Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ADU niyə akkreditasiyadan keçə bilmədi? -Kamal Abdulla üçün ciddi siqnal

 
Ölkənin ali təhsil məkanında növbəti narahatlıq doğuran hadisə yaşanıb.
 Yenixeber.org:Bir müddətdir fəaliyyətindəki çatışmazlıqlarla gündəmə gələn Azərbaycan Dillər Universiteti (ADU) rəsmi akkreditasiya prosesindən keçə bilməyib.Nəhayət ,illərlə gizlədilən "çatlar" dağıldı.
 Məlumatlı mənbənin redaksiyamıza verdiyi məlumatda bildirilir ki, bu və ya digər faktlar ADU-da illərdir yığılıb qalan  problemin təzahürü olmaqla yanaşı,keyfiyyətsiz tədrisin nəticəsi olaraq ali təhsil müəssəsinin akkreditasiyadan keçə bilməməsinə səbəb oldu. Bu, utancverici olay illərlə qabaqcil ənənələri olan, tarixi bir universitetin sadəcə uğursuzluğu deyil – laqeydliyin, nəzarətsizliyin,idarəetmədə başıpozuqluğun,anarxiyanın və formal yanaşmanın bariz göstərici olmaqla bərabər, universitetin strukturlarında dərin boşluqların daha bir sübutu kimi qiymətləndirilir.
Redaksiyamıza verilən məlumata görə akkreditasiya komissiyası aşağıdakı istiqamətlərdə ciddi uyğunsuzluqlar aşkarlayıb:

-Tədris proqramları ilə əmək bazarının tələbləri arasında uyğunsuzluq
-Elmi-tədqiqat fəaliyyətində keyfiyyət göstəricilərinin aşağı olması
-Maddi-Texniki baza avadanlıqlarının çatışmazlığı
-İdarəetmədə şəffaflıq problemləri


Bu hadisə bir daha göstərdi ki,univesitet yalnız "kağız üzərində islahatlarla" ayaqda qala bilməz. Universitetdə illərlə baş verən laqeydlik,idarəetmədə hərcmərclik rəsmi şəkildə “uğursuzluq” kimi sənədləşdi. İllərdir təhsilə formal yanaşma, struktur islahatlarının yubanması və idarəçilikdə hesabatlılığın zəif olması son nəticədə universiteti akkreditasiyadan kənarda qoyub.Universitet rəhbərliyi illərlə  cəmiyyətdən gələn xəbərdarlıqları,dövri mətbuatda gedən tənqidi yazıları görməzdən gəldi. İndi məsuliyyət daşıyanların bu nəticədən sonra hansı addımı atacağı isə cəmiyyətin diqqətindədir.

                             Məsul qurumlar nə edəcək?
 
Təhsil üzrə aidiyyatı qrumlar universitetə müəyyən müddət verərək çatışmazlıqların aradan qaldırılmasını tələb edib. Ekspertlərin fikrincə, bu hadisə digər ali təhsil müəssisələri üçün də ciddi xəbərdarlıq olmalıdır: Artıq formal fəaliyyət dövrü bitir, real keyfiyyət tələbləri dövrü başlayır.(mediatv.az)
Davamı var..
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam