Abşeronda yenidən qanunszu tikinti işləri aparılır.
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə Abşeron rayonu Xırdalanda binanın birinci mərtəbəsi artırılaraq qanunsuz inşa işləri görülür.
Qeyd edək ki, yaşayış binalarının zirzəmilərində və birinci mərtəbələrində hər hansı bir əlavə tikinti, inşa işləri icazəsiz əlavə tikinti, xüsusən də ictimai obyekt üçün tikinti işləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasında təsdiqlənmiş normativ aktlaral tənzimlənir. Zirzəmi və birinci mərtəbələrdə inşa ediləcək ictimai obyektlər, mütləq şəkildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının rəsmi icazəsi ilə təsdiqlənməlidir. Bu, mülkiyyət hüquqlarının qorunması, şəhərsalma qaydalarına riayət olunması və tikintinin layihəyə uyğun aparılması üçün zəruridir.
Bu tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.
Göründüyü kimi Xırdalan şəhərində binanın birinci mərtəbəsində qanunsuz görülən işlər barədə Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb.
Məsələ ilə bağlı dəfələrlə Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaqda bu tikinti ilə bağlı münasibət bildirilmədi. Xırdalan Şəhər İcra Nümayəndəliyində isə operator xanımdan başqa heç kəs işdə olmadığı üçün münasibət öyrənmək mümkün olmadı.
Həmçinin Dövlət Şəhərsalma və Arxektura Komitəsidə belə tikintidən məlumatsız olduqlarını bildirdilər.
Araşdırmalarımız davam edir. Qurumların mövqeyini dərc etməyə hazırıq.(xalq.online)









AZ
RU
