Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

AMEA prezidenti və vitse-prezidentlər “Ramiz Mehdiyev” işinə cəlb olunur -MƏNİMSƏMƏ

Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə yenilik var.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, “Ramiz Mehdiyev İşi”nə AMEA-nın vitse-prezidentləri də cəlb olunub.

Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Ramiz Mehdiyevə qarşı verilən ittihamlara biri də əlavə olunacaq.

Buna səbəb isə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə korrupsiya halları barədə müraciətlərin  istintaq orqanına daxil olmasıdır.

Bu araşdırmalar nəticəsində Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) maddəsi üzrə ittiham elan olunması gözlənilir.

Məlumata görə AMEA-nın prezidenti İsa Həbibəyli, vitse-prezidentlər Dilqəm Tağıyev və İradə Hüseynova, həmçinin İşlər İdarəsinin rəhbəri Elton Quliyev  “Ramiz Mehdiyev İşi” üzrə dindiriləcək.

Qeyd edək ki, dövlət əleyhinə ağır cinayətlərdə ittiham olunan sabiq PA rəhbəri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.(gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam