Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

“Max Group” MMC-də təkcə etibara deyil, həm də əmanətə xəyanət varmış… -TƏFƏRRÜAT

Özünü Bakının meri Eldar Əzizovun qardaşı kimi təqdim edən MMCnin direktoru Nəbiyev Elmin Nasib oğlu Türkiyədə təhsil almaq istəyən Koyun Aysutümay Əli qızını görün necə aldada bilib…

Yenixeber.org: Türkiyə vətəndaşı Koyun Aysutümay Əli qızı tərəfindən Azad İstehlakçılar Birliyinin sədri cənab Eyyub Hüseynova və surəti redaksiyamıza ünvanlı şikayəti oxuyanda çox təəssüflənməli olduq. Niyə? Səbəbini aşağıda təqdim etdiyimiz şikayət məktubunda tanış ola biləcəksiniz. Istəyirik  əvvəlcə şikayət məktubu ilə sizləri də tanış edək, sonra söhbətimizə davam edərik.

Şikayət ərizəsində deyilir:

«Çox hörmətli Eyyub müəllim!

Hörmətli redaksiya!

Mən hazırda Türkiyənin Balıkəsir Savaştəpə Sarıbəylər məhəlləsi, Zübeydəxanım caddəsi-31,32,32 ünvanında yaşayıram.

Bildirirəm ki, xidmət sahəsində istehlakçı hüquqlarım pozulmuşdur. Belə ki, Bakı şəhərində, İçərişəhər, Vaqif Mustafazadə-6 (Tel.0125042636; 0516335161) ünvanda 17 aprel 2025-ci il tarixli, 429 nömrəli “Xaricdə Təhsil Xidməti müqaviləsi” əsasında “İcraçı” adlanacaq “Max Group” MMC-nin drektoru Nəbiyev Elmin Nasib oğlu, digər tərəfdən bundan sonra “Sifarişçi” adlanacaq Koyun Aysutümay Əli qızı (AA….) arasında “İcraçı” tərəfindən “Sifarişçi” Koyun Aysutümay Əli qızı üçün “Türkiyədə yerləşən İzmir Demokrasi Universitetinin “Fizyoterapi və rehabilitasyon” ixtisası üzrə Bakalavriat təhsil pilləsinə sənədləşmə işlərinin aparılması xidmətinin göstərilməsindən, “Sifarişçi” tərəfindən isə müvafiq xidmətə görə ümumilikdə 4000 ABŞ dolları ödəniş gününə olan məzənnəsinə uyğun olaraq (hazırki məzənnə ilə 6800 AZN) xidmət haqqı ödənilməsi şərti ilə razılığa gəlinmişdir”.

Lakin mən “Sifarişçi” Koyun Aysutümay Əli qızı, müqavilə üzrə üzərimə düşən bütün öhdəlikləri yerinə yetirməyimə, o cümlədən tələb olunan sənədləri təqdim etməyimə və 6800 AZN məbləğində xidmət haqqını “İcraçı”nın hesabına köçürməyimə (köçürmə sənədi əlavə edilir) baxmayaraq müqavilənin digər tərəfi üzərinə götürdüyü müqavilə şərtlərinə əməl etməkdən qəsdən boyun qaçırır. Başqa sözlə, tərəfimdən “İcraçı”dan müqavilədə nəzərdə tutulan öhdəlikləri vaxtında və vicdanla yernə yetirməsini, xidmət müqaviləsi üzrə görülən işlər barədə vaxtaşırı məlumat almaq və müqavilə üzrə köçürmə icraçı tərəfində edilə bilmədiyinə görə ödənilən xidmət haqqını geri tələb edilməsi bağlanmış müqavilənin 3.4-e bəndinə uyğun olaraq dəfələrlə tələb edilsə də, ödənilən vəsait qaytarılmamışdır.

Diqqətə çatdırım ki, tələb edilən sənədləri və xidmət haqqını ödədikdən sonra mən işlərin yolunda getmədiyini hiss edib, yəni müqaviləyə əsasən mənə 2025-ci ilin iyul ayında artıq ünversitetə qəbul olunmağım barədə məktub  göndərlməli idi.

«Sonradan mənə məlum oldu ki, bu xanım həm də MMC-nin rəhbəri olan Nəbiyev Elmin Nasib oğlunun həyat yoldaşıdır…»

Amma bu, baş vermədyinə görə, narahat oldum, bu səbəbdən də araşdırıb şirkətin rəsmisi Fərqanə adlı xanımla 050-228 21 85 mobil nömrəsi üzərindən əlaqə saxlamağa başladım. Sonradan mənə məlum oldu ki, bu xanım həm də MMC-nin rəhbəri olan Nəbiyev Elmin Nasib oğlunun həyat yoldaşıdır. Lakin bir müddət onunla danışa bilmədim və telefona cavab verdikdə isə gah xəstə olduğunu, habelə 17 sentyabrda mənə müsbət cavab veriləcəyini bildirmişdir. Amma söz verdiyi vaxtdan bir həftə sonra- 24 sentyabrda (2025-ci il) mənə səs ataraq 1-2 saat ərzində mənə məktəbə qəbulla əlaqədar yekun bilgi verəcəyini bildirsə də, bizim növbəti telefon danşığmız daha 3 gündən sonra, 27 sentyabrda baş tutdu və Fərqanə xanım bildirdi ki, oktyabr 2025-ci il tarixinə qədər mənə ünversitetə qəbul olunmağım barədə xəbər gələcək.

Bu isə qəti inandırıcı deyildi, çünki dəfələrlə vaxt verilərək aldadılmışam! Nəhayət, onunla 27 sentyabr 2025-ci il tarixdə danşığmızdan sonra mən MMC-nin daha bir əməkdaşı olan Həvva xanımla əlaqə saxlamağa cəhd etsəm də alınmadı. Çünki o, danışıqdan qərəzli şəkildə boyun qaçırdı. Bundan sonra mən onun 051 633 51 61 mobil telfon nömrəsini instaqram səhfəsindən tapıb bu nömrəyə mesaj yazdım və  nömrədən mənə bildirildi ki, «Mən sizin xahişinizi ona çatdıracağam və Fərqanə xanım gün ərzində sizinlə əlaqə saxlayacaq». Amma mənimlə heç kim əlaqə saxlamadığını və hər hansı bir məktub gəlmədiyini görüb, 7 oktyabır 2025-ci ildə yenidən Fərqanə xanıma yazdım, amma ondan bu vaxta qədər heç bir məlumat ala bilmədim.

Hörmətli Eyyub müəllim!

Hörmətli redaksiya!

Diqqətinizə bir məqamı da çatdırmaq istəyirəm. Sonradan gördüyüm, aldadıcı və “maraqlı” məsələlərdən biri də bu oldu ki, mənimlə bağlanan müqaviləyə tanımadığım hansısa  Məmmədli Fərhad adlı şəxs (05454294552; 05376486738) imza qoymuşdu!!!

Hesab edirəm ki, «Max Group» MMC “Xaricdə Təhsil Xidməti müqaviləsi” adı altında mənə qarşı qanunsuz əməli törədərək, xidmət sahəsində istehlakçı hüquqlarımı qəddarcasına pozmuşdur, mənim təhsil haqqım tapdanmış, bir il vaxtımı havayı yerə itirməli olmuşam. Və istisna deyildir ki, başqa vətəndaşlar da bu yolla aldadılırlar!

«“Max Group” MMC–nin drektoru Nəbiyev Elmin Nasib oğlunun qanunsuz əməllərinin işıqlandırlmasını, bu barədə hüquq-mühafizə orqanlarına, xüsusən də Azərbaycan Baş Prokurorluğuna, türkiyənin hüquq mühafizə orqanı rəhbərlərinə məlumat verilməsini xahiş edirəm…»

Bununla da yuxarıda qeyd edilənləri, habelə Sizin hüququ pozulan istehlakçlara necə vicdanla münasibət göstərib təmənnasız kömək etməynizi əsas tutaraq, eləcə də mətbuatdan oxuyaraq (tezadlar.az portalından. Sayt rəhbərliynə təşəkkür edirəm) Bakı şəhərində tərtib olunan, 17 aprel 2025-ci il tarixli, 429 nömrəli “Xaricdə Təhsil Xidməti müqaviləsi” əsasında “İcraçı” qismində mənimlə müavilə bağlamış “Max Group” MMC–nin drektoru Nəbiyev Elmin Nasib oğlunun qanunsuz əməllərinin işıqlandırlmasını, bu barədə hüquq-mühafizə orqanlarına, xüsusən də Azərbaycan Baş Prokurorluğuna, Türkiyənin hüquq mühafizə orqanı rəhbərlərinə məlumat verilməsini xahiş edirəm. Çünki bu şirkət Türkiyədə də kimlərləsə əlaqədədir. Həmçinin xidmət haqqı adı altında məndən aldadıb aldıqları 6800 AZN məbləğində pulun mənə qaytarılmasına köməklik etməynizi Sizdən xahiş edirəm. Ərizəm isə mediada işıqlandırılsın ki, başqa insanlar da aldadılmasınlar.

Sonda: Onu da diqqətə çatdırım ki, Fərqanə xanım bizə sonuncu dəfə bildirib ki, bun ə məbləcdir ki, onu geri qaytarmayaq? Bu MMC-nin rəhbəri Bakı şəhərinin meri Eldar Əzizovun qardaşıdır, o heç vaxt istəməz ki, belə xırda məsələ problemə çevrilsin vəs. Lakin şəxsən mən inanmıram ki, Eldar Əzizov kimi bir nüfuzlu şəxsin belə bir qardaşı olsun.

Əvvəlcədən Sizlərə təşəkkür edirəm!

Hörmətlə,

Koyun Aysutümay Əli qızı».

Daşdan səs çıxdı, “Max Group” MMC-nin rəhbəri Elmin Nəbiyevdən isə yox…

Məsələ ilə bağlı bizə qədim edilən telefonlara cavab vermədiyindən “Max Group” MMC–nin elektron poçtuna məktub yazaraq, «Media haqqında» Qanunun tələblərinə əsasən qarşı tərəfin arqumentlərini öyrənmək istədiyimizi bildirdik. Əvvəlcə 3 gün gözlədik. Lakin heç bir cavab gəlmədi. Belə olan surətdə bu MMC barədə özümüz jurnalist araşdırması apardıq. Əvvala, məlum oldu ki, Aysutümay xanımın başına gələnlərlə bir çox insanlar də üzləşiblər. Hazırda həmin insanları dinləməyə çalışırıq… Onu da öyrəndik ki, Aysutümay xanıma ödənilən pulu qaytaracaqları ilə bağlı dəfələrlə ona vədlər verib yerinə yetirməyən, sonra da zənglərə cavab verməyən MMC səlahiyyətlisi Fərqanə xanım “MAX GROUP”-un direktoru Elmin Nəbiyevin həyat yoldaşıdır. Amma “Axırıncı aşırım” filmində deyildiyi kimi, “…evin kişisini soruşarlar” prinsipi ilə, həm də «Media haqqında» qanuna uyğun olaraq, qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə, çox səylər göstərdik ki, MMC-nin rəhbərini dinləyək… Araşdırma zamanı Elmin Nəbiyevin 050     33-11 nömrəli telefonuna dəfələrlə zəng etdik. Hər dəfə robot xanım Azərbaycan və ingilis dillərində eyni sözləri təkrar edirdi: ”Bu nömrə başqa bir nömrəyə yönləndirilmişdir, xahiş edirik bir az gözləyin”.

Bir az gözləyirik, sonra bir çağırış zəngi gedir və dərhal da “otboy” alınırdı. Bu ha liki gün ardıcıl davam etdi. Sonra özünü Bakı meri Eldar Əzizovun qardaşı kimi təqdim edən Elmin bəylə danışmaq şərəfinə nail ola bilmədiyimiz üçün onun həyat yoldaşı Fərqanə xanımla əlaqə yaratdıq. Özümüzü təqdim edəndən sonra aramızda belə bir dialoq alındı:

– Fərqanə xanım, MMC-nin sahibi olan həyat yoldaşınız Elmin bəyin telefonuna niyə zəng edə bilmirik?

-Sizin zəng etdiyiniz nömrə başqa nömrəyə yönləndirilib. Mən sizə onun başqa bir nömrəsini verərəm (amma şirin danışığı ilə bizi söhbətə tutub Elmin bəyin nömrəsini vermədi-E.M.). Onu da deyim ki, Fərqanə xanım bizi çox nəzakətlə dinləyirdi və suallarımıza cavab verməyə çalışırdı.

– Fərqanə xanım, Aysutümay xanım redaksiyamıza ünvanladığı şikayət məktubunda Sizlərin müqavilə üzrə öhdəliklərinizi yarinə yetirmədiyinizi bildirir və şirkətinizin hesabına ödədiyi 4 min ABŞ dollar pulu (6800 manat) geri istəyir və siz o pulu hər dəfə vəd verərək qaytarmaq istəmirsiniz. Bu əməl adətən, hüquqi dildə, Azərbaycan CM-nin 178.2 maddəsinə tövsif olunur. Aysu doğrumu deyir?

– Bilirsiz, biz dəfələrlə pulu Aysutümay xanıma qaytarmaq istəmişik, lakin o xanımın hesabında problem var və bu səbəbdən də ödəniş getmir. Başqa bir problem yoxdur…

-Çox gözəl. Onda gəlin belə edək. Biz sizə Aysutümay xanımla razılaşıb bir kart göndərək, siz o pulu həmin karta yükləyin. Biz o pulu son manatına qədər həmin xanıma göndərərik. Bununla da Azərbaycan mənşəli bir MMC-nin adı Türkiyədə hallanmasın. Buna razısınızmı? (Redaksiya Aysutümay xanımla danışır, onun razılıq ərizəsini və səsli xahişini- razılığını Fərqanə xanıma göndərir).

-Lap yaxşı, həmin kartınızı göndərin. Qısa zaman içində pulun hamısını sizin o karta göndərərik.

-Fərqanə xanım, təşəkkür edirik, çox şadıq ki, problem yazı dərc olunmadan həllini tapır. Yazı dərc olunsa, bilirsiz də, sizin MMC-nin nüfuzuna çox ciddi zərbə dəyəcək… Artıq başqa şikayətçilər də var… Yəqin ki, siz də bunu istəməzsiniz. 5-6 min manata görə özünüzü mətbuatın və hüquq-mühafizə orqanlarının hədəfinə gətirməyə bizcə, ehtiyac yoxdur.

-Doğrudur… Çox sağ olun ki, bunu bizə deyirsiniz. İnanın ki, biz işimizi tam qanunlar əsasında qurmuşuq. Haqqımızda indiyə qədər bir pis fikir olmayıb. Çalışırıq bizə müraciət edənlərin hər birinə diqqət və həssaslıqla yanaşaq. Ona görə də bizə müraciət edənlər çoxdur. Indi bu Aysutümay xanımla bir az anlaşılmazlıq oldu. O da bizdən asılı olmayan səbəbdən idi, pulun qaytarılması bir az ləngidi. Inşallah, onu da tezliklə yoluna qoyacağıq.

-Çox gözəl! Biz də inanırıq ki, bu məsələdə daha hər hansı problem olmayacaq. Fərqanə xanım, mümkünsə, yoldaşınız Elmin bəyə deyin ki, qoy mənə zəng eləsin, ona deyiləcək ayrı sözüm var…

-Mütləq deyərəm və o sizə sabah (yəni, ötən şənbə günü. Söhbətimiz isə ötən həftənin cümə günü, yəni noyabrın 21-də olmuşdur. RED.) zəng edəcək.

…Fərqanə xanıma təşəkkür edib, sağollaşdıq. Sonra da şikayətçi Aysutümay xanımla əlaqə saxlayıb, Fərqanə xanımın dediklərini diqqətinə çatdırdıq ki, pulunu bu gün alacaq.

Aradan heç bir saat keçməmiş Aysutümay xanım bizimlə əlaqə saxlayıb bunları dedi: ”Sizə çox təşəkkür edirəm. Sizin danışıqlarınızdan sonra indicə mənə 500 dollar göndərdilər. Dedilər ki, qalan pulu hər ay hissə ilə verəcəklər. Mən onlara qətiyyən inanmıram, dedim ki, bəc kart hesabımda dolaşıqlıq var idi, deyirdiniz, indi nooldu, jurnalistlər müdaxilə etdiyi üçün hesab açıldımı?!  Axı mən onlara pulu həssə ilə verməmişəm. Borca, faizə düçar olmuşam, çətin durumdayam. Onlar mənə mənəvi əzab veriblər… Birbaşa 4 min dollar vermişəm. Zəhmət çəkib pulumun qalan 3500 dollarını da qaytarsınlar. Mən onlara həftənin 1-ci gününə qədər vaxt verdiyimi dedim. O vaxta qədər pulumun qalan hissəsini verməsələr, xahiş edirəm mənim şikayət məktubumu dərc edib, aidiyyəti ünvanlara göndərin. Son ümidim sizədir”.

Aysutümay xanımın bizə göndərdiyi eyni məzmunlu səsli mesajını Fərqanə xanıma da göndərdik. Əlavə olaraq yenidən zəng etdik. Yenə aramızda belə dialoq alındı:

-Fərqanə xanım, axı biz danışdıq ki, pulun hamısını bu gün qaytaracaqsınız. Amma siz xanımın hesabına cəmi 500 dollar göndərmisiniz. Amma deyirdiniz ki, Aysutümay xanımın hesabı işləmir. Amma işlək imiş… Nə isə… Pulun qalanını isə hissə-hissə aybaay ödəmək istəyirsiniz. O isə razı deyil. Axı bizim söbətimiz bayaq belə olmadı.

-Bilirsiniz, biz 500 dollar ödədik. Pulun qalanını bizim əlaqələndiricimiz olan İzmir Demokrasi Universitetinin əməkdaşı Murad bəy ödəməlidir. Danışmışıq, o da hər ay ödəyəcək.

-Fərqanə xanım, biz bayaq belə danışmamışdıq axı. Murad kimdi? Biz də, Aysutümay xanım da bu adamı tanımırıq. Pulu da xanım Murad bəyə yox, sizə verib. Düzdürmü?

-Bəli…

-Indi zəhmət çəkin pulun qalan 3500 dollarını həftənin 1-ci gününə kimi qaytarın. Aysutümay xanımın bu barədə səsli mesajına qulaq asdınızmı?

-Bəli, qulaq asmışam… Oldu, həftənin 1-ci gününə kimi qalan pulu da qaytararıq, bu bizim üçün xırda məbləğdir…

-Yenə xahiş edirəm, yoldaşınız Elmin bəy sabah mənə zəng etsin.

-Baş üstə! Deyərəm zəng edər…

***

Amma 1-ci günü axşama qədər nə Elmin bəy mən zəng etdi, nə də Aysutümay xanıma 1 dollar da olsa pul göndərildi… Beləcə, verdikləri sözə əməl etmədilər. Amma biz «Media haqqında» Qanunun tələblərinə artıqlaması ilə əməl edərək həm qarşı tərəfin mövqeyini öyrəndik, həm də vaxt verdik ki, tərəflərin problemi aradan qaldırılsın və s. Eləcə də hər iki tərəfin fikirlərini olduğu kimi təqdim etdik. Fərqanə xanımla söhbətimiz zamanı bir məsələyə də aydınlıq  gətirilməsini istədim:

-Fərqanə xanım, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovla, deyəsən, Aysütumay xanımla da, danışığınız zamanı demisiniz ki, MMC-nin rəhbəri olan həyat yoldaşınız Elmin Nəbiyev Bakı ŞİH-in başşısı Eldar Əzizovun qardaşıdır və bizə heç kim heç nə edə bilməz və s. Axı, Eldar müəllimin soyadı Əzizov, yoldaşınızın soyadı isə Nəbiyevdir. Nəsə, uyğun gəlmir axı. Bəlkə də xalası oğludur, ya başqa bir qohumudur. Amma kiminsə qohumu olmaq heç kimə əsas vermir ki, qanunsuzluğa yol versin, insanların etibarından sui-istifadə edib, pullarını mənimsəsin. Bu barədə nə deyə bilərsiniz?

Çox təəssüf ki, Fərqanə xanım bu məsələyə aydınlıq gətirmədi… Amma inanırıq ki, vətəndaşları aldadaraq pullarını mənimsəyən “MAX GROUP” MMC-nin direktoru Elmin Nəbiyev haqqında həm Daxili İşlər Nazirliyi, həm də Respublikanın Baş Prokurorluğu aydnlıq gətirəcək və günahkarlar ciddi şəkildə cəzalanacaqlar. Çünki bu alıb-aldatmanın bir ucu da Türkiyədəki İzmir Demokrasi Universitetinin əməkdaşı Murad bəyə gedib çıxır…

Mövzuya qayıdılacaq və “MAX GROUP” MMC-dən digər şikayətləri araşdırıb təqdim edəcəyik…

«Təzadlar»

P.S.Diqqətimizi MMC-nin elanları olan reklamlarında xarici ölkələrə aid brend fotolar əks etdirilir… Bu bizə çox şübhəli gəldi… Xarici ölkə nümayəndələrinin nüfuz etdiyi bir MMC alıb-aldatma ilə məşğul ola bilərmi???


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam