməyib) Londondan məktub gəlir. Mək¬tubu da imzalayan Forqen olur. Həmin məktubda təsadüfən o, qızın adına rast gəldiyindən, hətta şəklini belə gördüyün¬dən danışır və bildirir ki, rəssam olduğu üçün yaxın günlər¬də dostları ilə Bakıya gələcək və mütləq onun şəklini çəkə¬cək. İngilis rəssamı Forqeni Bakıda Atət də gözləyirdi... Çünki onu ən çox düşündürən, qorxular içində yaşadan çıl¬paq çəkdirdiyi rəsmləri deyildi. Onu düşündürən dünyaya gətirəcəyi qeyri-qanuni övladı idi.
* * *
...2000-cı il fevralın 12-də Respublika Xəstəxanasının doğum şöbəsində ikinci mikrorayondakı 149 nömrəli bi-nanın kirayənişini Lətifə Bəyalı qızı Məmmədli doğduğu qız uşağından imtina edir. Ona görə ki, doğulan uşaq qey¬ri-qanuni idi. Bir az aralıda isə doğum evinin pilləkənində “Mərhəmət” ləqəbli Solmaz Əliqəmbər qızı Manafzadə uşağından imtina edən Lətifəni divara qısnayıb, anladırdı ki, uşaq bu çətin zamanda sənin kimisi üçün bir yükdür. Neynirsən... İrəlidə o qədər uşaqlı günlərin olsun ki, heç başını qaşımağa vaxtın olmasın. Səni verəcəm bir ərəbə...
Əslində, uşağından imtina edən Lətifə üçün Solmaz “xanımın” canfəşanlığı qəribə səslənirdi. Nəticədə fevra¬lın 19-da Lətifə Məmmədli xəstəxananı tərk edir. Amma pənah aparacağı bir yer olmadığından, bir-iki günlüyə ye¬nə geri qayıdır. Əlavə olaraq 2 gün xəstəxanada qalır. Bu dəfə uşağına süd verməkdən imtina edir... Ayın 22-də Sol¬maz “xanım” yenə peyda olur. Yenə eyni sözlər. “... Mə¬nə dedilər, getməyə, qalmağa yerin yoxdur. Sənin üçün gəldim. Sən mənim bacım qızma çox oxşayırsan. Gözəl-likdə, qaş-gözdə, sinədə sənin kimi idi. Allah əlimizdən aldı. Gedək bizə, öz qızım kimi baxaram sənə...”
Bu dəfə Lətifə qara çantasını götürüb, Solmaz “xa- nım”la xəstəxananı tərk etdi...
Həmin anlarda isə, yəni fevralın 21-də Dəmiryol vağ-zalında divara qısılmış bir qızı sorğuya çəkirdilər. Sıravi polis Əliqulu Namazov yaxasının düymələri qırılıb tökül-müş, üst-başı neçə yerdən cırılmış, gözünün altına lezva çəkilmiş bu qızı suala tutmuşdu: “Kimsən?” Qız da divara qısılıb, heç nə deyə bilmirdi. Axırda polis əyilib, lap asta-dan soruşdu: “Kimin qızlarındansan?” Divara qısılmış qı¬zın qırışığı açıldı. Əlini sifətinə çəkdi. Yadına düşdü ki... “Səni tutsalar, polis, prokuror sorğu-suala çəksə denən Solmazın qızıyam”- qız belə də dedi. Polis sonra lap asta¬dan bunu da eşitdirdi ki, inanmır. Çünki Solmaz belə qız saxlamır. Kimi tuturuq, deyir Solmazın qızıyam.
Bu ara divara qısılmış qız döşünün üstündəki yaylığı götürdü. Polis də bundan sonra inandı. Çünki qızın döşün-dən azca aralı balaca dairəvi bir möhür yeri var idi. Və orada da yaşıl hərflərlə yazılmışdı: “Solmaz”.
Bundan sonra qız polisin işarəsi ilə dikəldi və gözdən itdi...
Məlumata görə, Bakıda 36 yerdə priton - yəni fahişəxana var. Məsələn, sizə təqdim etdiyimiz bölgüyə fikir verin.
a)“Sona bəyimin saunası”: - Birinci mikrorayonda, ba¬zar ərazisində, tramvay yolunun kənarında yerləşir - bura ancaq institut tələbələri gəlir. (Söhbət qızlardan gedir). Bu qızlar yerli müştərilərlə “əylənmirlər”. Xarici diplomatik korpuslarda çalışan şəxslər bu saunadan və qızlardan istə-dikləri kimi istifadə edirlər. Əvvəlcədən sifarişlər olur.
b)“Maşa xalanın evi”: - 7-ci mikrorayonda bu evin rəngli işıqları başqa işıqlardan fərqlənir. Əslində, dediyi¬miz “Maşa xala”nın elə bir yaşı da yoxdur və əsl adı Ley¬la olan bu qadının 3 familiyası var. Abbasəliyeva, Qasımo¬va, Əfsərova. Hansının düz olub-olmaması bizə fərq et¬məz. Qeyd edək ki, bu evin 16 nəfər sakini var. 7 nəfərini 14-16 yaşlı qızlar təşkil edir. 7 nəfəri daha “təcrübəli” he¬sab olunur. Yerdə qalanı isə bu evdə öz funksiyalarına ötən il son qoyublar. Bu gün onların vəzifəsi evə yeni se¬çilən qızların cəlb edilməsindən, məxfi reklamlardan iba¬rətdir. Çünki yaşları o yaş deyil. Hətta ikisinin nəvəsi var. “Sevda” adlı (ona “Seda” deyirlər. Əsl adı nə Sevdadır, nə “Seda”). Onun əsl adı: Səriyyə xanım Şirinbəyli Həsə¬nağa qızıdır. Bu xanımın övladlarından biri Dövlət Bank sistemində çalışır.
c) “Naza xanımın nömrələri”. Kitab “pasajı” ilə “Və-tən” kinoteatrının ərazisini əhatə edir. Xanımın nömrə¬ləri heç də telefon nömrələri və yaxud başqa müəmma¬lı bir şey deyil. Burada 22 nömrə var. Hər qızın da öz nömrəsi, qiyməti, əlamətləri.
Naza xanımın “nömrə”lənmiş qızlar üçün ayrılmış kartotekası da var. Çünki aldığımız məlumatlara görər, bu nömrələri gəzdirənlərin bir qismi təəssüf ki, tanınmış adamlardır.
Bu adamların hamısı artıq Naza xanımın girovuna çevri¬lib. Bu nömrələnmiş xanımlardan ancaq bağ evlərində, qı¬sa xarici səfərlərdə, kiçik kef məclislərində istifadə olunur.
Naza xanımın özünə gəlincə... 56 yaşlı bu qadının kö-kü də maraqlıdır. Gürcüstanda, Mameulidə anadan olub. Özü də həkim ailəsində. Bir neçə il uşaq həkimi işləyib. Çünki 60-cı illərdə Tbilisi Tibb İnstitutunun son kursun¬dan əxlaqsızlığı üstündə qovulub. 1976-cı və 1979-cu il¬lərdə Tbilisi istintaq orqanları tərəfindən cinayətə cəlb olunub. 1983-cü ildə Bakıya gəlib və istefada olan bir hü¬quq işçisi ilə ailə qurub... 1986-cı ildə əri rəhmətə gedib.
Naza xanımın “nömrələri” haqqında maraqlı bir mə-qam da budur ki... burada hər bir nömrə üçün ayrılmış kartotekanın qiymət və bütün parametrləri əhatə edən sənədlər var.
ç) “Yəhudi işıqları” - Əslində, bu işıqların yəhudilərlə heç bir əlaqəsi yoxdur. Bu işıqların ətrafına yığışan diplo-matik korpuslarda çalışan ərsiz (bəlkə də ərli) xanımlardır. Bu işıqlar həftədə iki dəfə yanır. “Dostluq” kinoteatırı əra-zisindəki bu işıqlar altında pornoqrafik filmlərlə yanaşı, striptiz nömrələr verilir. Sonra ikinci mərtəbənin otaqların-da boş saatlarını keçirənlər üçün istənilən şərait yaradılır. “Yəhudi işıqlarını” yandırıb-söndürən isə Soltan xanımdır. Azərbaycan Pedaqoji İnstitutun məzunu Soltan xanım 250 dollardan - 1000 dollaradək, necə deyərlər”, Şabaş” yığır.
Sonra əlimizə başqa bir məlumat dəftərçəsi keçdi. Bu dəftərçədə belə bir bölgü aparılmışdır: “Trass pritonları”, “Restoran pritonları”, “Bağ pritonları”, “Ev pritonları”, “Vağzal pritonları”, “Mehmanxana pritonları”, “Dəniz, yəni gəmi pritonları”, “Bazar pritonları”...
XV əsrdə Məşhəddə əxlaqsızlıq edən iki qadının diri- diri yandırılmasını tələb edən və sonda buna nail olan Şeyx Murtuza Hüseyni “Qadın əxlaqı” adlı qeydlərində yazır: “...Mən belə insanları dərk etmirəm. Deyirlər, ehti¬yacdan baş verir bu murdarçılıq. Bəs bu ehtiyacı yaradan kimlərdir? Ehtiyacdan? Onu da insan yaradır. Əgər ehti-yacdan baş verirsə, onda qalx, ehtiyacını tələb et! Mən bu-nun köksünü qandan keçən bir bəla hesab edirəm. Həyat¬da çətini bir dəfə əl açıb, diləndin, çətini bir dəfə ağla¬dın... Çətini bir dəfə kimlərinsə qabağında sındın. Bundan sonra bütün bunlara vərdiş edirsən. Elə vərdişlər ki, onla¬rı islah etmək olmaz. Onları heç basdırmaq, dəfn etmək də olmaz. Onları yandırmaqdan başqa bir əlac görmürəm...”
Əslində, bizdə əxlaqsız qadınlar da kəfənə tutulur. On¬lar üçün yasin və dualar oxunur. Salavat çevrilir. Bəzilə-rinə 2000-dən başlamış 10.000 dollaradək qiyməti olan baş daşı da qoyulur.
Digər müsəlman ölkələrində isə belə adamlar üçün şə-hərdən kənarda bir yer ayrılır və o yerə də “Lənətabad” deyirlər. O yerin də nə duası, nə də məzar daşı olur... Gö-rünür, gələcək məzarlıq, lənətlənmiş yer olacaq...
Təkcə Bakıda 18 yerdə “Trass piritonları” var. Restoran pritonları”nın sayı isə 39-dur. “Bağ pritonları” 23, “Ev pritonları” 36 (qeyd etmişik), “Vağzal pritonları”15, “Mehman¬xana pritonları” 8, “Dəniz pritonları” 3, “Bazar pritonları” 9-dur.
Şübhəsiz, bu bizim təqribi hesablarımız da olsa, hər halda, ciddi bir iş kimi düşünməyə dəyər... Bir az bundan əvvəl söhbət açdığımız “Solmazın qızları” isə hələlik sa-daladığımız heç bir priton cərgəsinə şamil olunmur. Sol-maz xanımın qızlarında möhür yeri var, bunu dedik. Am¬ma adını çəkdiyimiz, övladından imtina etmiş Lətifə Məmmədovadan danışmadıq...
Fevralın 27-də Solmaz xanım doğum evindən Lətifə-nin də qeyri-qanuni doğduğu qız uşağını götürür. Çünki onun fikrincə, on ildən sonra bu qeyri-qanuni qız anası¬nı əvəz edə bilər...
Lətifəyə gəlincə, Solmaz xanım bir müddət onu Mər- dəkandakı bağ evində saxlayır. Ona “dincəlməyi” tapşırır. Çünki Lətifə də artıq dərk edirdi ki, Solmaz xanım kimdir. Artıq martın 11-də ona “Solmazın qızı” yazılmış bir mö¬hür vurulmuşdu. Martın 27-de isə bağ evinin qapısını orta yaşlı bir kişi döyür. Döyür və heç gözləmədən də darvaza¬nı açıb birbaşa içəri girir. Həyətdə gəzən Lətifəyə anladır ki, məni Solmaz xanım göndərib.
- Nə üçün?
Bu sualın verilməsi gələn adamı ani də olsa, çaşdır-mır. O, Lətifəyə anladır ki, Solmaz xanımın qızları bu sualı vermir. Sadəcə, deyilənlərə əməl etməlidir, gələn “qonaqlar”la məşğul olmalıdır. Adıma, gəlincə, mənə “Yaqub dayı” deyirlər. Solmaz xanımın qan qohumu¬yam. “Mən nə etməliyəm?” - Lətifə sual verir. “Sən an¬caq qonaqları qəbul etməlisən, başqa işlərlə Solmaz xa¬nımın özü məşğul olur”. Bayırda darvazanın ağzında isə siqnal verilirdi. Çünki bu mənzildə müştərinin bu qədər gözləməsi olmamışdı. Sonra həyətə daha iki nəfər girdi. Səliqə-səhmanlı geyinmiş “odekolonlu” bu adamları Yaqub dayı nişan verdi: - Bu kişi adlı-sanlı bir adamdır. Qulluq sahibidir. O biri də onun oğludur. “Bu hörmətli adamdır. Solmaz xanıma 1000 dollar verib. Səni də gö¬rəcək. Oğlunun xoşuna gəlsən, sənə də bir 100-dən, 200-dən verər... Oğlu 10-cu sinifdə oxuyur. Qəbul elə. Uşaqdı. Məşğul ol. Özü də ilk dəfədi. İstəmir başqa-baş¬qa yerlərə getsin. Solmaz bacıya inanır. Bir tikə çörək¬dir, sənli-mənli yeyirik, qaytarma. Yoxsa hamımız qo¬vularıq, təzədən vağzalların, qazanxanaların küncündə yatarıq. Ac qalarıq, iş yox, güc yox”.
Həyatın bu anlarını yaşamaq üçün çıxarılmış hökm çə¬tin idi. “Qulluq sahibi” olan (təəssüf ki, adını açıqlamıram. Çünki belə adamların bəzən ailələrindən də xəbəri olmur) kişi Lətifəyə xeyli baxdı. Amma xəstə olduğundan, oğlu¬nu irəli buraxdı...
Axşama yaxın Yaqub dayı gələnləri yola saldı. “Qulluq sahibi”nin oğlu isə Yaqub dayının ovcuna əlavə bir 100-lük dolları, basıb dedi ki, yenə gələcəm, lap tez gələcəm.
Lətifə isə çölə çıxmadı, görünmədi. Çünki yeni bir dünyaya qədəm basmışdı. Ancaq açıq pəncərədən Yaqub “dayı”sının sözlərini eşitdi: “Oğlan sənə bir şey verdi? 50 dolları sənin üçün qoyuram...”
Qırmızı bir kərpicin üstünə 50 dolları qoyub, həyətdən çıxdı...
Ertəsi gün bağa Solmaz xanım gəldi. Bu an onun yanın¬da sarışın bir qadın var idi. Amma o, çox qalmadı. Solmaz xanımı ötürüb, çıxıb getdi. Lətifə isə yuyunub, təmizlən¬mək istəyirdi. Amma “qulluq sahibi”nin oğlundan hopub qalan “odekolon” iyi evdən və bədənindən getmək bilmir¬di. Bu ürəkbulandırıcı iy, görünür, Mərdəkan bağlarından hələ çox gələcək.
“Zürafə” qəbiristanlığı
Söhbət fahişəlikdən dərs deyən azərbaycanlı qadınlardan gedir.
Mən Bakıdan gəlmişəm...
“Zürafə” məhəlləsindən azca aralı (şimal səmtində) sa¬lınmış xəlvəti “sahibsiz” qəbiristanlıqda məzarların dördü “Bakı”dandır və bu kimsəsiz, ünvansız, adsız, soyadsız məzarlar da Azərbaycan istiqamətindədir. Çünki bu qə¬biristanlıqda qiblə yoxdur. Hər ölən kəs öz yurdunun, və¬təninin istiqamətində, səmtində torpağa tapşırılır. Bunun da öz hikməti var. Hikməti də budur ki, hər ölən kəsin ru¬hu qoy gedib, öz vətənində dolansın. Türkiyənin ayrı-ayrı məhəllələrini murdarlamasın. Bununla da anlamaq olur ki, ölən və basdırılan kimdir, hansı məkandan gəlib. Araşdır-malarımızdan bu da məlum oldu ki, “Zürafə”də bu gün qırx fahişəxana var. Qırx birinci fahişəxana isə adla çağı¬rılır: “Min bir gecə”... (Buna “xanımlar” otağı da deyirlər). Bu fahişəxanalardakılar 9-11, 20-35, ...40-50... yaş həd¬dində qruplara ayrılır.
a)Birinci qrup: (9-11 yaş həddi). Burada 6 nəfər azərbay¬canlı “təhsil” alır. Hərəsinin də öz nömrəsi, yəni sırası var.
b)İkinci qrup: (20-35 yaş həddi). Burada isə 9 nəfər “təhsil” alır. Bunu da aydınlaşdırdıq ki, həftədə iki dəfə Bakıdan bu qrupun “starosta”sına (belə də çağırılır) üç nömrədən zəng vurulur, fahişəlikdən dərs deyən müəllim-lərlə tanış olur, onlardan “bilmədiklərini” öyrənirlər.
c)Üçüncü qrup: (40-50 yaş həddi). Burada isə 4 nəfər Azərbaycandan aparılmış adamlar “təhsil” alır. Bu yaş həddindəki qrupun içərisindən seçilən müəllimlər isə ildə iki dəfə Malaziyaya, İndoneziyaya, Misir və Suriyaya ge-dir, fahişəliyin məlum olmayan sirlərini öyrənirlər?
“Mehmetin klinikası”
Azərbaycandan gələnlər, əsasən “Zürafə” məhəlləsinin Cənub istiqamətində məskunlaşırlar. Onlar üçün “Mehme¬tin klinikası” deyilən bir klinika da var. Bu klinikada “Zürafə”də qeydə alınmış gəlinləri (ərdə olanları və yaxud bo¬şanmış qadınları) müayinədən keçirib... onların doğuşları¬nın qarşısını alır, sonsuzlaşdırırlar. Təkcə ərdə olmayan qızlara birinci doğuş üçün şərait yaradırlar... Doğulan uşaq¬lar isə “41-ci otaq”da açılmış dəftərdə qeydə almır və qəy¬yumluq üçün növbəyə dayanmış xarici vətəndaşlara satılır. Toplanılan pulun 14 faizi uşağın “valideyni”nə - anasına verilir. Qalan pullar isə “Zürafə”nin xərclərinə sərf olunur.
Alınan uşaqlar isə İsrailə, Amerikaya, Fransaya, Alma¬niyaya aparılır. Məsələn, məlumata görə, ötən il “Zürafə” məhəlləsindən 23 uşaq Almaniyaya aparılıb. Digər bir məlumatda isə bizə aydın oldu ki, həmin uşaqların bir ne¬çəsi Almaniyanın şəhərlərindəki (əsasən, Kölndə) klini¬kalarda təcrübə-sınaq meydanına çevrilir. Məsələn, 1999-cu il sentyabr ayının 19-da “Zürafə”dən aparılan üç “azər¬baycanlı” (belə demək mümkünsə) uşaq, alman istifadəsi üçün ordu birləşmələrinə aparılıb, onların əzalarında... müəyyən vaksinlər sınaqdan keçirilib... (Bizim məqsədi¬miz bu olmadığı üçün yenidən məhəlləyə qayıdırıq).
Altımış yaşlı Rəşid kimdir?
...’’Zürafə” məhəlləsindəki qəbiristanlıqda “keninci” (əs¬lində, bu ifadəni ilk dəfə biz işlədirik) ayağından əziyyət çə¬kən, tez-tez yerişini itirən 66 yaşlı Rəşid Avaz ləqəbli bir kişi də var ki, o da bu fahişəxananın işıqlarından, çalman mu¬siqisindən... və bir də bu çıraqlı məhəllənin künc-bucağın¬dan eşidilən ağlaşma səsindən artıq cana doyub. Rəşid əfən¬di əslən İstanbuldan olsa da, 1984-cü ildən bu məhəllədə ya¬şayır. Rəşid əfəndi həm də səmimi bir kişidir. Ona bəziləri “***” deyirlər (Şübhəsiz, azərbaycanlılar). Çünki onun bil¬diklərini çox adam bilmir. Rəşid əfəndidə bir qalın fotoalbom da var ki, orada “Zürafə” məhəl ləsindəki fahişələrin şəkilləri vurulub. Bunu da söyləyirlər ki, Rəşid əfəndinin hər iki qoluna və ayaqlarına dağ basılıb. Səbəbi də olub ki, 1990-cı il avqust ayının 21-də “Zürafə” fahişəxanasına Fəri¬də adlı 11 yaşlı bir qız uşağını gətirirlər. Bu qız düşdüyü mü¬hitdən çıxmaq üçün, bu “cəhənnəmdən qopmaq” üçün ağla¬yır, yalvarır... amma hər şey faydasız olur. Bütün bu mənzə¬rəni seyr edən Rəşid əfəndi gecələrin birində, yəni 1990-cı il oktyabr ayının 4-də 11 yaşlı Fəridəni “Zürafə” fahişəxanasından qaçırır...
(Fəridə indi Azərbaycandadır. Biz isə onun adını tam açıqlamırıq. Ona görə ki, onun sabahı var... Amma bilirik. Bilirik ki, o, gözəl bir qız olub. Ali məktəbdə təhsil alır. Şüb¬hə etmirik ki, belə bir qız üçün gözəl bir ailə qismət olacaq).
Nəticədə Rəşid əfəndiyə nə qalır?...
9-11 yaşlı qızlara başçılıq edən Nilufər xanımın hikkə¬silə Rəşid əfəndinin evinə bir neçə qadın basqın edir... Onun əllərini, ayaqlarını, qollarını bağlayırlar... (Bu, bəl¬kə də bildiyimizin və eşitdiyimizin yarısı idi). Kim bilir, Rəşid əfəndi bu yerlərdə bəlkə də Nilufər xanımlardan qi-sas almaq üçün yaşayır?... Amma bu mümkün olan şey de-yil. Rəşid əfəndinin şikəst ayaqları, gücdən düşmüş qolla¬rı, çürük dişləri... Nilufər xanımların önündə aciz idi.
Hələ 1994-cü ildə “Zürafə” fahişəxanalarına, İstanbu-lun eybəcər, əxlaqsız barlarına hücuma keçmək istəyən şəhər meri Rəcəb Teyyub Ərdoğan da Nilufər xanımların qarşısında aciz qaldı. Şəhər meri “Mən bu əxlaqsız yuva- ları dağıdacam. Ya mən, ya bu əxlaqsızlar...” – dedi. Amma mer gedəsi oldu. “Zürafə” fahişəxanası isə qalası...
Rəşid əfəndiyə gəlincə, hər səhər o, “Zürafə fahişələ-rinin basdırıldığı yerdə dayanır və qışqırır. “Allah sizə lə-nət eləsin... Sizi lənətə gələsiz...”
Tanınmış ingilis psixoloqu Saymons Merr “Alverdən qayıdanlar” düşüncələr toplusunda yazır. “...O yerdə ki qanunlar işləmir, o yerdə insan alış-verişi üçün heç bir “kodeks” (?) lazım deyil. Mənim tədqiqatıma görə, fahişə- lik və əxlaqsızlıq bütün dövrlərdə olub... Fahişəlik insan genini çürüdüb, məhv edir. Əxlaqsız davranışlar ölkənin sabahına açılan bütün yolları, körpüləri, uçurub dağıdır... XXI əsrdə bu bəlanın daha iyrənc və bəlalı formaları ya-ranacaq... Buna isə ən böyük səbəb hiylə, başqalarının üzərində tutulan tamah... və bir də ağlagəlməz ehtiyacdır. İnsanları - ana və bacılarımızı hiylələrdən qurulan tamah kəməndlərindən, ağlagəlməz ehtiyacdan qoruyun...”
Ardı var
Rövşən Novruzoğlu