Redaktor seçimi
Saleh Məmmədovun “ərköyün” kadrları...-
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
Günün xəbəri

“Binəqədi Park” MMC-nin tikdiyi qanunsuz binalardan rəsmi qurumların məlumatı var? -FOTOLAR

media-58
Dövlət Şəhərsalma və Arxektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Binəqədi rayon İcra Hakimiyyəti “Binəqədi Park” MMC ilə “anlaşaraq” tikinti şirkətinin qanunsuz əməllərinə göz yumurlar.
Yenixeber.org: Binəqədi – Xırdalan şosesi 8c ünvanında yaşayış binaları inşa edən “Binəqədi Park” MMC ilə bağlı ilginc iddialar orataya çıxıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə “Binəqədi Park” MMC-nin inşa etdiyi yaşayış binalarının əksəriyyətinin tikinti üçün icazə sənədləri yoxdur. Həmçinin inşa edilən yaşayış binalarının bir çoxunda tikinti normativləri ciddi şəkildə pozulub.
media-55
Tikinti üçün icazə sənədinin olmaması və tikinti normativlərinin pozulmasına baxmayaraq “Binəqədi Park” MMC Binəqədi – Xırdalan şosesi 8c ünvanında tikinti işlərini rahat şəkildə davam etdirir. Yəni tikintilər cavadeh qurumlar olan Dövlət Şəhərsalma və Arxektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və əraziyə nəzarət edən Binəqədi rayon İcra Hakimiyyəti “Binəqədi Park” MMC-nin tikdiyi yaşayışbinalarını görməzdən gəlirlər.
media-56
Məlumata görə Dövlət Şəhərsalma və Arxektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Binəqədi rayon İcra Hakimiyyəti “Binəqədi Park” MMC ilə “anlaşaraq” tikinti şirkətinin qanunsuz əməllərinə göz yumurlar.
Sosial şəbəkələrdə yayılan şərhlərdə “Binəqədi Park” MMC-nin sahibinin “Hacı” ləqəbli şəxs olduğu bildirilir.
Qeyd edək ki, ötən həftə “Binəqədi Park” MMC-nin vətəndaşlara sənədsiz ev satması barədə ölkə mətbuatında məlumatlar dərc edilmişdi. Həmin məlumatlarda şikayətçilər bildirirdilər ki, “Binəqədi Park” MMC-nin onlara satdığı evlərin sənədləri yoxdur və şirkət dələduzluqla məşğuldur.
Bizim üçün maraqlı olan odur ki, tikinti normativlərinə yğun və icazəsiz tikilən bu binalarda sabah hər hansı bir fəlakətli hadisə olarsa, o zaman buna görə məsuliyyətli olan dövlət qurumları, Dövlət Şəhərsalma və Arxektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Binəqədi rayon İcra Hakimiyyəti prezidentə nə cavab verəcəklər?
media-57
media-58
media-59
Qeyd edik ki, bir müddət öncə  Xırdalan-Binəqədi yolu, 8C ünvanında inşa edilən çoxmənzilli yaşayış binalarından ev alan vətəndaşlardan biri ciddi problemlə üzləşdiyini bildirib.(azfakt.com)  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam