Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Spikerlə millət vəkili yanan binaya görə mübahisə etdi

 

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Sabir Rüstəmxanlı arasında gərgin anlar yaşanıb.

"Xeberinfo.com":  Məlumata görə, buna səbəb millət vəkilinin bugünkü iclasda Binəqədi rayonunda baş vermiş yanğınla bağlı müzakirələrin açılması yönündə səsləndirdiyi fikirlər olub: 

“Binaların üzlənməsinə bu qədər vəsait xərclənib. Nəticədə yararsız materialla binalar üzlənib. Sonra da camaatı odun içinə atıblar. Başqa məsələlərdə müzakirə üçün yarım saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi Milli Məclisdə müzakirə olunmasın? Sabah da deyəcəklər ki, deputatlar da bu işin içindədirlər, ona görə də heç nə danışmırlar. Kimin sözü varsa, bu mövzuda danışmalıdır”.

Çıxışdan sonra millət vəkilinə spikerin cavabı belə olu: “Siz hər dəfə Məclis başlayanda bu cür təpki verirsiniz. Mən təklif etdim ki, danışmaq üçün kimin sözü var, amma heç kim təkid etmədi”.

S. Rüstəmxanlı da spikerə yerindən sərt tonda cavab verib: “Mən danışmaq üşün təkid etdim. Yalan danışmayın” .

Bu sözlər isə spikerlə millət vəkili arasında gərginliyin artmasına səbəb olub.

“Mən sizinlə mədəniyyətlə danışıram. Yalanı da siz danışırsınız. Siz yazıçısınız, mən sizə hörmət edirəm. Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki? Hamı hamını yaxşı tanıyır”- deyə, spiker millət vəkilinə cavab verib. 

“Qafqazinfo” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam