Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Cənab Prezidentə açıq məktub:ölüm hökmü bərpa edilsin!

Cənab Prezidentə açıq məktub:

 

Amma bu şərtlə-ölüm hökmünü ilk dəfə mənim özümə şamil edin. Çünki məni təhlükəsizlik orqanlarına soxulmuş satqınlarla mübarizə aparmağa qoymadılar. Hər şey yarımçıq qaldı.

Satqınlıq, vətənə xəyanət... tökülən şəhid qanlarına hörmətsizlik... nədən qaynaq tutdu?

General Elman Qəmbərov cibində həm Ermənistan, həm də Rusiya Federasiyasının pasportunu daşıyıb

 

Yenixeber.org: Xüsusən Azərbaycanın vicdanı olan ordumuzdakı satqınlığın mənşəyini araşdırmaq istədim. Mən bütün bunları bilərəkdən Ana Südündə axtardım, araşdırdım. Çünki başımıza gələnlərin Ana Südündə izləri var... Bir nəfəri görmədik, rəhbər vəzifəyə təyin edəndə desin (utanırsa, lap yavaşdan desin):

-Cənab Prezident mən azərbaycanlı deyiləm. Mən heç vaxt azərbaycanlı anasının döşündən süd əmməmişam... Bu torpaqlar, bu səngərlər, bu qəbirlər... Mənim ürəyimə, beynimə biçilməyib.

Amma hər şey əksinə oldu. Dedi: “Gedirəm... təki vəzifəm olsun, gedirəm...” Sonra tələm-tələsik bir “general” rütbəsi də aldı... Sevdi. Hər şeyi sevdi. Təzə vəzifəsini də sevdi, kreslosunu da sevdi, otağını da sevdi, maşınını da sevdi, gəzdirdiyi “Bublik”i də sevdi, pişiyini də sevdi... utanmadı, abır-həya etmədi... katibəsini də sevdi... Amma verilən şəhidi sevmədi, səngərlərdə can verən, erməni gülləsindən qan içində qovrulan pinəçi Həsənin oğlunu sevmədi, sağıcı Gülbaharın oğlunu, əsgər balasını sevmədi, montyor Abının oğlunun güllədən üzülmüş qollarını sevmədi, dəllək Mamedin can verən, qan qusan oğlunu sevmədi... Yalandan Azərbaycan bayrağını öpüb, pıçıldadı: “Vətən sağ olsun...” Amma ürək elə demədi. Ürək dedi ki, bu hələ harasıdır... Amma beyin belə düşünmədi. Beyin belə düşündü: “Sleduyuşiy...”

Bütün bunların kökündə dayanan satqınlığı biz çoxdan görürdük. Görmək yox, bilirdik. Bu satqınlığın kökü araşdırmalarımıza görə 1995-ci ilin fevralın 14-dən başladı. Azərbaycan ordusunda ilk satqınlıq özünü keçmiş Müdafiə Naziri Səfər Əbiyevlə, Prezident Yanında Xüsusi İdarənin mənfur və şarlatan, şərəfsiz... gününü eyş-işrətlərdə keçirən, saxta general Elşən Qəmbərov cütlüyü ilə başlandı...

1994-cü ilin yanvarın 19-da Xüsusi İdarə tərəfindən (indi həmin idarə Hərbi-Əks Kəşfiyyat İdarəsi adlanır) ordunun içinə soxulmuş erməni agentləri və onlara yardımçı olan azərbaycanlı (?) casusları məhz bu cütlüyün əli ilə həbsdən azad olundular.

Qaldırın arxivi. Açın qovluqları. Oxuyun, dönə-dönə oxuyun. Onda görəcəksiniz ki, mərhum, evinin qabağında güllələnmiş Şəmsi Rəhimovdan sonra Xüsusi İdarəyə məhz erməni mənşəli adamlar işə qəbul olundular. Məlum oldu ki, İdarənin rəisi, general Elman Qəmbərov əslində cibində həm Ermənistan, həm də Rusiya Federasiyasının Pasportunu daşıyıb. Bu adamın cibində hər cür sənəd olub... amma Azərbaycan pasportu olmayıb. Sonradan ona həyan olanların da kimliyini öyrəndik. Məlum oldu ki, bu adamlar da azərbaycanlı olmayıb. “Xüsusi İdarə”nin vəsiqəsi altında, Azərbaycan “QAİ”sinin müşayətilə gömrük məntəqələrinədək Azərbaycan Ordusunun silahları daşındı. Yenə açın qovluqları. Oxuyun sənədləri, cənablar.

Bu gün təklənən ordumuzdur. Amma ordunu bu günə qoyan generalların çoxusu artıq ölkədən qaçıb: Biri Londonda, biri Moskvada, biri Praqada, biri Afinada, biri Parisdə, biri...  nə bilim hansı cəhənnəmdədir...

Amma baxın; onların hər biri utanmadan, həya etmədən Azərbaycan Dövlətindən 1500-2000 manat təqaüd də alır. Bu adamlar qəbristanlıqlardan başqa heç nə qoymadılar. Amma özləri üçün qurub yaratdılar. Doğulacaq nəvələri üçün də düşünüb, daşındılar... bələklərə əmzik əvəzinə maşınların, evlərin açarları bağlandı.

1995-ci ildən üzü bəri istiqamətdə dövlət üçün, millər üçün, vətən üçün söz deyən, can qoyan kim vardısa Xüsusi İdarədən, MN-nin Kəşfiyyat İdarəsindən, onlara yardımçı olan Milli Təhlükəsizlik Nazirliyindən qovuldular. Bir soruşan olmadı ki, nə üçün? Bir araşdıran olmadı ki, Ulu Öndərin seçib-seçmələdiyi, tərbiyə etdiyi kadrları pərən-pərən salan, nahaqdan onları ləkələyən, işlərindən qovub heçə endirən kimlərdir? Bu gün şər və böhtan altında əziyyət çəkən təhlükəsizlik zabitləri hələ özlərinə gələ bilmirlər. Yenə açın qovluqları, oxuyun. Heç olmasa dövlət səviyyəsində bir komissiya yaradın. Baxın, araşdırın. İtirilmiş şöhrəti qaytarın, baş götürüb gedən kadrları orduya qaytarın. Çünki ordunun hərbi kəşfiyyatı iflic vəziyyətindədir.

Yenə qayıdıram Ana Südünə: anasından, nənəsindən, ən azından babasından şübhəli olan əsgər və zabitlərimizə mesajım var:

-Ananız ermənidirsə, atanız ermənidirsə əsgər libasını geyinməyin. Özünzü yormayın. Əmdiyiniz süd sizi Ermənistana çəkib aparacaq...

-Ananız, arvadınız ermənidirsə... orduda xidmət etməyin, cənab zabitlər. Başqa sənət seçin. Çünki sizlər bilməz bu vətənin köynəyi nədən biçilib... Çəkilin gedin. Sizin çəkilib getməyiniz Azərbaycan Ordusunun əsl qələbəsi olardı...

Sizin ucbatınızdan, məlumata görə ordumuzda arxadan vurulan igidlərimizin sayı 560 nəfəri ötüb... siz bizi həm içimizdən yediniz həm də arxamızdan.

Mən bütün bu satqınlıqları “Xüsusi İdarə” sənədli əsərdə vermişəm. Hər şey adıyla çəkilir. Çünki bu satılan vətənin tarixidir. Yaxın günlərdə işıq üzü görəcək bu əsər şübhə etmirəm ki, xəcalət hissi ilə vərəqlənəcək... Satqınlığın başı o qədər buraxıldı ki, o artıq Dövlət Səviyyəsində özünə yer elədi. Nəticədə 1994-cü ilin dekabrından üzü bəri 1788 nəfər Xüsusi İdarədən (Hərbi-Əks Kəşfiyyat İdarəsindən) 3 min dörd yüz nəfər MN-nin kəşfiyyat dəstəsindən, 940 nəfər MTN-nin qurumlarından... qeyri-qanuni qovuldular. Düşmən o vaxtdan öz işini görürdü... Ölkə Başçısına isə yalan məlumatlar verilirdi. “Hər şey yaxşıdır” –adı altında başlar kəsilirdi. Nahaqdan dindirmələr, haqsız ölümlər baş alıb gedirdi. İş o yerə çatdı ki, Ulu Öndərə də əl atdılar. Sarayda ona zərbə vurdular, ürəyini sındırdılar. Araşdıran olmadı. Məqsəd nə idi bilirsiniz? Heydər Əliyevin Sarayda əsgər və zabitlər qarşısında yıxılması, əlini ürəyinin başına basması məqam gözləyən düşmənə mesaj idi. Mesajı bu idi ki, sərkərdəniz taxtdan düşüb...

Amma o dayandı. Düşmən tənəsinə duruş gətirdi. Bəs nə üçün bu olayları quran erməni anasının döşündən süd əmənlərin kimliyi araşdırılmadı. Halbuki Klivlend (ABŞ) xəstəxanasının həkimləri Ulu Öndərimizin taleyində ən azı 95 yaş olduğunu deyirdilər. Heç kəs bu faktı araşdırmaq istəmədi. Ulu Öndər sarayda əziyyət çəkəndə, hamı prezident olmağa hazırlaşdı. Xüsusi İdarənin başçısı Elman Qəmbərov da, Namiq Abbasov da, MN-nin başçısı Səfər Əbiyev də, daha nə bilim kimlərin adları mətbuat səhifələrində göründü... Bax, satqınlıq, düşmən tərəfə işləmək o vaxtdan başlamışdı.

Cənab Prezident! Sizə mesajım var:

Ətrafınızdakı Azərbaycanlı Ana Südü görməyən, əmməyən insanlardan özünüzü qoruyun. İmkan varsa onlardan imtina edin. Amma nə etmək ki, Siz bu missiyanı yenə unutdunuz. Damarlarında azərbaycanlı bir ananın südünü daşımayanlara yenə imkan və yer verdiniz.

Allah bizi satqınlıqdan çəkəcəyimiz gələn bəlalardan qorusun.

Cənab Prezident! “Prezident Yanında Xüsusi İdarə”nı bərpa edin. Mənə elə gəlir ki, Sizin və ailənizin, vətənimizin, millətimizin təhlükəsizliyi məhz, oradan–yenidən yaranacaq, yenidən qurulacaq “Xüsusi İdarə”dən başlana bilər. Onun ardınca da ölüm hökmünü bərpa edin!

 

 

 

Rövşən Novruzoğlu:

 

milli təhlükəsizlik üzrə ekspert, politoloq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam