Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İŞİD 7 gün vaxt verdi

 

Bu gün İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Nyu-Yorkda 11 sentyabr terror aktının 14 illiyi ilə bağlı dünyanın bir sıra ölkələrinin təşkilat, bank və dövlət qurumlarının saytlarına haker hücumu təşkil edib.

"Xeberinfo.com":   Məlumata görə, hücuma məruz qalanlar sırasında Azərbaycan bankı da var. Belə ki, “Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanına hücum edən İŞİD-çilər sayta belə bir müraciət yerləşdirib.
AzVision.az-ın məlumatına görə, müraciətdə qeyd edilir:
“Bu, həqiqi yolu izləyənlərdən bütün dünyada olan xaçpərəstlərə bir mesajdır. Biz geri qayıtdıq. Biz sizə müqəddəs 11 sentyabr tarixini xatırlatmaq istəyirik və bildirmək istəyirik ki, yaxın zamanda yenə belə bir hücum olacaq. Və siz bizim dediklərimizi xatırlayacaqsınız.
Siz heç vaxt unutmayacaqsınız, elə biz də. Biz uca Allaha and içirik ki, siz bizi rahat buraxmayınca, biz də sizi rahat buraxmayacağıq, biz öz müsəlman ölkələrimizdə sülh görməyənə qədər, siz də öz ölkənizdə sülh görməyəcəksiniz. Bizi getdiyiniz,olduğunuz hər yerdə görəcəksiniz.
Sizin saytlarınıza, kredit kartları, kompüter və hətta telefonlarınıza haker hücum edəcəyik. Bu sizin ən qorxulu kabusunuz olacaq, proses artıq başlayıb və heç vaxt bitməyəcək. Bu sadəcə başlanğıcdır.
Usamə bin Ladeni öldürməyiniz bizim cihadımızın sonu deyil. Biz hamımız Usaməyik və 11 sentyabr hadisələri dəfələrlə təkrarlanacaq.
Usamə bin Laden dediyi kimi: “Allahın izni ilə biz sizin boynunuzu elə sizin torpaqlarda vuracağıq! Ona görə, bunu necə edəcəyimizi gözləyin və siz sonda kimin qalib gəldiyini görəcəksiniz”.
Biz sizin xeyli sayda bank, dövlət və hərbi saytlarınıza haker hücumu edib, ciddi və həssas məlumatları əldə etmişik və onlardan bəzilərini dərc edəcəyik. Əgər siz dayanmasanız, biz daha sonra bütün məlumatları dərc edəcəyik”
Müraciətdə son olaraq xəbərdarlıq edilib: “Biz müharibəni dayandırmağınız üçün 7 gün vaxt veririk. Əgər siz bunu etməsəniz, biz sizin ölkələrinizin təhlükəsizliyini təhdid edən məlumatları paylaşacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam